“Dağlıq Qarabağ tamamilə Azərbaycanın tərkibinə qaytarılacaq” - AÇIQLAMA

11:05 12.01.2021 23
“Dağlıq Qarabağ tamamilə Azərbaycanın tərkibinə qaytarılacaq” - AÇIQLAMA
“Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada keçirilən üçtərəfli görüşü uğurlu hesab etmək olar. Tərəflərin baş nazirlərin müavinləri səviyyəsində İşçi qrupun yaradılması ilə bağlı razılığa gəlməsi bu görüşün başlıca nəticəsidir”.

Bunu yanvarın 11-də Kremldə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının üçtərəfli görüşünün yekunlarını şərh edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, tanınmış politoloq Sergey Markov bildirib.
Onun sözlərinə görə, regionda artıq yeni kommunikasiya və nəqliyyat əlaqələrinin yaradılmasına, köhnə kommunikasiyanın bərpa olunmasına start verilir: “Bu o deməkdir ki, yaxın vaxtlarda Azərbaycanla Naxçıvanı, daha sonra Türkiyəni birləşdirəcək yol inşa olunacaq. Hansı ki, bu yol Azərbaycanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq. Bundan əlavə, Azərbaycan ərazisindən keçməklə Ermənistanla Rusiyanı əlaqələndirəcək yol inşa olunacaq. Bu isə Ermənistanın Rusiya ilə quru yol əlaqəsində Gürcüstandan asılılığını əhəmiyyətli dərəcədə azaldacaq. Eyni zamanda Bakı və digər şəhərləri Xankəndi ilə əlaqələndirəcək yollar inşa olunacaq. Bu isə o deməkdir ki, rəsmi Bakı artıq Dağlıq Qarabağın tamamilə Azərbaycanın tərkibinə qaytarılmasının üçüncü mərhələsinə daxil olur. Birinci mərhələdə Azərbaycan şiddətli müharibə nəticəsində Ermənistanın nəzarətində olan ərazilərinin 40 faizini işğaldan azad etdi. İkinci mərhələdə Azərbaycan artıq siyasi və diplomatik danışıqlarda öz müzəffər ordusunun təzyiqi ilə 30 faiz ərazini hərbi əməliyyatlar aparmadan qaytarmış oldu. Hazırda 30 faiz ərazi Azərbaycanın nəzarətindən kənar qalıb. Azərbaycan bu ərazini daha hərbi yolla deyil, hətta siyasi-diplomatik yolla da deyil, ancaq iqtisadi yolla, tədricən Dağlıq Qarabağın Azərbaycana inteqrasiya edilməsi yolu ilə qaytaracaq. Bakı Qarabağın erməni əhalisini Azərbaycan cəmiyyətinə, iqtisadiyyatına və dövlət sisteminə inteqrasiyasını təmin etməklə qalan problemi həll etmiş olacaq. Bununla əlaqədar, Azərbaycan və erməni xalqları arasında münasibətlərin yaxşılaşdırılması məsələsi ortaya çıxır. Bunun üçün 30 ildən çoxdur ki, iki xalq arasında gedən informasiya və təbliğat müharibəsi tədricən aradan qaldırılmalıdır”.

Rusiyalı ekspert Moskva danışıqlarının Azərbaycan üçün uğurla nəticələndiyini vurğulayıb: “Danışıqlar zamanı İlham Əliyevin məmnun olduğu, Nikol Paşinyanın isə əksinə, məmnun qalmadığı görünürdü. Ona görə ki, Ermənistan Baş naziri Azərbaycanda əsirlikdə olan 62 hərbçisinin qaytarılması məsələsini həll edə bilməmişdi. Hansı ki, bu erməni əsgərləri 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra əsir götürülmüşdü, onlar əldə olunmuş razılaşmanı pozmağa, Azərbaycan ərazisində diversiya xarakterli hərbi fəaliyyət göstərməyə cəhd ediblər. Bu problemi Paşinyan həll edə bilmədi.

Ümumilikdə, bütün tərəflər danışıqları uğurla baş vurdu. Düşünürəm ki, növbəti mərhələdə dövlət başçıları səviyyəsində danışıqlar aprel ayında baş tutacaq. Martın 31-də baş nazir müavinləri səviyyəsində İşçi Qrupun regionda kommunikasiyaların inkişafı ilə bağlı konkret təkliflər irəli sürməsindən dərhal sonra Rusiya, Azərbaycan və Ermənistan liderləri yenidən bir araya gələcəklər”./APA/
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:52

Azərbaycan əhalisinə ŞAD XƏBƏR - Nazirlik az öncə açıqladı, fevraldan etibarən...

15:52

Azərbaycan əhalisinə ŞAD XƏBƏR - Nazirlik az öncə açıqladı, fevraldan etibarən...

15:47

Ramin Quluzadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

10:45

Günün qoroskopu: İctimai və siyasi sahələrdə uğurlara nail ola bilərsiniz

10:26

Ermənilərin Şuşaya "İskəndər" atmaq planı - Paşinyan xalqı necə aldadıb?

10:19

Azərbaycanda bu şəxslər məcburi şəkildə vaksinasiya olunacaqlar - Əsədov AÇIQLADI

10:18

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür – MÜHÜM AÇIQLAMA

10:16

FHN dağıntılar altından meyit tapdı

15:05

Məşhur meyxanaçı gecə saatlarında vəhşicəsinə döyüldü

15:04

Azərbaycanda təmtəraqlı toyların keçirilməsinə nə vaxtdan icazə veriləcək? - KOMİTƏ SƏDRİ AÇIQLADI

15:01

Baku Medical Plazada əməliyyat olunan pasiyent vəfat edib - YENİLƏNİB

14:59

Rövnəq Abdullayev vəzifəsini icra edir – EKSKLÜZİV

14:10

Özünü 18-ci mərtəbədən atan qızla bağlı YENİ MƏLUMAT - VİDEO

10:23

Bakıda dəhşət: Qız hamamda...

10:15

Vasif Talıbov məmuru işdən çıxararaq yeni vəzifə verdi

10:13

Azərbaycanda karantin rejimi yumşaldıldı

10:11

Dəniz quldurlarının azərbaycanlı dənizçini öldürməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI: “QAPINI SINDIRDILAR, İÇƏRİ GİRƏN KİMİ..."

10:06

Xəzər dənizinin suyu sürətlə azalır - Səbəb?

12:18

Azərbaycanda tanınmış iş adamı vəfat etdi

12:07

Yüksək vəzifəli ERMƏNİ QADIN təyyarə ilə ölkədən qaçdı

11:59

Bu avtobuslarda gediş haqları BAHALAŞDI - 80 QƏPİK...

11:53

Rusiya çalxalanır: “Vəziyyət sürətlə pisləşir” – Kremldən sərt qərar

00:06

AĞIR İTKİ ÜZ VERDİ-Daha bir məşhur aktrisa QƏFİL dünyasını dəyişdi

23:54

Emin Əmrullayev: “Fikirlərim təhrif olunub”

23:51

Hərbçilərin maaşlarının azaldılması iddiası ilə bağlı - Nazirlikdən açıqlama

11:19

“Deyirlər, get, müalicə ol…” - GİLEY

11:07

İşinə tələsən polis zabiti dünyanın ən qısa nikah mərasiminə imza atdı - VİDEO

11:06

“Rusiyanın hansısa kadrları müdafiə etməsi təbiidir” – Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

10:59

“Leyla Yunus üçün əsas pul qazanmaqdır” - yeni “məhbus siyahısı”na etirazlar...

10:49

Türkiyədə pitbul iki yaş yarımlıq azyaşlını xəstəxanalıq etdi - ANBAAN VİDEO

10:39

Azərbaycan və Fransa XİN başçıları Qarabağ bəyanatını müzakirə etdilər

10:29

“Dəmir yumruq” əməliyyatı “Dəmir təpik” ilə tamamlana bilər” - GƏLİŞMƏ

21:15

Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdı

15:21

Vilayət Eyvazov DYP rəisini İŞDƏN ÇIXARDI - ƏMR