Azərbaycanda pandemiyaya görə şagirdlər üçün internet pulsuz olur? - AÇIQLAMA

21:15 6.04.2021 23
Azərbaycanda pandemiyaya görə şagirdlər üçün internet pulsuz olur? - AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı artma dinamikası ilə davam edir. Yoluxma və ölüm halları artdığına görə bəzi məktəblər distan təhsilə keçib. Əksər məktəblilər internet problemi olduğuna görə şagirdlər və müəllimlər onlayn dərslərə qoşulmaqda çətinlik çəkirlər. Pandemiyanın da nə zaman bitəcəyi məlum deyil. Bu gün təklif olunan məsələlərdən biri də məktəblilər və müəllimlər üçün internetin pulsuz olmasıdır. Maraqlıdır bu təklif nə qədər həqiqəti əks etdirir, ümumiyyətlə müəllimlər və şagirdlər üçün internetin pulsuz olması mümkündürmü?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, pandemiya ilə əlaqədar məktəblərdə təhsil distant şəkildə tədris olunur:

"Birinci növbədə biz düşünməliyik ki, distant təhsildən şagirdlərimiz hansı səviyyədə yararlana bilirlər. Təbii ki, ölkə daxilində genişzolaqlı internet təminatı tam şəkildə təmin olunmayıb. Elə kəndlər vardır ki, ümumiyyətlə genişzolaqlı internet yoxdur və yaxud bütün yaşayış məntəqlərinin sakinlərinin hamısı genişzolaqlı internetdən yararlana bilmirlər. Belə olan halda o bölgələrin şagirdləri təhsildən kənarda qalırlar. Düzdür, mobil internetlə ölkəmizin bütün əraziləri təmin olunmayıb. Amma distant tədrisdə bütün şagirdlərin mobil internetdən yaralanmaq imkanları məhduddur. Yəni, saatlarla tədris prosesində çoxlu meqabaytlar tələb olunur ki, buna da bütün valideynlərin imkanı çatmır. Ona görə də distant təhsilin keyfiyyəti yüksək olacağını düşünmürəm".

Deputat qeyd edib ki, çıxış yolu isə birinci növbədə müvafiq qurum tərəfindən şagirdlər üçün xüsusi mobil internet paketinin tətbiq olunmasıdır:

"Belə xüsusi internet paketinin ancaq distant təhsilə çıxışı olmalıdır və şagirdlər üçün pulsuz təqdim olunmalıdır. Çünki bizdə orta təhsil pulsuz olduğundan müvafiq qurum təhsilin distant keçirildiyi müddətdə əldə etdiyi qənaətlər hesabına şagirdlər üçün ünvanlanmış xüsusi distant internet paketinin maliyyələşdirilməsi mümkündür. Digər tərəfdən isə ümumiyyətlə məktəblərin qapadılmasına ehtiyac görmürəm. Çünki, məktəblərdə pandemiya ilə bağlı qoruyucu tədbirlər yüksək səviyyədə gözlənilir. Pedoqji işçilərin koronavirusa yoluxmasını isə əsasən məktəbdən kənarda baş verdiyini düşnürəm. Biz bunu təbii qəbul etməliyik və xəstələnən müəllimləri sağlam müəllimlər əvəz etməklə əyani təhsili davam etdirmək mümkündür. Onu da qeyd edim ki, müəllimlərin 50%-dən çoxu artıq peyvəndlənib. Biz ilk növbədə təcilli şəkildə müəllimlərin peyvəndlənməsini başa çatdırmalıyıq ki, bütün müəllimlər normal şəkildə tədrisə davam etdirə bilsinlər. Digər tərəfdən isə iki aydan sonra məktəblərdə yay tətili başlayır. Yenə üç ay şagirdlər məktəbdən uzaq düşəcəklər. Ona görə də düşünrəm ki, heç nəyə baxmadan biz əyani təhsili bərpa etməliyik".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:11

Prezident İlham Əliyev: “İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşır”

18:44

Rövşən Rzayevin tender oyunları - “Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir?

18:41

“Ümid edirəm ki, gələn ildən məcburi köçkünlərin geri qaytarılmasına başlanacaq” - Azərbaycan Prezidenti

18:37

Bu tarixdə "Fəryad-2" filminin çəkilişlərinə başlanılacaq - RƏSMİ

18:29

"Niyə də İrəvana qayıtmayaq?" - İlham Əliyevdən düşmən ölkəni silkələyəcək sözlər

18:27

Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir

18:23

Ramazan ayı başlayır: Bu gecə niyyət gecəsidir

18:18

Qəbul imtahanları ilə bağlı mühüm - Açıqlama

18:15

Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir?

18:11

İlham Əliyev “İsgəndər” qalıqlarının niyə gec tapıldığını açıqladı

18:08

Deputat “Şəhid anası” medalı ilə bağlı məsələni gündəmə gətirib

18:06

Maaşından pul tutulanlara VACİB XƏBƏR

22:19

13.04.2021 GÜNDƏLİK BÜRCLƏR (13 APREL 2021 GÜNLÜK BÜRCLƏR)

22:16

Uşaqlarda koronavirusun əlamətləri - AÇIQLAMA

22:15

İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi

22:13

Ramazan ayında bu qadağalar tətbiq oluna bilər - VACİB AÇIQLAMA

22:11

Azərbaycanda pandemiya bu tarixdə BİTƏ BİLƏR - AÇIQLAMA

21:58

Cənab nazir, tarix müəllimi bələdiyyə sədri seçiləndən məktəbin yolunu unudub- CƏLİLABADDA

21:54

Nərimanov RİH-nin hüquq şöbəsinin müdiri Firdovsi Salahov 139 min manat pulu haradan alıb ?- Rayondakı 34 saylı məktəbin ərazisini kimlər zəbt edib ?

21:51

Nahid Bağırov şəkil çəkdirir, Turizm Agentliyi bəhanələr gətirir, “Kapitalbank” isə… – Qazi qardaşlar ölkə başçısına müraciət etdi

21:45

Prezidentdən qərar: Bu vəzifəli şəxslər cərimələnəcək

21:43

DİN-dən açıq havada maska taxmaqla bağlı AÇIQLAMA

21:41

Prezident SƏRƏNCAM İMZALADI

21:39

Bakının Nobel prospektinin adı dəyişdirildi

21:36

Leyla Əliyevanın "Tanrının səsini eşitmək istəyirəm" şeir kitabının təqdimatı olub - FOTO

21:32

Prezident İlham Əliyev: “Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilmədi”

21:29

GDU-da plagiat qalmaqalı

21:27

Astaranın icra başçısı belə arxayınlaşıb ki... - Şikayətçiləri də qəbul etmir...

21:26

“Ağstafa Aqropark”a qarşı vergi cəzası yoxsa “VOROVSKOY” YÜKLƏMƏ - Səməd Vəliyev mühüm şirkəti necə batırır?

23:38

Müddətli hərbi qulluqçular ordudan nə zaman tərxis ediləcəklər? – Ekspert tarixi açıqladı

23:33

Rus ordusunun bölgədəki şübhəli fəallığı - Müdafiə naziri xəbərdarlıq etdi

23:30

Vəkil iş adamının yarım milyonunu, əmlaklarını ələ keçirib?

23:26

On milyonlarla pul ayrıldı, nəticə: Neftçala ekoloji fəlakətlə üz-üzə...

23:23

Fəxrəddin Altun: “Bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik”