6 icra başçısı dəyişdi: Növbədə onlardır

11:29 8.06.2018 534
6 icra başçısı dəyişdi: Növbədə onlardır


11 aprel prezident seçkilərindən sonra hökumətin tərkibində gözlənilən dəyişikliklər oldu. Prezidentin andiçmə mərasiminin dərhal ardından başlayan islahatlar icra strukturlarını da əhatə etməkdədir. Artıq indiyə qədər 6 icra başçısı dəyişdirilib.

Zamantv.az axar.az-a istinadən xəbər verir ki, vəzifəsindən ilk azad edilən icra hakimiyyətinin başçısı Bakı şəhər meri Hacıbala Abutalıbov oldu. H.Abutalıbov tutduğu vəzifədən azad edildi və baş nazirin müavini vəzifəsinə təyinat aldı. Hələlik, Bakı meri vəzifəsi vakantdır.

17 may tarixində Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərov Prezidenti İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi. Yerinə isə dünən, 6 iyun tarixində Elxan Allahverdiyev təyinat aldı.

X.İsgəndərovdan cəmi bir gün sonra, 18 may tarixində həmkarı, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov vəzifəsindən kənarlaşdırıldı. Elə həmin gün digər sərəncamla Rövşən İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi.

Bir neçə gün öncə isə Ramiz Yediyarov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Sabiq başçı bundan sonra heç yerə təyinat almadığı kimi, boş qalan postuna da təyin edilən olmayıb.

6 iyun tarixində Ağdam rayon icra başçısı Raqub Məmmədov, bir gün sonra, 7 iyun tarixində isə Tovuz rayon icra başçısı Tofiq Zeynalov vəzifəsindən uzaqlaşdırıldı.

R.Məmmədovun yerinə təyinat baş tutmasa da, T.Zeynalovun vəzifəsini bundan sonra Məmməd Məmmədov icra edəcək.

Bakı da daxil olmaqla, dəyişən 6 rayon icra başçısından 3-nün yerinə təyinat olsa da, hazırda Bakı, Gədəbəy və Ağdamın icra başçı yoxdur.

Maraq doğuran və ictimaiyyət tərəfindən məmnunluqla qarşılanan məqamlardan biri də yeni təyin edilən başçılar haqda "0 informasiya" olmasıdır. Belə ki, yenilərlə bağlı hər hansı ciddi məlumat yoxdur, onların adı hansısa qalmaqalda və ya neqativlikdə hallanmayıb.

Bu da onlara olan inamı daha da artırır.

Millət vəkilləri, politoloqlar hesab edir ki, bu tendensiya davam edəcək və daha bir neçə rayon yeni icra başçısı ilə təyin ediləcək.

Millət vəkili Zahid Oruc bu dəyişikliklərin gözlənilən olduğunu və bununla bağlı prezidentin də elə ötən il xəbərdarlıq etdiyini bildirib. O bildirib ki, ötən ilin sonlarında Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı toplantısında icra başçılarına yönəli çıxışı, onlara müəyyən vaxt verməsi əslində bu dəyişikliklərin xəbərçisi idi.

Sitat: "Biz icra orqanlarının işinə cəlb olunan investisiyaların miqdarına, açılan iş yerlərinə, yaradılan ümumdaxili məhsula və s. görə qiymət verəcəyik".

Görünən odur ki, qiymətləndirmə zamanı "2"-yə layiq iş görənlər kəsilir və sistemdən xaric edilir.

Deputat Vahid Əhmədov da işləməyən icra başçılarına heç bir şans verilməyəcəyini, birdəfəlik vəzifədən azad ediləcəyini bildirmişdi. Millət vəkilinin sözlərinə görə, yeni təyinatlar davam edəcək:

"Hansı icra başçıları işləyir, yeni iş yerləri açır və müəyyən investisiya yatırımında iştirak edirlər, onlar öz vəzifələrində qalacaqlar. Bir millət vəkili olaraq mütəmadi rayonlarda oluram. Elə icra başçıları var ki, onlar çox yaxşı işləyirlər. Onlarla bağlı hər hansı dəyişiklik gözlənilmir. Amma işləməyənlərlə bağlı tədbirlər görüləcək".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar