SABİQ İCRA BAŞÇISINA ŞOK İTTİHAMLAR – Vəzifələrə kimləri yerləşdiribmiş?

10:37 12.06.2018 535
SABİQ İCRA BAŞÇISINA ŞOK İTTİHAMLAR – Vəzifələrə kimləri yerləşdiribmiş?

“İyunun 7-də cənab Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən kənarlaşdırılan Tovuz rayonunun icra başçısı Tofiq Zeynalov kasıb və problemləri boğazdan aşan bir rayon qoyub getdi. 11 illik rəhbərliyi dövründə rayona dövlətin ayırdığı vəsaitləri təyinatından yayındırmaqla, eləcə də insanların torpaqlarını ələ keçirərək nemətlərini mənimsəməklə, kəndli təsərrüfatlarına və sahibkarlara ağır zərbə vurmaqla yadda qaldı”.

Bu fikirlər Tovuz rayon sakini Rüfət Hüseynovun “AzPolitka.info”ya göndərdiyi şikayət məktubundandır.

Sabiq icra başçısını rayonun sərvətlərini mənimsəməkdə ittiham edən məktub müəlifi yazır: “Tofiq Zeynalov rayonu tamamilə özəlləşdirmiş, «ailə təsərrüfatı”na çevirmişdi. Vəzifəyə savadsız, bacarıqsız qohumlarını təyin etməklə, Tovuzdakı bütün maliyyə mənbələrini öz nəzarəti altında saxlayırdı. Ən yaxın qohumu Mahir Həsənovla birgə (M.Həsənov 2 il əvvəl Zeynalovla sərvətlərin bölgüsündə çığallıq etdiyinə görə vəzifədən uzaqlaşdırılıb) Tovuzun gələcək inkişafına da zərbə vurub”.

Məktubda bildirilir ki, T.Zeynalov yaxın qohumu Mübariz Salmanovu rayon Maliyyə İdarəsinin rəhbəri təyin etdirib. Bundan sonra isə büdcədən təhsil, səhiyyə, mədəniyyət və digər təşkilatlara ayrılan pullar dağıdılıb: “Uşaq bağçalarına ayrılmış vəsaitlər talanıb. Tovuzda bağçaların təminatı və təmiri üçün ayrılan bütün vəsaitlər də mənimsənilib. Bağçaların vəziyyəti isə acınacaqlıdır. Xüsusi ilə də kənd bağçaları. Onlarda faktiki olaraq antisanitariya hökm sürür. Amma sənədlərə baxılarsa, bağçaların təminatı və təmiri ən yüksək səviyyədədir. Bütün bu rəzalətin baş verməsinin səbəbkarı isə Tofiq Zeynalovla yaxın qohumu, Maliyyə İdarəsinin müdiri Mübariz Salmanov olublar”.

Məkdubda daha sonra iddia olunur ki, icra başçısının yaratdığı şərait nəticəsndə bir neçə nəslin nümayəndəsi Tovuza ayrılan bütün maliyyə vəsaitlərini mənimsəyib və nəticədə dövlət büdcəsinə hər il külli miqdarda ziyan vurulub:“Rayon məktəblərinə təmir üçün ayrılmış pullar da göyə sovrulub. Rayonda rabitə müəssisələri, telefon çəkilişi üçün ayrılmış vəsaitlər mənimsənilib. Yaxın qohumu – 10 ilə yaxın Tovuz Telekommunikasiya Qovşağının rəhbəri işləmiş, hazırda Tovuz şəhər icra nümayəndəsi işləyən Yaşar İbrahimovla birgə rayonun rabitə təsərrüfatını darmadağın edib. Rayonun kəndlərində telefon dirəkləri aşıb, sakinlər özləri birtəhər öz pulları ilə dirəkləri və xəttləri təmir etdirir. Yaşar İbrahimov hazırda həbsdə olan keçmiş rabitə məmurlarının xeyir-duası ilə təmir, tikinti, təchizat üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəyib”.

1494917638_1494910649_0001

Məktubda həmçinin qeyd edilir ki, Tofiq Zeynalov rayonda özü üçün iri fermer təsərrüfatları yardıb: “Ancaq işçilərə pul verməmək üçün yaxşı metod icad edib. Məktəb müəllimlərini, səhiyyə işçilərini, bağça işçilərini zor gücünə tütün, üzüm plantasiyalarında pulsuz qul kimi işlədib. Onun bu zorakılığına qarşı çıxanları isə işdən qovduracağı ilə hədələyib”.

Şikayətçinin yazdığına görə, Zeynalov və qohumları rayonda kənd təsərrüfatına ciddi zərbə vurublar: “Tovuz həmişə kənd təsərrüfatı rayonu kimi məşhur olub. Ancaq Zeynalov və qohumları rayondakı insanların təsərrüfatlarını da viran qoyub. Onlara təsərrüfatlarını suvarmaq üçün su verməyib, suvarma sistemlərini özünün, qudasının, yeznə və digər qohumlarının hektarlarına yönəldib. 20-dən çox kəndi su ilə təmin edən Zəyəm çayını ağzını kəsərək özü üçün balıqçılıq təsərrüfatı, çimərlik və istirahət mərkəzləri yaradıb. Əhmədabad kəndində çayın qarşısında böyük çimərlik yaradıb və çimərliyin “otxod” suları insanlara verilib”.

Məktubda qeyd olunur ki, Tovuzdakı yeyintiləri Hesablama Palatası da öz audit tədbirləri zamanı aşkar edib: “Palata Tovuz rayonunda keçirdiyi audit tədbirləri zamanı büdcə vəsaitlərinin funksional təyinatının dəyişdirilməsi hallarına yol verildiyini müəyyən edib”.

Məktubda səslənən ittihamlarla bağlı Tofiq Zeynalov və adları çəkilən digər şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

REPORTYOR.info
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR