Azərbaycan Respublikasında elmi-tədqiqat fəaliyyətli ilə məşğul olan insanların sayı açıqlanıb.
APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə akademiyanın ümumi yığıncağında bildirib ki, ölkədə elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan insanların sayı 32 mindən çoxdur.
Akademik deyib ki, həmin 32 min nəfərin 30 faizi AMEA əməkdaşıdır.
A. Əlizadə vurğulayıb ki, ötən il AMEA-nın üzvlüyünə akademiyanın 16 həqiqi üzvü, 25 müxbir üzvü seçilib: “Respublika üzrə 12 nəfər alim AMEA-nın professoru adına layiq görülüb”.
AMEA prezidenti qeyd edib ki, AMEA-nın magistraturasında 2017-2018-ci tədris ili üçün ixtisasların və qəbul yerlərinin sayı artırılıb, magistraturaya 12 ixtisas, 39 ixtisaslaşma üzrə yüksək balla 67 nəfər qəbul olunub.
A. Əlizadə AMEA-da bakalavr səviyyəsi üzrə təhsilin təşkil edilməsi ilə bağlı təşəbbüs irəli sürüb.
Zamantv.az