Qazaxın icra başçısı həbs edilir?

00:23 11.05.2021 206
Qazaxın icra başçısı həbs edilir?
Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun həbsi göstərdi ki, bəzi icra başçıları korrupsiyaya qarşı mübarizə tədbirlərini ciddiyə almır.

ZamanTV.az hit.az-a istinadən xəbər verir ki, Alimpaşa Məmmədova qədər 4 icra başçısı həbs edilib.

Bundan başqa, DTX iki mərkəzi icra hakimiyyətində - Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətində (DSX) xüsusi əməliyyat keçirib. Adıçəkilən qurumun vəzifəli şəxsləri tutuqlanıb. Məntiqlə icra başçıları və digər vəzifəli şəxslər bu həbslərdən nəticə çıxarmalı idi. Biz hələ Prezident İlham Əliyevin heç kimə güzəşt olunmayacağı barədə xəbərdarlıqlarını demirik. Bütün bunlara baxmayaraq, hələ də köhnə qaydalarla işləyən məmurlar var. Alimpaşa Məmmədovun həbsi də buna misal ola bilər. Lakin o, tək deyil. Alimpaşa Məmmədov kimi icra başçıları hələ də vəzifədədir. Məsələn, mediada xüsusilə Bərdə və Tərtərin icra başçıları haqqında tənqidi materiallar gözlərimizi qabar edib. Təsadüfi deyil ki, DTX hər dəfə hansısa icra hakimiyyətində xüsusi əməliyyat keçirəndə sosial şəbəkə istifadəçiləri "çekistlər"i Bərdə və Tərtərə də dəvət edirlər.

Alimpaşa Məmmədovun həbsindən sonra isə belə iddialar səsləndirilir ki, növbədə məhz bu rayonların icra başçılarıdır. Bu barədə mediada da məlumatlar yayılıb. Ancaq onu da qeyd edək ki, anti-korrupsiya aktlarından nəticə çıxarmayan icra başçılarından biri də Qazaxın rəhbəri Rəcəb Babaşovdur. O, 2016-cı ildən bu vəzifədədir.

Sosial şəbəkələrdə və mediada yayılan məlumatlara görə, Rəcəb Babaşov Qazaxın icra başçısı olduqdan sonra yerli qurumları mərkəzdən köçürməyə başlayıb. Onların inzibati binalarını isə müxtəlif iş adamlarına satır.

İddialara görə, Hərbi Komissarlığın binası "Abu-Life" Ticarət Mərkəzinin sahibinə satılıb. Komissarlıqla üzbəüzdə yerləşən Mütəfəkkirlər Parkının bir hissəsinin satılaraq yerində obyekt tikildiyi barədə də məlumatlar var.

Həmçinin bildirilir ki, icra başçısı Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun inzibati binasını da satıb. İddia olunur ki, binanı Qazaxın icra nümayəndəsi Akif Vəliyev alıb. Amma alqı-satqı müqaviləsi icra nümayəndəsinin qohumlarından biri ilə bağlanıb və əmlak həmin şəxsin adına rəsmiləşdirilib.

İnternet resurlarında araşdırma apararkən Rəcəb Babaşovun başqa qanunsuz əməlləri barədə də saysız-hesabsız materiallara rast gəlinir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