“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” - GƏLİŞMƏ

20:43 29.11.2020 348
“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” - GƏLİŞMƏ
Noyabrın 23-də Azərbaycandaki diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Füzuli şəhərinə ziyarət ediblər. Avropa İttifaqının (Aİ) Azərbaycandaki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas yerli mətbuata müsahibəsində, yol boyu dağıntıları müşahidə etdikcə sülhlə müharibə arasında fərqin nə olduğunu gördüyünü bildirib.

“Şərhə ehtiyac yoxdur. Ona görə çoxumuz susuruq və sadəcə baxırıq. Vəziyyət göz qabağındadır. Avropa ölkələri həmişə sülh mövqeyindən çıxış edib. Aİ öz-özlüyündə sülh layihəsidir. İttifaq təkidlə dağıntıların, zorakılıqların əleyhinə olduğunu bildirir. Burada gördüklərimiz isə müharibənin dəhşətidir. Bunların bir daha təkrarlanmaması üçün əlimizdən gələni etməliyik”, -deyə Yankauskas vurğulayıb.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandaki hərbi attaşesi Teri Hemrik də ermənilərin vandalizm əməllərinə görə məyus olduğunu deyib: “Düşünürük ki, münaqişəyə son qoymaq üçün hər iki ölkənin danışıqlara getməsi vacibdir. Düşmənçiliyin sona çatdığını görməkdən məmnunuq. İstənilən ölüm halı pisdir və yanlışdır. Ümid edirik ki, Minsk Qrupu hər iki ölkə üçün burada daimi ola biləcək bir mexanizm təsis edəcək”.

Lakin ermənilərin törətdiyi əməlləri şərh etməkdən yayınanlar da olub. Belə ki, fransalı attaşe polkovnik-leytenant Flavien Lane jurnalistlərin sualları qarşısında susmaqla həm ermənilərin vəhşiliklərini təsdiqləyib, həm də ölkəsinin qərəzli mövqeyini bir daha nümayiş etdirib.

Maraqlısı isə budur ki, istər Avropa İttifaqı nümayəndəsinin erməni vandalizminə sadəcə müharibə donu geyindirməklə erməni vəhşiliyini şəxsən vurğulamaması, istər ABŞ hərbi attaşesinin fürsətdən istifadə edərək münaqişənin həllində ölkəsinin həmsədr olduğu Minsk Qrupunu önə çıxarması, istərsə də erməni vəhşiliyinə tamamilə göz yuman fransalı hərbi nümayəndənin mövqeyi bir sual doğurur: Erməni vandalizmini beynəlxalq miqyasda sübuta yetirməyə çalışdığımız halda, elə beynəlxalq ictimaiyyət nümayəndələrinin birmənalı olmayan mövqeləri nəyə işarədir? Yaxud, bu müəmmalı mövqe və susqunluq erməni vandallığı üçün tələb etdiymiz kompensasiyanın ödənilməməsi üçün ilkin ismarıcdırmı? Ümumiyyətlə, bu sükut və qeyri-müəyyən mövqe Azərbaycan üçün nə vəd edir?

Mövzunu AYNA-ya şərh edən Müvəkkil Hüquq Mərkəzinin rəhbəri, hüquqşünas Səməd Vəkilov xatırladıb ki, Azərbaycan müstəqillik əldə etdikdən qısa müddət sonra Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul edilib: “Azərbaycan BMT-yə daxil olarkən, hansı ərazidə yerləşməsi xəritə ilə təşkilata təqdim edilib. Bu xəritədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisinin, o cümlədən hazırda işğaldan azad edilmiş ərazilərin Azərbaycan Respublikasının tərkib hissəsi olması həm beynəlxalq birlik tərəfindən, həm də bütün beynəlxalq təşkilatlar tərəfindən öz təsdiqini tapıb. Yəni, bu ərazilərin Azərbaycana məxsus olması heç bir şübhə doğurmayıb və doğurmur da. Üstəlik, Dağlıq Qarabağ ətarfında yerləşən ərazilərin də işğal edilməsi faktı ilə əlaqədar olaraq BMT-nin 4 qətnaməsi var. Həmin qətnamələrdə Ermənistan işğalçı dövlət kimi müəyyən olunub. Bu da beynəlxalq birlik tərəfindən sözügedən ərazilərin kimə aid olması ilə bağlı mübahisə doğurmayan bir məsələdir”.

“Təbii ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə də, hər bir dövlət öz ərazi bütövlüyünü qorumaq üçün özünümüdafiə tədbirləri görə, həmçinin ərazisini işğaldan azad edə bilər ki, bu da Azərbaycanın mövqeyini tamamilə təsdiqləyən hüquqi bir aktdır. Azərbaycanın da, beynəlxalq hüququn bütün prinsiplərinə əməl edərək, həyata keçirdiyi işğaldan azadetmə əməliyyatı, o cümlədən beynəlxalq humanitar hüququn bütün prinsiplərinə əməl edərək əks-həmlə əməliyyatını həyata keçirməsi, hərbi vəziyyətin elan olunması və bununla bağlı beynəlxalq birliyi məlumatlandırması, tamammilə beynəlxalq birliyin prinsiplərinə uyğun həyata keçirilib”, - deyə hüquqşünas vurğulayıb.

Müsahibimiz Azərbaycana dəvət olunmuş beynəlxalq nümayəndələrinin mövqelərini belə dəyərləndirib: “Hərbi attaşelər, beynəlxalq jurnalistlər, beynəlxalq təşkilatlar və bunların tərkibində Fransa başda olmaqla, yer alan bəzi nümayəndələrdən elə bu qərəzli mövqeyi gözləmək olardı. Hətta, onlar bu məsələlərə qeyri-adekvat münasibət sərgiləsəydilər, normal hesab edilməzdi. Çünki, Fransa 30 ilə yaxın müddət ərzində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olsa da, münaqişənin həlli ilə bağlı heç bir əməli addım atmayıb. Minsk qrupunun həmsədrləri üçün müəyyən olunmuş əsas prinsip tərəfsizliyin qorunub saxlanılması olduğu halda, Fransa hər zaman Ermənistanın tərəfini saxlayıb və özünün beynəlxalq missiyasına kölgə salıb. Ona görə də onların nümayəndəsindən başqa bir münasibət gözləmək, onların hazırda həyata keçirdiyi xarici siyasətə də, qərəzli münasibətə də zidd olardı. Bu baxımdan bunun təbii olduğunu hesab edirəm”.

Vəkilov heç bir münasibətin Azərbaycanın beynəlxalq miqyasda haqlı mövqeyinə mane ola bilməyəcəyini əlavə edib: “Çünki bir-iki nümayəndənin prosesə qeyri-adekvat münasibət sərgiləməsi, beynəlxalq birlik qarşısında Azərbaycanın təzminat davası açmasına heç bir maneə yarada bilməz. Hesab edirəm ki, Fransa, yaxud digər ikili standartları dünyaya ixrac edən böyük dövlətlərin münasibətləri beynəlxalq birlik qarşısında beynəlxalq mexanizmlərin işə salınmasında bizə mane olmayacaq və ola da bilməz. Çünki bunun heç bir hüquqi əsası yoxdur. Hesab edirəm ki, bizim bu mənada kifayət qədər ciddi sübutlarımız var. Az əvvəl qeyd etdiyimi kimi, Ermənistanın həm beynəlxalq birlik qarşısında, həm də BMT-nin qətnamələrində işğalçı dövlət kimi tanınması, sonrakı proseslərdə də bizim üçün üstünlük yaradır. Hətta, Avropa Şurasının da bununla bağlı bir sıra qətnamələri var. ATƏT-in Lissabon sammitində də Ermənistan 53 dövlət tərəfindən işğalçı dövlət kimi tanınıb. Bütün bunlar bizim üçün beynəlxalq alətlərdir və həm bu beynəlxalq alətlər, həm də hazırda topladığımız dəllilər bizim Ermənistana təzminat davası açmağımız üçün beynəlxalq birlik qarşısında dövlət olaraq haqqımızdır. Həm də bu haqqımızdan istifadə edərək hərbi cinayətkarların cəzalandırılması üçün hərbi məhəkəmələrin qurulması və müharibədən zərər çəkmiş şəxslərin fərdi qaydada Avropa Məhkəməsinə təzminat davası üçün müraciət etməsində heç bir hüquqi maneə yoxdu .
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI