Suraxanı başçısından seçki ərəfəsində prezidentə təxribat - Özəl faktlar

14:59 13.06.2018 886
Suraxanı başçısından seçki ərəfəsində prezidentə təxribat - Özəl faktlar


Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsini bəzi dövlət rəsmiləri, iqtidaryönlü deputatlar üstüörtülü şəkildə şərh ediblər.
Onlar regiondakı vəziyyət, sabitlik, xarici təhlükə amillərini sətiraltı qeyd edərək müəyyən məsələlərə işarə vurublar.
Bu isə özlüyündə seçki ərəfəsində həssas olmağı, xalqla iqtidar arasındakı təması daha da yaxınlaşdırmağı, məmurların vətəndaşlara qarşı biganəliyinə son qoymağı zəruri edir.
Fevralın 24-də Bakının Bülbülə qəsəbəsi, S.Əliyev küçəsinin sakinlərinin etiraz aksiyası Suraxanı icra başçısı tərəfindən prezidentə qarşı ciddi təxribat sayıla bilər.
Məhəllədaxili yolların illərdir keçilməz bataqlıq vəziyyətində olmasına etiraz olaraq aksiya keçirən sakinlərin problemini vaxtında həll etmək olardı, vətəndaşlarla görüşmək mümkün idi.
Amma Suraxanı rayon icra başçısı İlqar Abbasov kabinetindən xidməti maşına minərək öz şəxsi işlərinin arxasınca gedir, əhalinin dərd-səri ilə maraqlanmır.
Nəticədə sosial partlayış baş verir, camaat çıxıb aerport yolunu bağlayır. Bu, dövlətin sosial siyasətinə məmurlar tərəfindən təxribat deyilmi?
Prezident dəfələrlə bildirib ki, icra başçılarına təyin edərkən xalqla işləməyi tapşırır. İ.Abbasov isə Suraxanıya rəhbərlik etdiyi dövrdən əlini ağdan qaraya vurmayıb, bir küçəni yamaq eləməyib, bir yola asfalt döşətməyib.
Halbuki, büdcənə maliyyə ayrılır. Təbii ki, bu tənqidlərdən böyük pay həm də Saleh Məmmədovun rəhbəri olduğu Azərbaycan Avtomobil Yolları Agentliyinə düşür.
Lakin ilk növbədən Suraxanı RİH məsuliyyət daşıyır və yolların, ara küçələrin abadlaşdırılması bu qurumun borcudur.
Dövlətin pullarını havaya sovura İ.Abbasov isə təkcə Bülbülədəki S.Əliyev küçəsini bərbad gündə saxlamayıb, eləcə də Qaraçuxur qəsəbəsi, Yeni Suraxanı, Ərəblinka deyilən ərazi, Yeni Günəşliyə gedən yollar fəlakət içindədir.
Qaraçuxurdan Yeni Günəşliyə gedən gedən yolda iki məktəb yerləşir. Ancaq aylardır ki, yolları qazıb pis günə qoyublar, düzəltməyiblər, məktəblilər də qışın çağında işgəncə çəkirlər.
Onu da deyək ki, sözügedən etiraz aksiyası ilə bağlı yolda nəqliyyatın hərəkəti təxminən iki saat ərzində dayanıb, böyük tıxac yaranıb, hadisə yerinə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları gəlib.
Polislər etiraz aksiyası iştirakçılarını yoldan kənarlaşdırmağa çalışıblar, lakin Suraxanı rayon İcra Hakimiyyətinin məsul şəxslərindən heç kim aksiyaçıların qarşısına çıxmayıb.
Təxminən iki saat sonra aksiyaçılar polisin dağılışmaq tələblərinə riayət edərək yolu açıblar. Lakin palçıqlı yollardan cana doymuş sakinlər başqa formalarda aksiyaları davam etdirəcəklərini deyiblər.
Sakinlər bildirilər ki, onlar 25 ilə yaxındır bu ərazidə məskunlaşıblar. Minlərlə sakinin yaşadığı bu yaşayış məhəlləsində ən ciddi problem məhəllədaxili yolların payız-qış aylarında bataqlığa çevrilməsidir.
Sakinlər illərdir bu problemlə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə, Bülbülə qəsəbəsi bələdiyyəsinə şikayət etdiklərini, amma heç bir tədbir görülmədiyini deyirlər.
Maraqlıdır ki, etiraz aksiyası Bülbülə qəsəbə bələdiyyəsinin sədrinin evinin qarşısında keçirilib, bələdiyyə sədri özü də yolu açmağa çalışanlar arasında olub.
İ.Abbasov seçkiqabağı əhalinin əsəblərini tarıma çəkərək ayağa qalxmasına səbəb olub.
Ölkədə sakit, təxribatsız, insidentsiz seçki keçirilməsini, sabitliyin davamlı olmasını arzulayan hökumətin planlarını Suraxanı icra başçısı alt-üst edir.



