“Azərbaycanda bəziləri Qarabağın azad olunmasına sanki sevinmirlər”

18:09 7.04.2021 35
“Bu gün Azərbaycanın, Qarabağın ən dilbər guşələrindən biri Ağdama gəlmişik”.

ZamanTV.AZ-ın APA-ya istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkədəki dini konfessiyaların rəhbərləri ilə birgə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

O, əvvəllər Ağdama tez-tez gəldiyini bildirib: “Hələ 1975-ci ildə Ağdama gəlmişdim. O dövrdə açıq məscidlər çox az idi. Ağdam Cümə məscidi də açıq idi deyə, mən bura tez-tez gələrdim. Ağdamın özü ilə də tanışlığım var idi. Mən bu məscidə Molla Baratı axund təyin eləmişdim, Allah ona rəhmət eləsin. Bayaq namaz qıldığım yerdə də vaxtilə namaz qılmışam, dualar oxumuşam, moizələr demişəm. Bu məscid mənim üçün çox əziz olub. Allah elə nəsib elədi ki, erməni ekstremistləri tərəfindən işğal olunmuş torpaqlarımız azad olundu. Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 gün içində torpaqlarımız azad olundu”.

A. Paşazadə qeyd edib ki, Ağdam hər zaman öz gözəlliyi, binaları, insanları ilə seçilib: “Bu səfərə gələndə, buranı görəndə mənim ürəyim ağrıdı. Bayaq Yəhudi icmasının rəhbəri Milix həzrətləri dedi ki, bura daha çox Hirosimaya oxşayır. Mən gələ-gələ gördüm ki, insanlar burda öz həyatını təhlükəyə ataraq mina axtarırlar. Bu torpaqları minalardan azad etmək istəyirlər. Bu o deməkdir ki, bu torpaqların sahibi bizik. Onlar sahibi olmayıblar. Ermənilərin məqsədi vandalizm, bütün torpaqlarımızı dağıtmaq olub. Biz Qarabağ uğrunda həlak olan şəhidlərimizi də ziyarət elədik. Qəbiristanlıqda 150-dən çox şəhid qəbri vardı. Onların çoxu dağıdılıb. Bu, insani münasibət deyil. Ermənilər, o cümlədən bütün dünyada olan ermənipərəstlər həmişə bunları dəstəkləyiblər. Bizim qələbəmiz İslam dünyası üçün də böyük qələbədir. Bu qələbəni əldə saxlamaq və bu qələbəni dirçəltmək hər birimizin borcudur. Onu da qeyd etməliyəm ki, bu 44 gün ərzində bizim din xadimlərimiz də hərbçilərimizlə çiyin-çiyinə vuruşdular. Onların içində şəhid olanlarımız, yaralananlar da var. Bu torpaqlar bizim üçün əzizdir, bu qələbə bizə elə-belə qismət olmayıb. Buna görə də bu gün bizim borcumuz bu torpaqları həm daxildən, həm də xaricdən olan təsirlərdən qorumaqdır”.

QMİ sədri deyib ki, bu gün hətta Azərbaycanda belə bəziləri torpaqlarımızın işğal altından azad olunmasına sanki çox da sevinmirlər: “Çox arzu edərdim ki, o insanlar başa düşsün ki, torpaq çox qiymətlidir, ana qədər qiymətlidir”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:11

Prezident İlham Əliyev: “İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşır”

18:44

Rövşən Rzayevin tender oyunları - “Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir?

18:41

“Ümid edirəm ki, gələn ildən məcburi köçkünlərin geri qaytarılmasına başlanacaq” - Azərbaycan Prezidenti

18:37

Bu tarixdə "Fəryad-2" filminin çəkilişlərinə başlanılacaq - RƏSMİ

18:29

"Niyə də İrəvana qayıtmayaq?" - İlham Əliyevdən düşmən ölkəni silkələyəcək sözlər

18:27

Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir

18:23

Ramazan ayı başlayır: Bu gecə niyyət gecəsidir

18:18

Qəbul imtahanları ilə bağlı mühüm - Açıqlama

18:15

Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir?

18:11

İlham Əliyev “İsgəndər” qalıqlarının niyə gec tapıldığını açıqladı

18:08

Deputat “Şəhid anası” medalı ilə bağlı məsələni gündəmə gətirib

18:06

Maaşından pul tutulanlara VACİB XƏBƏR

22:19

13.04.2021 GÜNDƏLİK BÜRCLƏR (13 APREL 2021 GÜNLÜK BÜRCLƏR)

22:16

Uşaqlarda koronavirusun əlamətləri - AÇIQLAMA

22:15

İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi

22:13

Ramazan ayında bu qadağalar tətbiq oluna bilər - VACİB AÇIQLAMA

22:11

Azərbaycanda pandemiya bu tarixdə BİTƏ BİLƏR - AÇIQLAMA

21:58

Cənab nazir, tarix müəllimi bələdiyyə sədri seçiləndən məktəbin yolunu unudub- CƏLİLABADDA

21:54

Nərimanov RİH-nin hüquq şöbəsinin müdiri Firdovsi Salahov 139 min manat pulu haradan alıb ?- Rayondakı 34 saylı məktəbin ərazisini kimlər zəbt edib ?

21:51

Nahid Bağırov şəkil çəkdirir, Turizm Agentliyi bəhanələr gətirir, “Kapitalbank” isə… – Qazi qardaşlar ölkə başçısına müraciət etdi

21:45

Prezidentdən qərar: Bu vəzifəli şəxslər cərimələnəcək

21:43

DİN-dən açıq havada maska taxmaqla bağlı AÇIQLAMA

21:41

Prezident SƏRƏNCAM İMZALADI

21:39

Bakının Nobel prospektinin adı dəyişdirildi

21:36

Leyla Əliyevanın "Tanrının səsini eşitmək istəyirəm" şeir kitabının təqdimatı olub - FOTO

21:32

Prezident İlham Əliyev: “Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilmədi”

21:29

GDU-da plagiat qalmaqalı

21:27

Astaranın icra başçısı belə arxayınlaşıb ki... - Şikayətçiləri də qəbul etmir...

21:26

“Ağstafa Aqropark”a qarşı vergi cəzası yoxsa “VOROVSKOY” YÜKLƏMƏ - Səməd Vəliyev mühüm şirkəti necə batırır?

23:38

Müddətli hərbi qulluqçular ordudan nə zaman tərxis ediləcəklər? – Ekspert tarixi açıqladı

23:33

Rus ordusunun bölgədəki şübhəli fəallığı - Müdafiə naziri xəbərdarlıq etdi

23:30

Vəkil iş adamının yarım milyonunu, əmlaklarını ələ keçirib?

23:26

On milyonlarla pul ayrıldı, nəticə: Neftçala ekoloji fəlakətlə üz-üzə...

23:23

Fəxrəddin Altun: “Bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik”