Rusiyalı milyarder, indi İsrail vətəndaşı olan Roman Abramoviç sahibi olduğu "Çelsi" klubunu bilmərrə əldən çıxara bilər. Britaniyanın hakimiyyət dairələri 51 yaşlı midyarderə ölkə ərazisində yaşamaq üçün daimi, avtomatik yenilənən viza vermək niyyətində deyil.
Zamantv.Az The Sun-a istinadən bildirir ki, vəziyyətdən dünyanın ən böyük neft-kimya şirkətlərindən olan "İneos"un sahibi Cim Retkliff yararlanmaq niyyətindədir.
21,2 milyard funt-sterlinq dəyərində varidatı olan 65 yaşlı milyarder "Çelsi" klubu üçün Abramoviçə 2 milyard funt ödəməyə hazırdır.
R.Abramoviç təklifə hələ cavab verməyib.
Zamantv.az