Putin Paşinyanı devirmək üçün HƏRƏKƏTƏ KEÇDİ: Qagikdən QƏFİL GEDİŞ

15:42 7.06.2018 563
Putin Paşinyanı devirmək üçün HƏRƏKƏTƏ KEÇDİ: Qagikdən QƏFİL GEDİŞ


Rusiya Nikol Paşinyanı devirmək üçün hərəkətə keçib.

Ermənistan mediası parlamentdə "Sarukyan" blokunun lideri Qagik Sarukyanın Moskvaya qəfil səfərinin İrəvanda yeni çevrilişə hazırlıq olduğunu yazıb.

Erməni şərhçi Qarnik Qevorqyan yazır ki, Sarukyan Moskvada Rusiya hakimiyyətinin yüksəkvəzifəli nümayəndələri ilə görüşüb.

"Maraqlıdır ki, Sarukyanın Moskvaya qəfil səfəri hökumətin proqramını açıqlayacağı haqqında bəyanatından sonra oldu. Proqramda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi qeyd olunur. Böyük ehtimalla Sarukyanın Moskvaya gedişini seçkiqabağı səfər saymaq olar. O, seçkilərdə Rusiyanın mövqeyini dəqiqləşdirmək, yeni reallıqda digər rusiyayönümlü gücləri birləşdirmək və digər hədəflərlə bağlı müzakirə aparıb. Ermənistandakı inqilab təkcə Sarkisyanı hakimiyyətdən məhrum etmədi, həm də Rusiya təsirini azaltdı. İndi növbədənkənar parlament seçkilərində təkcə erməni siyasi qüvvələr yox, həm də Moskva hazırlanır. Yaxın vaxtlarda Ermənistandakı rusiyayönümlü qüvvələrlə əməkdaşlıq güclənəcək. Bu baxımdan, Sarukyanın ilk olaraq Moskvaya getməsi təsadüfi deyil. Sarukyan Rusiya rəhbərliyi, eləcə də Belarus prezidenti Aleksandr Lukaşenko ilə yaxşı münasibətləri var. Həmçinin, o, Robert Koçaryan kimi hakimiyyətin dayaqlarından biridir. Yəni Sarukyan Ermənistanda Rusiyanın dayaqlarından biri hesab olunur", - deyə o bildirib.

Q. Qevorqyan Sarukyanın Moskva səfərindən sonra Ermənistanın daxili siyasətində dəyişikliklərin olacağını qeyd edib: "Həmçinin görünən odur ki, Moskva təkcə Sarukyan və Respublika Partiyası ilə deyil, ölkə daxilində bir neçə subyektlə işləyəcək. Ötən illərin təcrübəsi bunu təsdiqləyir. Sadəcə olaraq, Rusiya seçkilərə qədər mövcud Paşinyan hakimiyyəti ilə işləyəcək, seçkilərdə isə öz qüvvələrinə dəstək verəcək. Paşinyanı devirmək üçün yaxın günlərdə Ermənistandakı rus qüvvələri hərəkətə keçəcək"./publika
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO