110 gün sonra nəşi tapılan şəhid - MAXE Murad İbrahimov - VİDEO

22:20 19.09.2021 40
110 gün sonra nəşi tapılan şəhid - MAXE Murad İbrahimov - VİDEO
O, elə həqiqi hərbi xidmətdə olanda taleyini orduya bağlamaq qərarına gəlmişdi. Vətən borcunu ödəyib evə dönəndən cəmi bir neçə ay sonra isə yenidən MAXE kimi xidmətə başladı. Verdiyi qərarla bağlı heç vaxt tərəddüd etmədi, peşman olmadı. Daim işinin peşəkarı olmaq üçün çalışdı. Vətən müharibəsinə də ilk gündən həm bir peşəkar,həm də əsl qəhrəman kimi atıldı və şəhidlik zirvəsinə ucaldı Murad İbrahimov.

Gəncədə doğulub böyümüşdü şəhid MAXE Murad İbrahimov. 27 illik ömrünün düz 9 ilini ordu sıralarında keçirmişdi.

Həqiqi hərbi xidmətini başa vurandan qısa müddət sonra MAXE kimi orduya dönmüşdü. Sanki ordumuzu müqəddəs bir vəzifəni gözlədiyini bilir, xidmətdən ayrı qalmaq istəmirdi. Döyüşlərə də ən öndə, ən ürəklə atılanlardan idi.

Murov istiqamətində gedən ilk döyüşlərdə sücaət göstərən Murad oktyabrın 1-də başlayan ikinci döyüşə də ürəklə atılır, canı-qanı ilə vuruşur. Şəhid olması xəbəri doğmalarına ayın 3-də verilir. Çətin relyef şəraitində vuruşan Muradın nəşinin tapılması və dəfni isə 110 gün sonra baş tutur.

Cüssəcə nisbətən cılız olan Murada rəisləri tərəfindən dəfələrlə arxada təminat işləri aparmaq təklif olunub. Ancaq o, hər dəfə odun-alovun düz içinə atılıb.

Şəhid Murad İbrahimovun torpaqlarımızın azadlığı uğrunda fədakarlığı ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:47

ANA ÖZ ÖVLADININ BƏDƏNİN SATIR,YOXSA ASAYİŞMİZİN KEŞİKÇİLƏRİDİ GÜNAHKAR???

21:02

Rafael Cəbrayılov həbsdə vəfat etdi

20:43

Səttar Möhbalıyev Aşıq Ələsgər adına Mədəniyyət Sarayını “Bibi” restoranına çevirib - İTTİHAM

20:37

Ağabəy Əsgərovun vəzifədən gedişi nəşriyyatda nələri dəyişəcək? - AÇIQLAMA

20:28

İlham Əliyev Paşinyanla görüşəcək? – Rusiya XİN-dən AÇIQLAMA

13:04

Şuşanın azad oluduğu gün şəhid olan Sənan Hüseynov

13:01

Ermənilərdən yeni itki etirafı: 11 min hərbçi...

12:59

Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anıldı - VİDEO

12:57

Bakıda Anım Günü ilə əlaqədar yürüş keçirilir

12:24

"Sən hər zaman mənim qəlbimdə təzə bəyim olaraq qalacaqsan" - Şəhid xanımı ÜRƏK DAĞLADI

12:22

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi - VİDEO

12:20

Şəhidlərimiz Şuşada Gövhər Ağa məscidində anılır - VİDEO

12:18

İlham Əliyev xalqa müraciət etdi - VİDEO

12:17

Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI

12:15

"İgid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkür edirəm"

12:14

Azərbaycanda Anım Günüdür

18:38

Nazirlik Vətən müharibəsi qazisinə xəstə heyvanlar verib? - AÇIQLAMA +VİDEO

18:32

Həbsdə olan deputatdan xəbər var

18:30

İctimai nəqliyyatın fəaliyyətində və toyların keçirilməsində dəyişikliklər olacaq?

18:28

Prezidentdən Naxçıvanda yaşayan şəhid ailələri və qazilərlə bağlı SƏRƏNCAM

18:20

Universitetlərdə dərs saatları azala bilər - RƏSMİ

18:18

Nazirlər Kabineti yeni qərarı təsdiqlədi

18:15

Sənədsiz evlərin sahiblərinə YENİ XƏBƏR - VİDEO

22:20

110 gün sonra nəşi tapılan şəhid - MAXE Murad İbrahimov - VİDEO

19:46

Ərdoğan: "Türkiyə heç kimin qapısının qulu deyil"

19:39

Lənkəran rayonunda aztəminatlı ailələr soisal yardım almaqdan məhrum olublar

19:32

Vaksinasiya payızda yoluxmaların qarşısını ala biləcək? - Həkim danışdı

19:30

Azərbaycan Yazıçılar Birliyinin üzvü vəfat edib

19:29

Koronavirusla bağlı son STATİSTİKA

19:27

Vilayət Eyvazov polkovnik-leytenantı rəis müavini təyin etdi - ƏMR

19:25

Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub

19:23

Anar Eyvazov: "Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur" - VİDEO

01:20

Prezident SƏRƏNCAM İMZALADI

01:17

Polis II qrup əlili saxlayarkən döyüb? - Açıqlama