“Yol polisi onu çəkdiyim üçün məni döydü” - Video

16:23 18.11.2021 242
“Yol polisi onu çəkdiyim üçün məni döydü” - Video

Sumqayıt şəhər sakini Ramin Xanalıyev YPX əməkdaşı onu saxladığı zaman telefonla çəkiliş etdiyi üçün yol polisi tərəfindən döyüldüyünü iddia edir.

“Zaman.az”a müraciət edən R.Xanalıyevin sözlərinə görə, yaşadığı Sumqayıt şəhərində son aylarda dəfələrlə əsassız yerə saxlanılıb.

Vətəndaş deyir ki, artıq bu, ənənə halını alıb: “Yol polisləri məni ailəmlə harasa gedəndə belə saxlayıb qanundankənar formada sorğu-sual edirlər. Sonuncu dəfə noyabrın 6-da Sumqayıtın əşya bazarı adlanan hissəsində “Mazda SX-8” markalı 50 BO 555 nömrəli avtomobili idarə edəndə yenə yol polisləri məni saxladılar. Elçin adlı əməkdaş mənə yaxınlaşıb qeyri-prosessual olaraq “səni hardansa tanıyıram” dedi, daha sonra mənim özlərinin xidməti avtomobilində oturmağımı tələb etdi. Mən də bu tələbin qanunsuz olduğunu deyərək onların maşınına keçmədim. Bir neçə dəqiqə sonra polis zabiti təkrar mənə yaxınlaşaraq özünün əslən Qubadlı rayonundan olmasını dedi və mənim haradan olmağım barədə sual verdi. Mən ondan qeyri-prosessual hərəkətlərə yol verməməsini xahiş etdim.



Bundan sonra o, səndələmə, aşma, nitq qabiliyyətimi itirmə, spirt qoxusu və s. əlamətlər olmadığı halda, məni sərxoşluğun müayinə olunması üçün tibb müəssisəsinə aparacağını dedi. Mən də artıq polis əməkdaşlarının qanunsuz əməllərindən, özbaşınalığından təngə gəlib bu halı videoya qeyd etmək üçün telefonumla çəkilişə başladım.

Bu vaxt YPX-nin Elçin adlı əməkdaşı gəlib mənim maşınımda öndə oturdu və telefonda olan videonu silməyimi tələb etdi. Mən silməyəcəyimi deyəndə boyun və baş nahiyəmə zərbələr endirərək məni döyməyə başladı. Telefonumu zor gücü ilə əlimdən almağa çalışırdı. Bu qarşıdurmadan sonra mən əsəbiləşərək onlara israrla tibbi müayinədən keçmək istədiyimi dedim, amma yol polisləri xidməti maşınlarına minib ərazidən uzaqlaşdılar”.

R.Xanaliyevin sözlərinə görə, bundan sonra təcili tibbi yardıma müraciət edib və ona sağ boynun yumşaq toxumlarının əziyi və birincili essensial hipertenziya diaqnozu qoyulub: “Sumqayıt Şəhər Yol Polisi Şöbəsinin əməkdaşları vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məni döyüb xəsarət yetiriblər. Eyni zamanda, mənə maddi və mənəvi zərər vurublar. Hadisə ilə bağlı Sumayıt Şəhər Prokurorluğuna müraciət edərək faktla bağlı yoxlama aparılmaqla prosessual qərar qəbul edilməsini xahiş etmişəm. Eyni zamanda, polis zabitlərinin Sumqayıt şəhərində dövlət idarələri ilə yaxın münasibətləri olması və qərara təsir edə biləcəklərini nəzərə alaraq, Bakı şəhərində məhkəmə-tibb ekspertizasından keçirilməyimi xahiş etmişəm”.

Baş Prokurorluqdan Zaman.az sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək