TƏZƏ NAZIRIN TƏPTƏZƏ ƏNDRABADI QƏRARLARI. BIR MƏKTƏBDƏ IKI QOHUM MÜƏLLIM IŞLƏYƏ BILMƏZ

22:18 6.04.2021 18
TƏZƏ NAZIRIN TƏPTƏZƏ ƏNDRABADI QƏRARLARI. BIR MƏKTƏBDƏ IKI QOHUM MÜƏLLIM IŞLƏYƏ BILMƏZ
Hər kəsə bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncam əsasında, Anar Qabil oğlu Kərimov 05 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsinə təyin olunur. Adı çəkilən bu şəxsin belə bir vəzifəyə təyin olunması, əslində cəmiyyətdə, ələlxüsus bu sahədə çalışan hər kəsin düşüncəsində Azərbaycan mədəniyyətinin inkişafına, yeniliklərə və dirçəlişə olan ümidləri bir qədər artırdı. Faktdır ki, Anar Kərimov vəzifəsinin icraasına başladıqdan az sonra bir çox addımlarını atdı ki, həmin addımlardan biri də həyata keçirilən kadr dəyişiklikləri oldu. Yəni, o, həm Nazirlikdə, həm də digər mədəniyyət qurumlarında müəyyən vəzifələrə gənc, perespektivi kadrların təyin olunmaları haqda əmrlər imzaladı. Məsələn, Anar Kərimovun imzaladığı əmr əsasında 1986-cı ildə anadan olan, 2007-ci ildə Bakı Dövlət Universitetinin “Fəlsəfə” ixtisası üzrə bakalavr təhsilinə yiyələnən, 2009-cu ildə “Təbiətşünaslığın fəlsəfəsi” üzrə magistr adına sahib olan, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr dərəcələrini başa vuran, ilk əmək fəaliyyətinə 2006-cı ildə “Ədalət” qəzetində məsləhətçi vəzifəsini daşımaqla başlayan, 2009-2021-ci illər ərzində Mədəniyyət Nazirliyinin Aparatında müxtəlif vəzifələrdə çalışan, MDB-nin “Dövri mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurası”nın üzvü olaraq 2019-cu ildə Azərbaycanın sədrliyi dövründə ölkəmizi təmsil edən, qardaş Qazaxıstan Respublikasının alimi Nemət Kelimbetovun “Türk xalqlarının qədim ədəbi abidələri” kitabının Azərbaycan dilinə həmtərcüməçisi olan Əli Elbəy Akif oğlu Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunur. Bəli, buradan görünür ki, 35 yaşlı Əli Elbəy müəyyən qədər həyat yolu keçən, müəyyən qədər idarəçilik təcrübəsi toplayan şəxsdir.

Bütün bunlara baxmayaraq, son 4-5 gündür ki,araz.az xəbər portalının redaksiyasına adı çəkilən bu şəxsin həyata keçirdiyi idarəçiliyin bəzi incəlikləri haqda xeyli məlumatlar çatdırılmaqda davam edir. Məsələn, daxil olan məlumatlarda qeyd olunur ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi hər hansı bir sənədə imza atmaq, hansısa sənədi əldə etmək, yaxud da hansısa rəhbər şəxsə şifahi tapşırıq vermək və s. məqsədilə, təqribən 30 km aralı məsafədə yerləşən və Tovuz rayonunun mədəniyyət sahəsində çalışan rəhbər şəxslərin gündəlik Ağstafaya gəlmələrini tələb edir. Bundan əlavə, o, ötən illər ərzində Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə çalışan və bu sahədə kifayət qədər təcrübə toplayan şəxslərdən bəzilərini işdən çıxarır, ailə üzvləri ilə eyni müəssisədə çalışan şəxsləri isə, başqa müəssisələrdə işlə təmin etmək qərarına gəlir. O halda sual oluna bilər ki, görəsən cənab Əli Elbəy, hansı qanunun tələbini əsas tutaraq belə bir addımını atır? Məgər, qanun valideyn ilə övladın (sıravi işçi olaraq) eyni müəssisədə çalışmasını qadağan edirmi?

