Nazirlik Vətən müharibəsi qazisinə xəstə heyvanlar verib? - AÇIQLAMA +VİDEO

18:38 23.09.2021 218
Nazirlik Vətən müharibəsi qazisinə xəstə heyvanlar verib? - AÇIQLAMA +VİDEO
Qarabağ müharibəsinin iştirakçısı olmuş Məhəmmədli Etibar Ədalət oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən narazıdır.

Qazi bildirib ki, qurumun tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində ona dəyəri 4 min manat olan üç baş heyvan verilib, akta qol çəkdirilib.
O iddia edir ki, hər üç inək xəstədir və agentlik heyvanları geri almaqdan imtina edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin müdiri Mayis Musayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, postmüharibə üzrə sosial dəstək tədbirləri çərçivəsində Vətən müharibəsi iştirakçısı Məhəmmədli Etibar Ədalət oğlu növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib və 08.06.2021 tarixində iribuynuzlu heyvandarlıq zərfi üzrə (3 baş inək və 400 kq yem) aktivlərlə təmin edilib:

"Təhvil-təslim zamanı vətəndaş özü prosesdə iştirak edib, ərazi məşğulluq mərkəzi ilə vətəndaş arasında akt imzalanıb. Heyvanların sağlamlığı və təsərrüfat artımı üçün yararlılığına dair həm baytarlıq rəyi, həm də AQTA-nın rəyi alındıqdan sonra heyvanlar vətəndaşa təqdim edilməsi üçün göndərilir.

Aktivlər təqdim edilən zaman vətəndaşla imzalanan müqavilədə qeyd edildiyi kimi şəxs təhvil aldığı əmlakda hər hansı qüsur aşkarladığı halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və.s ) əmlakı təhvil aldıqdan ən gec 30 gün sonra Filiala təqdim edərək həmin aktivlərin yenisi ilə əvəz edilməsini tələb edə bilər.

Proqrama cəlb edilən zaman hər bir vətəndaşa bu barədə ətraflı məlumat təqdim edilir. Təhvil-təslim zamanı foto və video çəkilişi həyata keçirilir. Bütün məlumatlar nazirliyin saytında ictimai açıq formada yerləşdirilir.

Təhvil-təslim zamanı E.Məhəmmədli göstərilən dəstəyə görə öz təşəkkürünü edib. Bunu təhvil-təslim zamanı çəkilən videodan da aydın görmək olar".

O qeyd edib ki, aktivlər verildikdən sonra E.Məhəmmədlinin filiala heç bir şikayət və narazılıq xarakterli müraciəti olmayıb:

"Araşdırmalarımız nəticəsində məlum oldu ki, vətəndaş Etibar Məhəmmədli aktiv sosial dəstək paketi olan Özünüməşğulluq proqramından imtina edib, passiv sosial dəstək tədbiri olan ünvanlı sosial yardıma müraciət etmək istəyir.

Bu istəyi barədə Ərazi Məşğulluq filialına heç bir müraciət etmədən məsələni ictimailəşdirib və bunu yanlış olaraq heyvanların sağlam olmaması fikrini səsləndirib və narazılıq bildirib".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...