MİLYONLARIN SONSUZ MƏHƏBBƏT BƏSLƏDİYİ LİDER

22:39 4.11.2021 370
MİLYONLARIN SONSUZ MƏHƏBBƏT BƏSLƏDİYİ LİDER
MİLYONLARIN SONSUZ MƏHƏBBƏT BƏSLƏDİYİ LİDER
Yerli “Lənkəran” qəzetinin ötən ilki 15 sentyabr tarixli nömrəsində “Doğma
torpaqlarımızın azad olunacağı gün uzaqda deyil” sərlövhəli məqaləmdə inam
hissi ilə vurğulamışdım ki, “Azərbaycanın dövlət rəhbərliyinin müdrik və
uzaqgörən siyasəti, xalqımızın yurd sevgisi və yekdilliyi, Azərbaycan Ordusunun
şücaəti nəticəsində erməni faşizmi tezliklə öz layiqli cəzasını alacaq, 2020-ci ilin
iyul ayının 12-14-ü tarixlərində Tovuz cəbhəsində canını fəda etmiş şəhidlərimizin,
Vətən yolunda qurban gedən soydaşlarımızın  qisası alınacaq və doğma dədə-baba
torpaqlarımız azad olunacaq”. Bundan cəmi heç iki ay keçməmiş rəşadətli
Ordumuz ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən
üzərində parlaq qələbə çalaraq yadellilərin tapdağı altında qalan əzəli və əbədi
torpaqlarımızı geri qaytardı.
Bu gün artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. 30 illik bir
müddətdə dövlətimizin atdığı addımlar, aparılan sülh danışıqları Ermənistanın
qeyri-konstruktiv mövqeyi səbəbindən nəticə verməsə də, 44 günlük savaşda
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində
rəşadətli Azərbaycan Ordusu işğalçı dövlətə heç vaxt unutmayacağı dərsi verdi.
Vətən müharibəsi və postmünaqişə dövründə liderlik keyfiyyətləri, sərkərdəlik
fəaliyyəti, diplomatik məharəti, strateji və taktiki qərarları, Vətən qarşısındakı
tarixi xidmətləri Ali Baş Komandan İlham Əliyevə xalqımızın məhəbbətini daha
da artırmış oldu.
Hələ 2003-cü ildə Ulu Öndər Heydər Əliyev xalqa müraciəti zamanı İlham
Əliyevə özü qədər inandığını və axıra çatdıra bilmədiyi işlərin məhz onun həyata
keçirəcəyinə əminliyini ifadə etmişdi. 2003-cü ildə keçirilən prezident seçkilərində
xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev
andiçmə mərasimində Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün
Heydər Əliyev siyasətinin davam etdiriləcəyini vəd etmişdi. İllər ötdükcə xalqımız
2003-cü ildə etdiyi seçimində yanılmadığına bir daha əmin oldu. Belə ki, dövlət
başçısı, Müzəffər Ali Baş Komandan Azərbaycanı Ulu Öndər Heydər Əliyevin
görmək istədiyi şəkildə inkişaf etdirdi. Son nəticədə Ulu Öndərin özünün layiqli
siyasi varisinə vəsiyyət etdiyi ərazi bütövlüyümüz təmin olundu, Şuşamız azad
edildi.
Azərbaycan xalqı öz taleyini zamanında məhz Prezident İlham Əliyevə
etibar etməklə böyük müdriklik və uzaqgörənlik nümayiş etdirib. İlk gündən “Mən
bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm.
Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru
irəliləyişi görsün və onu hiss eləsin” vədini verən Prezident İlham Əliyev son 18
ildə bunu əməli işi ilə təsdiqlədi. Hər zaman vətəndaşının yanında olan ölkə
Prezidenti insan amilinə verdiyi dəyərlə bu bütün dünyanın diqqətindədir.
Azərbaycanın adının dünyanın ən islahatçı, xoşbəxt ölkələri sırasında yer alması da
təsadüfi deyil. Bütün bunlar dövlətimizin daha da güclənməsinə, xalqımızın
rifahının yüksəlməsinə xidmət edən addımlardan irəli gəlir.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin müasir tələblərə
uyğun bərpası və yenidən qurulması məqsədilə son bir ay ərzində 8 dəfə işğaldan

azad edilmiş ərazilərə (Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayıl, Xocavənd,
Füzuli, Zəngilan, Qubadlı rayonları), həmçinin Vətən müharibəsi dövründə ciddi
dağıntılara məruz qalmış Bərdə və Tərtərin müxtəlif yaşayış məntəqələrinə səfər
edib. Dövlət başçısı hər səfərində bərpa və yenidənqurma işləri ilə yerindəcə tanış
olur, prosesi şəxsi nəzarətində saxlayır, işlərin yüksək sürət və keyfiyyətlə, müasir
yanaşma və meyarlar nəzərə alınmaqla görülməsi üçün tapşırıqlarını verir.
Ermənilərin xarabalığa çevirdikləri ərazilər bu gün Prezident İlham Əliyevin
fasiləsiz iş cədvəli və yorulmaz fəaliyyəti, qarşıya qoyduğu hədəflərə çatmaq üçün
yürütdüyü məqsədyönlü siyasət nəticəsində tanınmaz dərəcədə dəyişir, Qarabağ və
Şərqi Zəngəzurun yeni və müasir portreti yaradılır. Azad edilmiş ərazilərin hər
birində yerli ictimaiyyət nümayəndələri ilə silsilə görüşlər dövlət başçısının orada
yaşamış yerli sakinlərin fikirlərinə nə qədər həssas yanaşmasının, mütərəqqi
ideyaları yerindəcə uğurla işə çevirməsinin örnəklərini yaradıb. Prezident İlham
Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin üzvlərinə,
Vətən müharibəsi döyüşçülərinə xüsusi həssas yanaşmaları ilə hamıya şəxsi
nümunə göstərirlər. Bu görüşlərdə İlham Əliyevin ona ünvanlanan çoxsaylı
təşəkkürlərə cavabı hər birimizdə qürur hissi yaradır. Ölkə baqşçısı bildirir ki,
mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir,
qürurdur. Artıq keçmiş məcburi köçkünlər ümidlə, qürurla yaşayırlar. Bundan
sonra ən böyük vəzifə bu torpaqları yenidən qurmaq, yenidən bərpa etməkdir.
Prezident İlham Əliyev Azərbaycan xalqının arzularını reallığa çevirən, onu
inamla gələcəyə doğru aparan, xalqın rəğbət bəslədiyi və ardınca getdiyi Liderdir.
44 günlük İkinci Qarabağ müharibəsində böyük Zəfərimiz Prezident, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin adını tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə
yazdı. Bu gün dövlət başçısı işğaldan azad edilmiş ərazilərimizə böyük qürurla,
qalib Ali Baş Komandan kimi səfər edir, yeni reallıqları diktə edən tərəf kimi bu
torpaqlardan işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını
ünvanlayır. Məhz bütün bunlara görə dövlətinin, xalqının gələcəyini düşünən
Liderə milyonların məhəbbəti sonsuzdur.
Əzizulla ŞÜKÜROV,
Lənkəran Rayon Qeydiyyat Şöbəsinin müdiri.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK