Deputat "Təhsil haqqında" qanuna dəyişiklikdən NARAZI QALDI

16:41 12.06.2018 579
Deputat "Təhsil haqqında" qanuna dəyişiklikdən NARAZI QALDI
Ölkəmizdə dövlət dili Azərbaycan dilidir. Amma "Təhsil haqqında" qanuna təklif olunan dəyişikliklərdə qeyd olunur ki, Azərbaycanda digər dillərdə də tədris aparıla bilər. "Digər dillər" nədir? Dünyada 5 mindən çox dil var. Eləcə də 5 dil dünya dili hesab olunur. Qanun layihəsində isə bu məsələ aydın deyil. Bunun izahı verilməlidir".

Zamantv.az modern.az-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bu gün parlamentin növbədənkənar iclasında "Təhsil haqqında" qanuna dəyişikliklər məsələsinin müzakirəsi zamanı deyib.

Hikmət Babaoğlu qanunun 11-ci maddəsinə təklif edilən müddəalara da münasibət bildirib. Həmin maddədə icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təhsilin keyfiyyət təminatının qiymətləndirilməsi məsələsi əksini tapır. Millət vəkilinin fikrincə, burada sadəcə təhsilin keyfiyyətinin qiymətləndirilməsindən söhbət getməlidir:

"Əgər təhsilin keyfiyyət təminatından danışırıqsa, onda bu, təhsil müəssisəsinə gedən yollardan, həmin müəssisənin binasının keyfiyyətindən başlamış kadr məsələlərinə qədər böyük bir spekti əhatə edir. Ona görə də, layihədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi vurğulanmalıdır".

Hikmət Babaoğlu həmçinin, sənədin 15-ci maddəsinin 2-ci bəndinin qanundan tamamilə çıxarılmasını təklif edib. "Burada təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisəsələrindən söhbət gedir. Yəni bununla biz xarici ölkə vətəndaşlarına ölkəmizdə təhsil müəssisələri yaratmağa icazə veririk. Amma bilirik ki, Azərbaycan vətəndaşı olmayan şəxslərin Azərbaycan dövləti qarşısında heç bir hüquqi öhdəçiliyi yoxdur. Belə olan halda, onlar nə üçün ölkəmizdə təhsil müəssisələri açmalıdır? Onların ən müxtəlif məqsədləri ola bilər. Dünyada belə termin var-"qeyri-ərazi müstəmləkəçiliyi". Söhbət ondan gedir ki, ölkə ərazi baxımdan işğal olunmur, amma qeyri-ərazi baxımından işğal olunur. Yəni insanların, ölkə vətəndaşlarının beyni işğal edilir. Mən düşünürəm ki, əgər vətəndaşlığı olmayan şəxslər bu formada ölkəmizdə təhsil müəssisələri açacaqlarsa nəticə etibarilə biz qlobal imperialzimin qeyri-ərazi müstəmləkəçiliyinə məruz qala bilərik. Ona görə də bu müddəa qanun layihəsindən çıxarılmalıdır"-deyə, deputat vurğulayıb.

Hikmət Babaoğlu çıxışında həmçinin layihə ilə bağlı redaktə xarakterli təkliflər də verib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub