Ağcabədinin Bələdiyyə sədri müharibə veteranını nə üçün məhkəməyə verib? - QALMAQAL

18:18 7.04.2021 20
Ağcabədinin Bələdiyyə sədri müharibə veteranını nə üçün məhkəməyə verib? - QALMAQAL
Ağcabədi rayon, M.Ə.Rəsulzadə küçəsi ev 405-də yaşayan, Azərbaycan Respublikası CM-nin 188.1-ci məddəsi ilə təqsirləndrilən Əliyev Gəray Şirin oğlu tərəfindən barəsində açılmış saxta cinayət işinin ləğv edilməsi barədə aidiyyatı orqanlara və Kütləvi informasiya Vasitələrinə müraciət ünvanlanıb.

ZamanTV.AZ Aktualinfo.org-a istinadən bildirir ki, vətəndaş Gəray Əliyevin müraciətini olduğu kimi oxuculara təqdim edir.O,yazır:

Bildirirəm ki, məmur özbaşnalığından əziyyət çəkən vətnədaşlardan biri də mənəm. 1-ci Qarabağ Müharibəsi veteranıyam. Xüsusi Bölmədə olmuşam. Kəşfiyyat rotasında bölük komandiri idim. YAP üzvüyəm. 2 medalla təltif edilmişəm.

Mənə açılan saxta cinayət işilə bağlı bildirim ki, 2000-ci ildə yerli bələdiyyədən əvvəlcə 2 ha , sonra 2004-dən isə 15 illik icarə müqaviləsinə uyğun 4 ha əkin yeri götürüb 8 nəfərlik ailəmlə bu günə qədər əkinlə məşğul olmuşam. Lakin 2014-cü ildə sabiq bələdiyyə sədri mənim yerimin ortasından 2 pay olmaqla 12 sot sahəni ev tikmək üçün qanunsuz olaraq kənar şəxslərə satdı. Mən də rayon prokurorluğuna şikayətlər etdim. Xeyri olmadı. 2014-cü ildən məhlə yeri alan vətəndaş üçün yerimin tən ortasından dəmir setka çəkib onllara vermişlər. Və onlar 3 il ərzində mənə çoxlu maddi ziyanlar vurdular. İndi yeni seçilən bələdiyyə sədri Solmaz Hacıyeva mənə cinayətkar kimi CM-nin 188.1-ci maddəsi üzrə cinayət işi açdırıb verib məhkəməyə. İş hazırda Etibar hakimin icraatındadır. Onunda bildirim ki, 2017-ci ildə icarə müqaviləsinin bitməsi barədə və uzadılması barədə mənə rəsmi xəbərdarlıq olunmayıb. Bildirim ki, 2017-2019-cu illər ərzində 5 bələdiyyə sədri dəyişilib. Heç biri də məndən torpağın müqaviləsini mübahisələndirməyib. Və üstünlük hüquqquma görə müddətin uzadılıb uzadılmayacağını soruşmayıb. Sonuncu dəfə 2020-ci ildə pambıq əkmişəm və bol məhsul götürmüşəm. Budur, vaxtilə Ağcabədi rayon Təhsil Şöbəsindən rüşvətxorluq üstündə qovulan indiki bələdiyyə sədri Solmaz Hacıyeva mənə qarşı qərəzli cinayət işi açdırıb. Və adını da qoyub ki, mənim 20 ildir ki, istifadə etdiyim,əkib becərdiyim torpaq perspektivli, yəni yaşayış evi tikmək üçünmüş. Lakin əksinə bu torpaqlar 1-ci kateqoriyalı kənd təsərrüfatı torpağı olub və təyinatı üzrə istifadə olunub. Son ilə qədər icarə haqqını Kapital Bank vasitəsilə bələdiyyənin hesabına ödəmişəm. İndi isə yeni bələdiyyə sədri mənim yerimi əlimdən alıb qaçqınlara ev tikmək üçün satmağı planlaşdırır. Məslən, Vüqar adlı Ağdam qaçıqına mənim torpağımın bir hissəsini satıb. Mən şikayət etdikdə isə dərhal sənədləri ləğv edib, həmin qanunsuz satdığı ərzini Vüqarın həyat yoldaşının Ağcabədi sakini olan xalasının adına sənədləşdiriblər. İndi də məhkəmə yolu ilə bu torpağı əlimdən alıb 6 sot olmaqla kənar şəxslərə satıb əsassız varlanmaya meyl edirlər. Yəni yerli əhalinin adına formal alqı-satqı həyata keçirib qaçqınlara torpqlarımızı faktiki olaraq satırlar. Mənim torpağımın qonşu tərəfində qaçınlar bələdiyyədən qanunsuz torpaq alıb evlər tikiblər əkin yerlərində.Bu adamın xəbəri yoxdur ki, Azərbaycan müharibədə qalib gəlib və qaçınlarımız hamısı öz dədə-baba yerlərinə qayıdacaqlar. Mən isə 3 il müharibədə iştirak etmiş, qan tökmüşəm bu torpaq uğrunda. Heç bir rüşvətxor məmurun mənəvi haqqı çatmır ki, müdafiə etdiyim Vətənimin torpağında hazırda işsiz olan ailə üzvlərimin çörəklə təmin olunmasının qarşısını alsın.Yalnız vicdansız adamlar və məmurlar süni formada ala bilərlər. Necə olur ki, sabiq bələdiyyə sədri A.İsmayılova perspektiv adlandırdıqlrı torpaqdan 300 şəxsi qoyunu üçün yer verirlər. Ancaq mənim 8 nəfərlik ailə üzvlərimə əkməyə torpağı vermir şərləyib məhkəmə yoluilə əlimdən alırlar. Doğrudanmı Müharibə veteranının qoyun qədər dəyəri yoxdur?

Xatırladım ki, növbəti məhkəmə prosesi 7 aprel 2021-ci ildə olacaq.

Mənə qarşı Ağcabədi rayon Məhkəməsində Bələdiyyənin iddiası əsasında açılan saxta cinayət işinə etirazımı bildirir və möhtərəm hakimdən xahiş edirəm ki, belə saxta işin rədd edilməsi barədə qərar qəbul etsin.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:11

Prezident İlham Əliyev: “İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşır”

18:44

Rövşən Rzayevin tender oyunları - “Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir?

18:41

“Ümid edirəm ki, gələn ildən məcburi köçkünlərin geri qaytarılmasına başlanacaq” - Azərbaycan Prezidenti

18:37

Bu tarixdə "Fəryad-2" filminin çəkilişlərinə başlanılacaq - RƏSMİ

18:29

"Niyə də İrəvana qayıtmayaq?" - İlham Əliyevdən düşmən ölkəni silkələyəcək sözlər

18:27

Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir

18:23

Ramazan ayı başlayır: Bu gecə niyyət gecəsidir

18:18

Qəbul imtahanları ilə bağlı mühüm - Açıqlama

18:15

Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir?

18:11

İlham Əliyev “İsgəndər” qalıqlarının niyə gec tapıldığını açıqladı

18:08

Deputat “Şəhid anası” medalı ilə bağlı məsələni gündəmə gətirib

18:06

Maaşından pul tutulanlara VACİB XƏBƏR

22:19

13.04.2021 GÜNDƏLİK BÜRCLƏR (13 APREL 2021 GÜNLÜK BÜRCLƏR)

22:16

Uşaqlarda koronavirusun əlamətləri - AÇIQLAMA

22:15

İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi

22:13

Ramazan ayında bu qadağalar tətbiq oluna bilər - VACİB AÇIQLAMA

22:11

Azərbaycanda pandemiya bu tarixdə BİTƏ BİLƏR - AÇIQLAMA

21:58

Cənab nazir, tarix müəllimi bələdiyyə sədri seçiləndən məktəbin yolunu unudub- CƏLİLABADDA

21:54

Nərimanov RİH-nin hüquq şöbəsinin müdiri Firdovsi Salahov 139 min manat pulu haradan alıb ?- Rayondakı 34 saylı məktəbin ərazisini kimlər zəbt edib ?

21:51

Nahid Bağırov şəkil çəkdirir, Turizm Agentliyi bəhanələr gətirir, “Kapitalbank” isə… – Qazi qardaşlar ölkə başçısına müraciət etdi

21:45

Prezidentdən qərar: Bu vəzifəli şəxslər cərimələnəcək

21:43

DİN-dən açıq havada maska taxmaqla bağlı AÇIQLAMA

21:41

Prezident SƏRƏNCAM İMZALADI

21:39

Bakının Nobel prospektinin adı dəyişdirildi

21:36

Leyla Əliyevanın "Tanrının səsini eşitmək istəyirəm" şeir kitabının təqdimatı olub - FOTO

21:32

Prezident İlham Əliyev: “Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilmədi”

21:29

GDU-da plagiat qalmaqalı

21:27

Astaranın icra başçısı belə arxayınlaşıb ki... - Şikayətçiləri də qəbul etmir...

21:26

“Ağstafa Aqropark”a qarşı vergi cəzası yoxsa “VOROVSKOY” YÜKLƏMƏ - Səməd Vəliyev mühüm şirkəti necə batırır?

23:38

Müddətli hərbi qulluqçular ordudan nə zaman tərxis ediləcəklər? – Ekspert tarixi açıqladı

23:33

Rus ordusunun bölgədəki şübhəli fəallığı - Müdafiə naziri xəbərdarlıq etdi

23:30

Vəkil iş adamının yarım milyonunu, əmlaklarını ələ keçirib?

23:26

On milyonlarla pul ayrıldı, nəticə: Neftçala ekoloji fəlakətlə üz-üzə...

23:23

Fəxrəddin Altun: “Bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik”