Macarıstanın paytaxtı Budapeştdə keçirilən 15 yaşadək futbolçular arasında Qallini Dünya Kubokuna yekun vurulub.
Zamantv.az xəbər verir ki, "Qəbələ”nin U-15 komandası turnirin son günündə iki matç keçirib. 5-8-ci yerlər uğrunda mübarizədə ilk rəqib İtaliya təmsilçisi "Kavolano” olub.
"Qırmızı-qaralar” bu görüşdə böyükhesablı qələbə qazanıb - 6:0. Mehrac Baxşəliyev və Kamal Kazımovun dubl etdiyi qarşılaşmada Gülağa Əsədovla Ümüd Həmzəyev hərəyə 1 qol vurub.
"Qəbələ” 5-ci yer uğrunda matçda Macarıstanın "Uypeşt” klubu ilə görüşüb. 0:2 hesabı ilə uduzan təmsilçimiz turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi adına isə İtaliya "Udineze”si yiyələnib.(qafqazinfo)
Zamantv.az