İsmayıllı, Quba hadisələrini yaddan çıxaran İ.Abbasov bilmir ki, kiçik qığılcımdan böyük alov doğa bilir.
Belə həssas mərhələdə, bəzi xarici dairələrin ölkəmizdə qarışıqlıq arzusundan olduğu vaxtda İ.Abbasovun onlara “yem” verməsi hakimiyyətin, prezidentin siyasi kursuna xəyanətdir.
Sakinlərin qarşısına çıxaraq onları dinləmək, problemin həllinə vəd vermək mümkün idi. Ancaq icra başçısı saymazlıq edərək nə özü, nə RİH nümayəndəsi əraziyə gedib.
Ona görə də laqeydlik görən sakinlər aksiyaları davam etdirmək qərarına gəliblər. İ.Abbasovu isə öz biznes işləri maraqlandırır.
Ötən illər ərzində İlqar müəllim Suraxanı rayonunun abadlaşması, yerli camaatın problemlərinin həll olunması istiqamətində heç bir iş görməyib. Daha dəqiq desək, buna cəhd belə göstərməyib.
Əvəzində şəxsi maliyyə imkanlarını genişləndirib, obyektlərinin sayını artırıb. Məsələn, rayonun Yeni Günəşli qəsəbəsindəki ticarət obyektlərinin bir çoxu başçıya məxsusdur.
Çoxları bilir ki, bu şəxs icra hakimiyyəti strukturlarında işləməmişdən əvvəl aktiv biznes fəaliyyəti ilə məşğul olub.
Deyəsən, İlqar Abbasov Suraxanı rayonuna və onun qəsəbələrinə, rayonun yerli idarə və müəssisələrinə də biznes strukturu kimi baxır. Bəlkə də…

Başçının adı torpaq alverində tez-tez hallandırılır. Məhz bu səbəbdən mediada Suraxanının adı çox vaxt torpaq alveri ilə bağlı hallandırılıb.
Bildirilib ki, rayonun Bülbülə, Əmircan, Hövsan, Zığ, Yeni Günəşli, Yeni Suraxanı və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi tapmaq olmur. Tikinti üçün verilən sərəncamlar 3000 manatdan yuxarıdır.
Onu da yada salaq ki, bir müddət əvvəl İ.Abbasov iştirak etdiyi məclisdə siyasi xətaya yol vermişdi. Yayılan xəbərlərə görə, məclisdə səkkiz-on nəfər yüksək vəzifəli şəxs olub.
Məclis iştirakçıları xeyli yeyib-içdikdən sonra “sevimli mövzuları” -mətbuatın onlar haqda yazdıqları yada düşüb. Əvvəlcə mətbuatın qarasına xeyli danışan, jurnalistləri ağ yuyub qara sərən məmurların bir çoxu medianın onlar üçün əsl başağrısına çevrildiyini, jurnalistlərin hər addımlarından xəbər tutduqlarını, evlərinin, maşınlarının şəkillərinin saytlarda yaydıqlarından şikayətləniblər.
Söhbətin bu yerində İ.Abbasov həmkarlarına təsəlli verərək onlara mətbuatın yazdıqlarından çox da narahat olmamağı məsləhət görüb:
“Qoy nə yazırlar, yazsınlar. Onsuz da hamı hər şeyi bilir. Yazırlar ki, biz sökürük, uçurduruq, dağıdırıq, torpaq satırıq, rüşvət alırıq, korrupsiya ilə məşğuluq. Guya ölkə rəhbərliyi bilmir ki, biz nə işlə məşğuluq? Bilmirlər ki, söküb...?”.

(azsiam.info)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi