Allah imanımızı kamilləşdirsin...

22:02 31.10.2021 441
Allah imanımızı kamilləşdirsin...
Allah imanımızı kamilləşdirsin...
Yaşadığımız dövrdə nə mətbuat nə də televiziya kanallarında bu mövzuya toxunulmur.Sadəcə olaraq şəxsiyyət deyilən söz sanki hansısa bir insan haqqında kompliment xarakteri daşıyır..Toxunduğumuz mövzu bir çoxuna birmənalı görünə bilər,amma xahiş edirik belə qəbul etməyəsiniz.
Bəzi insanlar arasında şəxsiyyətli kasıb insanların adını çəkdikdə bığaltı kinayəli şəkildə gülümsəyirki,axı kimdir o.
...Əsas insani dəyərlərdir. Şəxiyyət pulla ölçülmür.Hansısa bir şəxsin adını çəkəndə onun yaxşı və yaxud pis əməlləri gözümüzün önündə canlanır.Və ona layiq olan qiyməti əməlinə görə veririk.
Ən çox toylarda və məclislərdə əsəbləşirəm... Çünkü toyda və məclisdə bəzən elə bir şəxsiyyətsizin barəsində “insani keyfiyyətləri” , ”gözəl” xüsusiyyətləri tərif olunur ki,adam sakitcə oturub bu eybəcər mənzərəyə ,yaltaqlığa dözə bilmir.Təbii ki, elin gözü tərəzidir, qaranı ağdan seçirlər. Lakin, zəmanə elə gətirib ki, pulu,dövləti olan bir çox qeyrətsizə, şərəfsizə şəxsiyyət kimi baxırlar. Lakin bunu bilməliyik ki, bu gör-götür dünyasında evladlarımız, gənclərimiz bizdən örnək alır və birbaşa aldığı örnəyi gələcək həyatında tətbiq edir. Yəni, hər hansısa biri maddiyyat və yaxud vəzifə xatirinə, kimlərəsə yaltaaqcasına itaətkarlıq göstərirsə heç şübhəsiz ki, onun da övladları valideyninə rəğmən gələcəyin qulbeçələridir. Gələcəkdə övladlarının özünəinamsızlığı, özünü tanımamağını belə təmin edir bu “ böyüklər” gənclərin təfəkküründə , yaddaşlarında bu cür yaşanırlar.
Yaxın keçmişə nəzər salsaq, yəni, sovetlər dönəminə onda görərik ki, həmin dövrdə böyüklər kiçiyin , kiçiklər də böyüyün hörmətini necə saxlayırdılar. Ziyalıya, savadlıya, insani keyfiyyətləri olanlara yanaşım tərzi çox gözəl idi. Bəli, sözün doğrusu, o dövrlərdə də vəzifəli şəxslərə itaətkarlıq göstərənlər var idi. Amma kütləvi şəkildə deyildi. Çünki,o dövrdə hər bir vəzifə sahibi Moskvaya ünvanlanan məktublardan qorxardı. Və məhz bu qorxu böyükdən kiçiyə hər kəsə məlum idi. Və dəyərlər də qiymət də öz yerində idi. Əfsuslar olsun ki, indi bəzi şəxsiyyətli insanların qədir-qiyməti verilmir və yaxud çox gec-dünyasını dəyişəndən sonra verilir. Necə deyərlər, müsəlmanın sonrakı ağlı. Düzdür, haqq-ədalət gec –tez öz yerini tapır. Lakin... bəzi insanlar var ki, dünyasını dəyişən zaman onlar son mənzilə maddiyyatına görə yola salınır. Belə deyək ki, kasıbın dəfninə bəzən mollalar da can dərdi gəlir. Rəhmətə gedən hər hansı bir varlı və yaxud onun qohumudursa vəziyyət dəyişir. Hacıların, mollaların sayı çoxalmaqla bərabər, tanımadığı rəhmətlik haqqında elə xoş, elə gözəl xatirələr danışırlar ki, qalırsan mat-məhəttəl.
Necə deyərlər: Dünyada nə qalır, rəhmətlə, lənət
Hər kəsin əməli özünə qismət.
Zamanə , insanlar, iqlimlər, texnikalar, qidalar dəyişsə də Allah təkdir, Quran dəyişməzdir.
İnamınız,imanınız olsun...Allah imanımızı kamilləşdirsin....
Eldar Əliyev
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...