Impera
XƏBƏR LENTİ
22:32Şeyx Fərqanə Qasımovaya bisavad deyən şairi YIXIB-SÜRÜDÜ: O, heç özü bilmir ki...22:04Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyindən mərhum şairə HÖRMƏTSİZLİK - "Bacı kimi əlimdən gələni edirəm..."22:00Sumqayıtın inkişafında xidmətləri olan şəxslər təltif edilib - SİYAHI11:32Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub10:5335 min nəfər əhaliyə ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı21:37Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ AÇIQLANDI21:35Bunu edənlər 1000 manat CƏRİMƏLƏNƏCƏK - QANUN DƏYİŞDİ21:31Bakı metrosunda qapıları tutan 20 sərnişin cərimələndi – Hərəsi 50 AZN – VİDEO21:29TANAP-ın istismara veriləcəyi tarix açıqlandı21:26Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO21:25Əli Əsədov onu da vəzifəsindən azad etdi21:2326 yaşlı hicablı qaydasız döyüşçü nokauta düşüb öldü - VİDEO21:21ABŞ-dan İrana XƏBƏRDARLIQ - Qətllərə son qoy, interneti bərpa et21:19Bakıda böyrəyini satışa çıxaran qadınla bağlı ŞOK XƏBƏR11:15Lukaşenko zarafatla vəzifə təklif etmişdi, deputat oldu - FOTOLAR11:11Sumqayıtda FACİƏ: naqil oğurlamaq istəyən şəxs...11:10Erməni fəalı: Sorosçular Paşinyanı əsir götürüblər11:04Nüşabə Ələsgərli həyat yoldaşı ilə tanışlığından DANIŞDI: "Aşiq olmamışam" – VİDEO11:02Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"20:42Millimizlə oyunöncəsi NÖVBƏTİ İTKİ20:41Polisin saxladığı avtomobilin sürücüsü hadisə yerindən qaçıb20:40Şəfəq Ağacanın məhkəməsi başlayır20:38Avropa Gimnastika İttifaqının adı dəyişdirilib20:36“Miss Azərbaycan-2019”: Keçmiş sevgilim 21 yaşımda məni qaçırmışdı - MÜSAHİBƏ (FOTO)20:32Bir ailənin dörd üzvü TIR-ın altında əzilib öldü20:30Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR20:29Rüfət Səfərov azadlığa çıxdı - Foto20:27Sumqayıtda görülməmiş hadisə: Helikopterlərdən dəvətnamə atdılar - Foto20:23SON DƏQİQƏ: İranı çalxalayan aksiyada Ruhanidən GÖZLƏNİLMƏZ QƏRAR20:22Şəbnəm Tovuzluya ağır itki - VİDEO20:20Qəbələdə "VAZ" 60 yaşlı kişini vurub öldürdü12:41Bakıda beş avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - ANBAAN VİDEO12:38Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmayıblar12:36Zamirə Ədilovaya vəzifə verildi11:34Heyvanların müdafəsi üçün 40 min imza toplanılır11:32Kombilərdə bunu edin - qaza və işığa 35 faiz qənaət edəcəksiz - VİDEO11:31Bakıda arvadını öldürən kişi Gəncədə təslim olub10:57İranda aksiyalarda 25 nəfər öldü, 40 nəfər saxlanıldı - Hökumətdən xəbərdarlıq10:56Metroda Madonnanın sinəsini parça ilə örtən saxlanılıb20:15Gürcüstan müxalifəti aksiyalara başladı19:51Fransada “sarı jiletlilər”in aksiyasında 147 nəfər saxlanıldı19:50İcra başçısı barədə şok iddia: Qayınanasının adına subsidiya alıb, obyektlərinin sayı-hesabı yoxdur - VİDEO19:44Müəllimlərin ən yüksək maaş aldığı ölkələrin TOP 10-luğu15:00Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb14:35Gələn ilin büdcəsinə ən çox hansı qurum xeyir verəcək?13:12İstanbulda casusun sirli ölümü: Özbək qulluqçunun dedikləri12:1715 yaşlı APA...12:04Uşaqlar ip əvəzinə ilanla oynadılar - VİDEO16:31Bərdədə yanğın: Üç nəfər zəhərləndi - FOTO16:29Ulduz idmançılar Azərbaycana gəlir16:26Azərbaycana avtomobil idxalı kəskin artıb16:26Azərbaycana avtomobil idxalı kəskin artıb16:26Benzin BAHALAŞDI16:17Bakıya yağış, rayonlara qar yağacaq16:16"Fədayəyə oxumağı mən öyrətmişəm, bacısı nə danışdığını bilmir" - Tacir - VİDEO16:14Bakıda 16 yaşlı gənc metroda itkin düşdü16:14Prezident müsəlman din xadimlərini qəbul etdi - FOTO16:12Prezident Bilal Əliyevə mənzil bağışladı16:06Selfi sevgisi daha bir turisti öldürdü16:02Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - Zığ, Bayıl, Yeni Yasamal... - XƏRİTƏ16:01Məşhur aktyorun oriental şousu təəccübləndirdi - VİDEO15:58Sərxoş kişi hamilə qadını döyüb xəstəxanalıq etdi - Video15:32Kran minik maşınını yolda belə sürüdü - ANBAAN VİDEO12:05Elmira Süleymanova: "Yalan məlumatdır"11:32Yeniyetmə bacısını timsahın ağzından xilas etdi - FOTO11:30Gecə Bakıda baş verən yanğında polislər körpələri evdən çıxarır - FOTOLAR11:27Vilayət Eyvazov generalı işdən çıxardı, polkovnikə yeni vəzifə verdi11:24Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ20:123500-dən çox məhkuma ŞAD XƏBƏR - Əfv imzalandı20:11Prezident Bilal Ərdoğanla görüşdü20:10İlham Əliyev bu şəxslərə fəxri adlar verdi - SİYAHI20:06Prezident və xanımı Kirill ilə görüşdü20:03Bakıda qızları təhqir edən şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO19:59Hindistan, Çin və Rusiya xüsusi ödəniş sistemi yaradacaq19:48Əhaliyə şad xəbər: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində16:49Oqtay Gülalıyevdən sarsıdıcı xəbər - FOTO16:47Bakıda doğulan qəribə körpə ÖLÜB - AÇIQLAMA16:45Adam öldürüb Azərbaycana qaçdı, 10 il sonra tutuldu16:33Sabah qar yağacaq - PROQNOZ12:41Bulvarda bir nəfər dənizə düşdü12:26Azərbaycanda doktoranturaya qəbul qaydaları dəyişib12:16Almaniyada siyasi mühacir alverinə qarşı böyük əməliyyat: Azərbaycanlı hüquqşünas da saxlanılanlar arasındadır11:23“Yerli seriallar gənc nəslin tərbiyəsini pozur”11:22“Bayquş” qanadlarını açır: Dubayda yeni superkar təqdim olundu – FOTO11:19Ərdoğan Trampın sözünü kəsib, səhvini düzəltdi - Video11:17“Facebook” feyklə mübarizə aparır: akkauntların 5 faizi saxta çıxdı11:14Paytaxtda Dünya dini liderlərinin II Bakı Sammiti başlayır11:13MMA döyüşçüsü insan oğurluğunda şübhəli bilinərək həbs edildi21:09Prezident sərəncam imzaladı21:04İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO21:00General bu şok səbəbə görə saxlanıldı20:55Arvadını narahat edən ailənin dörd üzvünü öldürdü - VİDEO20:45Bakı bulvarına yeni atraksionlar gətiriləcək14:56Mehriban Əliyeva şəhid ailəsini SEVİNDİRDİ14:54Yeni icra başçıları kollektivə təqdim olundu14:49Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM13:02Yeni Təhsil naziri təyin olunub - Gürcüstanda12:43Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR - Bəzi qurumlar LƏĞV EDİLƏCƏK12:40Nazir onları işdən çıxartdı12:35Bu binanın sakinləri kirayə evlərə köçürüləcək - VİDEO
BÜTÜN XƏBƏRLƏR

Sabiq icra başçısının Saydın Həsənova qarşı etdi(rdi)yi haqsızlıqların kökündə nələr durub?

27 Mrt 2018, 13:57   
Sabiq icra başçısının Saydın Həsənova qarşı etdi(rdi)yi haqsızlıqların kökündə nələr durub?


“Elman Allahverdiyev tədbirin sonuna qədər həddən artıq spirtli içki qəbul etdiyindən, o, tədbirin gedişi zamanı çıxış edə bilmədi”

Bu günlərdə redaksiyamıza Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi ev-34 ünvanda qeydiyyatsız yaşayan Həsənov Saydın Əli oğlu tərəfindən müraciət daxil olub. Müraciət müəllifi yazır ki, “Mən sovet dönəmində müxtəlif rəhbər vəzifələrdə işləmişəm, hətta seçkili orqanlarda da təmsil olunmuşam. Bir sözlə, bütün vaxtlarda dövlətimizə və xalqımıza xeyr verən insanlardan biri olmuşam. Hal-hazırda işsizəm və 22 il bundan öncə üz-üzə qaldığım haqsızlığın, ədalətsizliyin bu gün də ağrı-acısını çəkməkdəyəm. Belə ki, Tərtər rayonunun sabiq icra başçısı Elman Allahverdiyev və adı çəkilən rayonun Mamırlı kənd ərazi vahidliyi üzrə icra nümayəndəsi Şikar Əliyev, mənə maddi və mənəvi cəhətdən zərər vurublar. Yəni, 1995-ci ildə Elman Allahverdiyevin tapşırığı əsasında, rayonun Füzuli Qəhrəmanov adına kolxozunun 380 ha sahəsində şəxsi vəsaitim hesabına taxıl səpini həyata keçirdim. Bu günə kimi ona dəfələrlə müraciətlər etsəm də, taxıl səpininə çəkdiyim xərci sabiq icra başçısından heç cür ala bilmirəm. Elə ki, vaxt tamam oldu və taxıl səpini yekunlaşdı, o halda Elman Allahverdiyev müavini Fəxrəddin Haqverdiyevin vasitəsilə işdən çıxmağımla bağlı ərizə yazmağı çatdırdı. Belə bir şərtin qarşılığında təkid edib taxıl səpininə xərclədiyim vəsaiti ondan tələb etdim və işdən çıxmaq barədə ərizə yazmadım. Belə olan halda o, məni susdurmaq məqsədilə 23 noyabr 1995-ci il tarixdə qanunsuz olaraq kolxoz sədri vəzifəsindən çıxartdı və atdığı addımı ilə ürəyi soyumadı, hətta məni həbs etdirmək qərarına da gəldi. Bu məqsədlə təsərrüfatın üçillik sənədlərini Tərtər rayon Prokurorluğuna təqdim etdirdi ki, haqqımda nələrisə sübuta yetirə bilsin. Aparılan araşdırmalar zamanı prokurorluq əməkdaşları mənimlə bağlı hər hansı qanunsuzluğu aşkar edə bilmədilər.
Onu da bildirim ki, həmin vaxtlarda nə qədər təzyiqlə, nə qədər hədə-qorxu ilə üz-üzə qalsam da, heç bir halda işdən çıxmağımla bağlı ərizə yazmadım. İşdən çıxarılmağım adımdan yazılmış saxta ərizə əsasında mümkün oldu. Bütün bunlardan əlavə, Füzuli Qəhrəmanov adına kolxozun 1995-ci ilə aid sənədləri Elman Allahverdiyevin göstərişi ilə arxivdən yoxa çıxarıldığından, bu gün həmin ilə dair hər hansı sənəd-sübut yoxdur. Həmin ilə dair sənədlər yox edildiyindən, mənə 1995-ci ilə aid pensiya hesablanmayıb. Guya ki, mən həmin il işləməmişəm və hər hansı əmək fəaliyyəti ilə də məşğul olmamışam. Bu günə kimi üz-üzə qaldığım haqsızlıqlarla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciətlər ünvanlasam da, təəssüflər olsun ki, müraciətlərimə qanuna müvafiq qaydada baxan olmayıb. Bu cür yanaşmanın varlığı da, məni olduqca incidən hallardır.
Bundan əlavə onu da bildirim ki, 1995-ci ildə hərbi tədbirin keçirilməsi ilə bağlı qabaqçıl kolxoz sədri olaraq mən də Tərtərin Evoğlu kəndinə dəvət olunmuşdum. Tədbirdə rayonun sabiq icra başçısı Elman Allahverdiyev, hərbi hissə komandiri polkovnik Kərim Vəliyev, Gürcüstan Respublikasıdan qonaq gəlmiş tanınmış jurnalist Tatyana Çaladze və digər vəzifəli şəxslər də iştirak edirdilər. Yığıncağın sonuna qədər Elman Allahverdiyev həddən artıq spirtli içki (araq) qəbul etdiyindən, o, tədbirin gedişi zamanı çıxış edə bilmədi. Sabiq icra başçısının belə bir vəziyyətini görən Kərim Vəliyev əsəbləşdi və ona bildirdi: "Bu nə vəziyyətdir, dur ayağa, rayonu təmsil et” desə də, Elman Allahverdiyev oturduğu yerdən ayağa qalxa bilmədi. Çox keçmədi ki, o, üzünü mənə tutaraq "Həsənov dur ayağa, əvəzimdən rayonu sən təmsil et” dedi. Mən ayağa qalxıb ətraflı çıxış etdim və tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandım. Elə həmin gündən də mənim "qara günlərim" başlandı. Yaramaz hərəkətinə görə ürəyinə işdən çıxarılması haqda qorxu-xofu düşən Elman Aliahverdiyev, çox keçmədi ki, mənə qarşı paxıllıq etməyə başladı. (22 ildə çəkdiyim bütün əzab-əziyyətlərin səbəbi, məhz Elman Allahverdiyevin mənə qarşı etdiyi haqsızlığı və paxıllığı olub) Bu gün ictimaiyyət bilməlidir ki, həmin vaxtlar Elman Allahverdiyev məni özünə rəqib gördüyündən, o, mənə qarşı daim paxıllıq etmiş və barəmdə bir çox haqsızlıqlara qol qoymuşdur. O, məni qanunsuz olaraq işdən azad etdikdən sonra, hətta iş yerimdə əmək kitabçamı da yoxa çıxardılar. Nə qədər çalışsam da, Elman Allahverdiyevin əvəzimə sədr qoyduğu və ixtisasca ədəbiyyat müəllimi olan Baxşeyiş Məmmədovdan və 2018-ci ilin fevral ayında dünyasını dəyişmiş icra nümayəndəsi Şikar Əliyevdən heç cür əmək kitabçamı əldə edə bilmədim.
Üç il işsiz qaldıqdan sonra düçar olduğum çətinliklərə dözə bilməyib iş axtarmaq məqsədiiə Bakı şəhərinə üz tutdum və mərhum icra nümayəndəsinə dedim ki, artıq bu cür haqsızlıqlara dözə bilmirərəm. Ona görə də iş axtarmaq məqsədilə Bakı şəhərinə getmək məcburiyyətindəyəm, yaxşı olar ki, əmək kitabçamı verəsiniz. Belə olan halda mərhum Şikar Əliyev əmək kitabçamın “dubiikat”ını hazırlayıb yazdı və onu mənə verdi. Artıq bu cür haqsızlıqlardan bezdim və 15 sentyabr 1998-ci ildə doğulduğum və yaşadığım Mamırlı kəndini tərk edərək, iş axtarmaq məqsədilə Bakı şəhərinə gəlməyə məcbur oldum. Onu da bildirim ki, 1998-ci il sentyabr ayının 15-dən 2015-ci mart ayına kimi Bakı şəhərinin bazarlarında, ələlxüsus "Yaşıl Bazar"da xırda alverlə məşğul olaraq övladlarımı birtəhər saxlaya bildim.
1994-cü ilin dekabr ayının 23-də Prezident Aparatı Təşkilat şöbəsinin dəvəti ilə Respublika Sarayında aqrar islahatların aparılmasına həsr olunmuş Respublika toplantısında iştirak etmişəm. 1995-ci ilin aprel-may aylarında Yerli İslahat Komissiyasının üzvü olmuşam. Amma, Yerli Aqrar İslahat Komissiyasının sədri olmuş və Mamırlı kənd ərazi vahidliyi üzrə icra nümayəndəsi vəzifəsini daşımış

mərhum Şikar Əliyev, Elman Allahverdiyevin barəmdə qol qoyduğu haqsızlığa baxaraq heç bir əsas olmadan məni islahat komissiyasının üzvlüyündən kənarlaşdırdı. Beləliklə, Yerli Aqrar İslahat Komissiyasının sədr müavini olaraq islahatda iştirak etməyimə qanunsuz olaraq icazə vermədilər. Buna görə də islahatın yekun sənədlərində mənim imzam yoxdur. Nə qədər çalışsam da, komissiya üzvlüyündən kənarlaşdırılmağım ilə bağlı Şikar Əliyevdən saxta yollarla düzüb-qoşduğu qərarın surətini ala bilmədim.
Sabiq icra başçısının daşıdığı vəzifəsindən sui-istifadə edərək, mənim heç bir əsas olmadan işimdən azad edilməyimə bağlı qanunsuz göstəriş verəndə, həmçinin məni həbs etdirmək məqsədilə kolxozun üçillik sənədlərini rayon Prokurorluğuna təqdim etdirəndə, 380 ha taxıl sahəsində əkin-səpin işlərini şəxsi vəsaitim hesabına həyata keçirəndə, maddi və mənəvi ziyan vuraraq Konstitusiya ilə qorunan hüquqlarımı, o cümlədən təhlükəsiz və sağlam şəraitdə işləmək, təhlükəsiz yaşamaq hüquqlarımı pozanda, ali təhsilli olmağımı, işgüzarlığımı, bacarığımı, təmiz işçi olmağımı, təsərrüfatı ağır vəziyyətdən birincilər sırasına çıxarmağımı, azyaşlı uşaqlarımın ağır vəziyyətini, haqq və ədalət prinsipini, Azərbaycan Respublikasının Konstitusiyasının prinsiplərini, icra başçısı olaraq fəaliyyət prinsipini və bütün bunlara görə daşıdığı məsuliyyəti ən azından dərk etməli, yaxud da anlamalı idi.
İcra başçısı vətəndaşı lazım gəldikdə himayə etməyə, haqsızlıqlar qarşısında müdafıə etməyə, insan həyatını məhv edən hər cür əzab və iztirabları araşdırmağa, haqq və həqiqətin üstünlüyü üçün çalışmağa, insanın bir vətandaş və bir şəxsiyyət olaraq dəyərini, onun azadlığını, xoşbəxtliyini, inkişafını, bacarığını aşkara çıxarmaq hüququnu qəbul etməyə, ölkəmizin qayda-qanunlarına riayət etməyə, Vətənə şərəflə xidmət etməyə borclu olduğu halda, təəssfıilər oisun ki, o, bunların əksini, yəni mənə hədə-qorxu gələrək əzab-əziyyət verməsini, uzun illər zülmə məruz qoymasını və digər haqsızlıqlarını gördüm.
Bütün bunların hamısı həqiqətlərdir və baş verənlər də onu söyləməyə əsas verir ki, mənə paxıllıq edərək işləməyimə mane olanlar, o cümlədən başda Elman Allahverdiyev və digərləri olmaqla, mənə qarşı qanunazidd hərəkətlər edənlər, həmçinin vəzifələrindən sui-istifadə edənlər mənə maddi və mənəvi cəhətdən zərər vurublar. Bu cür haqsızlıqların nəticəsidir ki, düz iyirimi ildən çoxdur ki, işsizəm və mənəvi cəhətdən əzab çəkirəm. Üz-üzə qaldıqlarımla bağlı aidiyyəti üzrə bir çox instansiyalara silsilə müraciətlər ünvanlasam da, bir kimsə pozulmuş hüquqlarımın bərpasına cəhd göstərməyib.

Mirzə
OXŞAR MÖVZULAR