"Khazar" Azərbaycan-İran avtomobil zavodu ölkədə yeni texnologiyaların tətbiqinə və sənayenin inkişafına xidmət edəcək.
Zamantv.Az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
N.Səfərov bildirib ki, Neftçala sənaye zonasında yerləşən bu zavod Azərbaycan sənayesi üçün vacib müəssisədir:
"Neftçaladakı avtomobil zavodu Azərbaycanda ən öncül sənaye müəssisələrindən biridir. Bu cür müəssisələr Azərbaycanda yeni texnologiyaların tətbiqinə, sənayenin, maşınqayırmanın inkişafına, yeni iş yerlərinin yaradılmasına, yerli mütəxəssislərin ixtisasının artmasına və ixrac potensialının genişlənməsinə xidmət edir".
Zamantv.az