Digər tərəfdən, bu gün ölkəmizdə koronovirus infeksiyasının varlığı səbəbindən hər kəsin bir-biri ilə ara məsafəsi saxlaması, maska taxması, spirtdən istifadə etməsi, mümkün qədər gigiyena qaydalarına əməl etməsi və s. istiqamətində maarifləndirici təbliğati işlər həyata keçirilir. Bütün bunlara baxmayaraq, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Tovuzun mədəniyyət sahəsində çalışan rəhbər şəxslərin gündəlik Ağstafaya gəlmələrini tələb edir. O halda sual oluna bilər ki, müasir texnologiyanın inkişaf etdiyi indiki vaxtda sadə bir sənədin əldə olunması, yaxud da rəhbər şəxslərə hansısa tapşırığın verilməsi və s. görəsən o qədərmi çətin məsələdir ki, 35 yaşlı Əli Elbəy belə bir addımını atmağa daha çox üstünlük verir? Söylənilənlərə görə, Ağstafa Regional Mədəniyyət İdarəsi rəisinin atdığı addımlardan biri də, mədəniyyət sahəsində çalışan rəhbər şəxslərin imzlamalı olduqları əmrləri, məhz onun özünün imzalaması olur. Baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, deyəsən cənab Anar Kərimovun təyin etdiyi bu kadrın idarəçiliyində yavaş-yavaş “çatvermələr” baş verir. Sual oluna bilər ki, görəsən bu yöndə baş verənlərdən mədəniyyət naziri vəzifəsini icra edən cənab Anar Kərimovun xəbəri varmı, yaxud da o, Regional Mədəniyyət İdarəsinin rəisinə belə bir addımlarını atmaqla bağlı hansısa tapşırığını veribmi? Sadalananlarla bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Yaxın günlərdə yeni açıqlamalarla çıxış etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:11

Prezident İlham Əliyev: “İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşır”

18:44

Rövşən Rzayevin tender oyunları - “Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir?

18:41

“Ümid edirəm ki, gələn ildən məcburi köçkünlərin geri qaytarılmasına başlanacaq” - Azərbaycan Prezidenti

18:37

Bu tarixdə "Fəryad-2" filminin çəkilişlərinə başlanılacaq - RƏSMİ

18:29

"Niyə də İrəvana qayıtmayaq?" - İlham Əliyevdən düşmən ölkəni silkələyəcək sözlər

18:27

Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir

18:23

Ramazan ayı başlayır: Bu gecə niyyət gecəsidir

18:18

Qəbul imtahanları ilə bağlı mühüm - Açıqlama

18:15

Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir?

18:11

İlham Əliyev “İsgəndər” qalıqlarının niyə gec tapıldığını açıqladı

18:08

Deputat “Şəhid anası” medalı ilə bağlı məsələni gündəmə gətirib

18:06

Maaşından pul tutulanlara VACİB XƏBƏR

22:19

13.04.2021 GÜNDƏLİK BÜRCLƏR (13 APREL 2021 GÜNLÜK BÜRCLƏR)

22:16

Uşaqlarda koronavirusun əlamətləri - AÇIQLAMA

22:15

İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi

22:13

Ramazan ayında bu qadağalar tətbiq oluna bilər - VACİB AÇIQLAMA

22:11

Azərbaycanda pandemiya bu tarixdə BİTƏ BİLƏR - AÇIQLAMA

21:58

Cənab nazir, tarix müəllimi bələdiyyə sədri seçiləndən məktəbin yolunu unudub- CƏLİLABADDA

21:54

Nərimanov RİH-nin hüquq şöbəsinin müdiri Firdovsi Salahov 139 min manat pulu haradan alıb ?- Rayondakı 34 saylı məktəbin ərazisini kimlər zəbt edib ?

21:51

Nahid Bağırov şəkil çəkdirir, Turizm Agentliyi bəhanələr gətirir, “Kapitalbank” isə… – Qazi qardaşlar ölkə başçısına müraciət etdi

21:45

Prezidentdən qərar: Bu vəzifəli şəxslər cərimələnəcək

21:43

DİN-dən açıq havada maska taxmaqla bağlı AÇIQLAMA

21:41

Prezident SƏRƏNCAM İMZALADI

21:39

Bakının Nobel prospektinin adı dəyişdirildi

21:36

Leyla Əliyevanın "Tanrının səsini eşitmək istəyirəm" şeir kitabının təqdimatı olub - FOTO

21:32

Prezident İlham Əliyev: “Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilmədi”

21:29

GDU-da plagiat qalmaqalı

21:27

Astaranın icra başçısı belə arxayınlaşıb ki... - Şikayətçiləri də qəbul etmir...

21:26

“Ağstafa Aqropark”a qarşı vergi cəzası yoxsa “VOROVSKOY” YÜKLƏMƏ - Səməd Vəliyev mühüm şirkəti necə batırır?

23:38

Müddətli hərbi qulluqçular ordudan nə zaman tərxis ediləcəklər? – Ekspert tarixi açıqladı

23:33

Rus ordusunun bölgədəki şübhəli fəallığı - Müdafiə naziri xəbərdarlıq etdi

23:30

Vəkil iş adamının yarım milyonunu, əmlaklarını ələ keçirib?

23:26

On milyonlarla pul ayrıldı, nəticə: Neftçala ekoloji fəlakətlə üz-üzə...

23:23

Fəxrəddin Altun: “Bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik”