AMEA-da seçki hazırlığı: Akif Əlizadənin əleyhinə olan da var

11:39 6.06.2018 647
AMEA-da seçki hazırlığı: Akif Əlizadənin əleyhinə olan da var













Dilavər Əzimli: “Akif Əlizadənin gördüyü işlər şəxsən məni qane edir”; Yasəmən Qaraqoyunlu: “İllərdir ki, AMEA-nın işçilərinin sosial problemləri həll edilmir”
İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti və vitse-prezidentləri yenidən seçiləcək. AMEA-nın bir çox elmi işçiləri hesab edirlər ki, hazırkı prezident Akif Əlizadə tam dəstək alaraq, yenidən prezident olacaq. Bu barədə “Trend”ə açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də danışıb. “Hesab edirəm ki, bizim elmi cəmiyyətimiz iyunun 8-də keçiriləcək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçkilərində Akif Əlizadəyə tam dəstək verəcək” deyə, o bildirib.

İ.Həbibbəylinin sözlərinə görə, akademik A.Əlizadə ötən 5 il ərzində AMEA-ya uğurla rəhbərlik edib.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, A.Əlizadə akademiyanı durğunluq dövründən çıxararaq onu islahatlar mərhələsinə çatdırıb, onun rəhbərliyi ilə elmin fundamental və tətbiqi sahələri genişləndirilib, inkişaf edib: “Mən akademiyanın üzvü olaraq, yalnız Akif Əlizadənin namizədliyi haqqında düşünürəm. Hesab edirəm ki, bizim elmi cəmiyyətimiz də Akif Əlizadəyə növbəti seçkilərdə tam dəstək verəcək. İnanıram ki, AMEA-nın digər üzvləri də Akademiyanın növbəti 5 il ərzində Akif Əlizadənin rəhbərliyi altında inkişaf etməsini istəyirlər”.

Akademiyanın üzvü tarixçi Dilavər Əzimli da “Yeni Müsavat”a bildirib ki, Akif Əlizadənin prezident seçiləcəyini gözləyir:“Hamı bilir ki, Akif müəllimin özü seçiləcək. Təbii ki, Akif Əlizadənin gördüyü işlər məni qane edir. AMEA elmi qurumdur, o da elmi qurumun rəhbəri kimi idarə etməyi bacarır. Akif Əlizadə akademikdir, uzun müddətdir ki, elm adamıdır. AMEA-da getdikcə müəyyən mənada maaşların artımı hiss olunur. Ancaq hər halda, daha yaxşı şəraitin olmasını istəyərdik. Hesab edirəm ki, ildən-ilə bu məsələlər öz həllini tapacaq. Dövlət nə qədər güclənərsə, onun sahələri də güclənir. 10-20 il bundan öncə ilə müqayisədə indi xeyli fərqlər var”.

AMEA-nın üzvü tarixçi Yasəmən Qaraqoyunlu isə hesab edir ki, Akif Əlizadə prezident seçilməli deyil: “Ölkə başçısına məktubum olmuşdu. Oradakı məsələlərlə bağlı aylarla Akif Əlizadəyə müraciət etdim ki, məni qəbul eləsin. Ancaq onun köməkçisi aylarla müxtəlif bəhanələrlə bu görüşün baş tutmasına imkan vermədi. Bir rəhbər ki, öz işçisinin problemləri ilə maraqlanmırsa, o, nə üçün rəhbər olmalıdır? İndiyə qədər rəsmi ərizə ilə AMEA rəhbərliyinə dəfələrlə müraciət etmişəm ki, həyat yoldaşım xəstədir, bir övladım da əlildir və mənə növbədənkənar ev verilsin. Hələ də məktubuma rəsmi şəkildə heç bir cavab gəlməyib. Yalnız Həmkarlar İttifaqı mənə cavab verib ki, Saray qəsəbəsində elmi işçilər üçün ev tikilir və gedib oradan mənzil ala bilərsiniz. Elmi işçilərin bu evə sahib olmaları üçün ilkin ödəniş kimi 10 min manat lazımdır. Bu ödəniş olmasa, hər ay 1000 manat pul verməliyik. Bunları ona görə sayıram ki, AMEA-nın işçilərinin sosial problemləri çoxdur. Bu problemləri həll edə bilməyən akademiyanın rəhbəri ola bilməz. Ona görə də Akif Əlizadənin namizədliyini qəti şəkildə dəstəkləmirəm. Prezidentin səlahiyyəti elmin inkişafına dəstək olmaqdır. İnsan yeməsə, içməsə, onun problemi həll olunmasa, elmlə necə məşğul ola bilər? İndiyə qədər AMEA prezidenti məsələ qaldırmayıb ki, elmi işçilərin sosial probleminin həlli üçün nə etməliyik. Yaxud da bizim ”Tomson” jurnalında elmi məqalələrimizin dərc olunması üçün hansı köməklik göstərilib? Bu istiqamətdə heç bir addım atılmayıb. Elə namizəd istəyirəm ki, o, elmin inkişafı üçün ciddi şəkildə ölkə rəhbərliyi qarşısında çıxış etsin”.


AMEA-da seçki hazırlığı: Akif Əlizadənin əleyhinə olan da var



AMEA-da seçki hazırlığı: Akif Əlizadənin əleyhinə olan da var

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR