Məmurların pullu biznesi - Uşaqlardan yığılan milyonlar

11:23 13.06.2018 494
Məmurların pullu biznesi - Uşaqlardan yığılan milyonlar

Qalmaqallı "Kid Studio" Uşaq Mərkəzi lisenziyasız fəaliyyət göstərirmiş; məmurların son illər böyük maraq göstərdiyi, milyonlar qazanılan sahələrdən biri də uşaq əyləncə mərkəzləri və bağçalardır.

Cəmi bir neçə ay əvvəl fəaliyyətə başlamış "Kid Studio" Uşaq Mərkəzinin ömrü uzun olmadı. Tərbiyəçinin azyaşlı uşağa qarşı amansız davranışları bağçanın fəaliyyətinə son qoydu.

İşgəncə faktını üzə çıxaran videomaterial dünəndən bəri xəbər saytlarında yayımlanır. Yayımlanar-yayımlanmaz da insanlar arasında dəhşət yaratdı. Necə olur ki, valideynlərin böyük məbləğdə pul ödəyərək etibar etdikləri uşaq tərbiyəçi tərəfindən döyülür? Qeyd edək ki, sözügedən bağçanın aylıq qiyməti nə az-nə çox 250 manatdır.

Bu cür hadisələr tək bizdə olmur. Ara-sıra sosial şəbəkələrdə müxtəlif ölkələrdə baş vermiş bu tip hadisələrin görüntülərinə rast gəlirik. Bizdən fərqli olaraq, xaricdə hadisəyə yanaşma fərqli olur. Uşağı şiddət görmüş valideyn dərhal hüquq mühafizə orqanlarına müraciət edir. Uşağının haqqını tələb edir. Bizdə isə döyülən uşağın ailəsi hansısa səbəbdən ya susurlar, da uşağını döyən müəllim, tərbiyəçinin müdafiəsinə qalxırlar.

Suallar çox olsa da, bağçadan cavab verən yoxdur. Bağça ilə əlaqə saxlayan həmkarımıza bildirilib ki, bağça müdiri jurnalistlərlə danışmaq istəmir. Jurnalistlərin danışdıra bilmədiyi mərkəzin müdiri Nigar Müseyibovanı isə Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları danışdırıb. Həmçinin Yasamal rayon icra başçısı Əziz Əzizov da bağçaya gəlib. Danışıqların və ziyarətin nəticəsi haqda isə mətbuata açıqlama verilmir.

2015-ci il noyabr ayının 2-dən etibarən bağçalara lisenziyanı İqtisadiyyat Nazirliyi "ASAN xidmət” vasitəsilə verməyə başlayıb. İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib ki, bu müddət ərzində nazirlik uşaqların Firuzə Tağıyeva adlı müəllim tərəfindən döyüldüyü "Kids Studio" Uşaq Mərkəzi adlı bağçaya lisenziya verməyib. Abbas Əliyevin sözlərinə görə, nazirlik bağçanın hansı əsaslarla fəaliyyət göstərdiyindən məlumatsızdır.

Vergilər Nazirliyinin Vergi ödəyiciləri üzrə axtarış sistemində həmin bağça haqqında məlumat yoxdur. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatda bu ada uyğun VÖEN müəyyən edilməyib.

Qeyd edək ki, məmurların son illər böyük maraq göstərdiyi, milyonlar qazanılan sahələrdən biri də uşaq əyləncə mərkəzləri və bağçalardır.

Maraqlıdır, uşaqlara qarşı kobud rəftar edən, uşaqları döyən o tərbiyəçini hüquqi məsuliyyət gözləyirmi?

Hüquq müdafiəçisi, "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bildirir ki, uşağı döyən tərbiyəçi Cinayət Məcəlləsinin 126-cı maddəsi -qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə cəza almalıdır: "Məsələnin KİV və elektron mediada yayılmasını nəzərə alaraq hüquq-mühafizə orqanları və ya prokurorluq artıq hüquqi proseduru başlatmalı idi”.

Hazırda ölkəmizdə 1656 dövlət, 96 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi var. Danılmaz faktdır ki, bağçalar körpələrin təlim tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır.

Təhsil eksperti Kamran Əsədov kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilərin dünyanın aparıcı dövlətləri ilə müqayisədə çox aşağı olduğunu deyir: "Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəssüflər olsun ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75%-lik uşaq da bağçalara cəlb olunsun. Dünya təcrübəsindən qeyd edim ki, Amerikanı götürsək, bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür. Təəssüflər olsun ki, bağçalara fəaliyyət lisenziyası verilsə də orada zəruri hallara o qədər də diqqət yetirmirlər”.

Ekspert onu da qeyd edir ki, bağçalarda təhlükəsizliyin təmin olunması üçün uzunmüddətli yaddaşa malik, günün bütün saatlarında işləyəcək kameralar lazımdır: "Kameralar təhlükəsizlik işinə müsbət təsir edir. Düşünürəm ki, videokameraların olması çalışanları məsuliyyətli etməklə yanaşı, həm də valideynlərin qarşısında güvənli olmağa zəmanət verir. Bu kameralar təkcə valideynlərin övladlarını izləməsi üçün deyil. Həm də müəssisənin təhlükəsizliyi təmin olunur”.

2011-ci ildə prezidentin sərəncamı ilə bağçalar Təhsil Nazirliyindən alınıb icra hakimiyyəti orqanlarına verildi. Bundan sonra bağçaların fəaliyyəti diqqətdən kənarda qaldı. Son illər bağçalarda neqativ hallar çoxalıb. Bu kimi halların aradan qaldırılması üçün bağçaların təkrar Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təklif edilir.

Əsədov düşünür ki, təhlükəsiz və yüksək keyfiyyətli bağça modelini tək Təhsil Nazirliyi təmin edə bilməz: "Bu kimi fəaliyyəti Təhsil Nazirliyinə tabe müstəqil qurum tərəfindən həyata keçirilməlidir. Necə ki, diplomların tanınması, peşə təhsili üzrə ayrıca Təhsil Nazirliyinə tabe qurumlar fəaliyyət göstərir, bu mexanizmi də eyni ilə təmin etmək olar. Ancaq bizdə bu sahəyə kifayət qədər vəsait ayrılsa, özəl bağçaların şəbəkəsi genişləndirilməlidir. Elə-belə, pərakəndə şəkildə olmamalıdır. İş adamları özəlləşdirmək istədikləri bağçaları standartlara uyğunlaşdırmalıdırlar. Bəzi vaxtlar özəlləşdirilən bağçalar məktəbəqədər müəssisə kimi də fəaliyyət göstərmir. Doğrudur, özəl bağçalarda istər qidalanma, istər tədris dövlət bağçaları ilə müqayisədə yaxşı təşkil olunub. Burada çalışan işçi - tərbiyəçilər uşaqlara daha həssas yanaşırlar. Lakin özəl bağçalar müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumunun onun fəaliyyətinə müdaxilə etməsi, yoxlanılması mümkün deyil . Qanunvericilik yalnız onların təhlükəsizlik, vergi, sanitar qaydalara riayət edib-etməməsini yoxlaya bilir. Təəssüf ki, heç bir qurum bağçalarla bağlı yoxlama aparmır”.
"Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi