Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!

12:18 23.11.2020 1 105
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!
23 noyabr 2020-ci il: Bu tarix şəhid Rəcəb Məmmədovun doğum günüdür.

Kədər çox vaxt bir nisgil kimi insan gözlərinin dərinliyində əks edir. Bəlkə də insan nə vaxtsa yaşacağı anı qabaqcadan bildiyi üçün gözləri bulanır, dərinliklərdəki əkslərdə həyat pünhan məcralarla çırpınır. Necə deyərlər, həyat başlanğıcdan sona qədər sadə bir təsəllidir. Bu təsəlli içində insan həm də Allaha, torpağa və vətənə eşq tapır. Bu eşqlə də yaşayır, ölür, əbədiləşir. Yazımızın qəhrəmanı Məmmədov Rəcəb Yolçu oğlu da Vətən uğrunda canını fəda etməklə özünə əbədilik haqqı qazanıb. 1996-cı il noyabrın 23-də Ağdaş rayonunun Ləki kəndində anadan olmuş bu hünərpərvər qəhrəmanın bu gün ad günüdür. 7 noyabr 2020-ci il tarixdə Qubadlı, Zəngilan və Laçın istiqamətlərində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Rəcəb üçün 23 noyabr 2020-ci il tarixi də xüsusi önəm kəsb edir. Bu tarix onun həyat salnaməsinin ən parlaq səhifəsidir. Doğulduğu ayda canını Vətənə fəda etmiş bu cəsur döyüşçünün əsgər geyimindəki şuxluq, gülən gözlərindən tökülən Vətən hissi ürəyimizi dağa döndərir.

Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!

Rəcəb yaxşı bilirdi ki, Vətən hissi, torpaq şərəfi xalqın milli-mənəvi dəyəridir. O, hələ Ağdamda xidmət keçərkən sanki şəhidlik zirvəsinə ucalacağını bilirdi, çünki gözlərindəki gülüş, çöhrəsindəki təbəssüm fərqli görünürdü. İndi onun valideynləri, qardaş və bacısı üçrəngli bayrağımıza böyük fəxarət hissi ilə baxırlar. O bayraq ki, Rəcəbin tabutuna parlaq görkəm, həyati məna vermişdi...

Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!

Şəhid qəhrəman Rəcəb Məmmədovun yaxın dostu Cavid Hüseynov onun haqqında deyir:
- Rəcəb kimi dost, qardaş çətin tapılar. Nəcib insan idi, çox təmiz ürəyi vardı, düzgün, doğru-dürüst, mərifətli və qanacaqlı dost-qardaş idi. Onunla Rusiya və Gürcüstanında olmuşuq və həyatımızda yadda qalan anlar çoxdur. Mən Laçındanam, söz vermişdim ki, torpaqlarımız işğaldan azad olunsun Rəcəbi oraya aparacam, doğulduğum rayonun gözəllikləri ilə tanış edəcəm. Təəssüf ki, qismət olmadı, Rəcəb nə zamansa birlikdə gedəcəyimiz Laçın uğrunda döyüşlərdə şəhid oldu...
Rəcəbi Bakıdan əsgərliyə mən yola salmışdım. Qəfildən dedi ki, həyatdı, birdən qayıtmaram, haqqını halal et. O da təsirləndi, mən də. Qəhərdən boğuldum. Bir-birimizi möhkəm-möhkəm qucaqladıq. Anlar keçdi, Vətən müharibəsi başladı və... Və Rəcəb torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq, şəhidlik zirvəsini fəth etdi.

Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!

Sinif yoldaşı Əlövsət İmanzadə Rəcəb Məmmədov haqqında deyir:
- Biz Rəcəblə bir yerdə oxumuşuq, qardaş kimi idik. O, Vətən yolunda özünü qurban verdi. Onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Rəcəb əslən Ağdaşdan idi. Onunla birlikdə çox günlər keçirmişik, yaddan çıxmayan xatirələrimiz var. Uşaq çağlarımızı da, yeniyetməlik dövrümüzü də bir yerdə keçirmişdik. Bir məhəllənin uşaqları idik. Mənim doğma qardaşım olmayıb, lakin Rəcəb qardaşsızılğı mənə unutdurmuşdu. Bəlkə də doğma qardaşım olsaydı, onunla belə münasibət qura bilməzdim. Dürüst, qəlbi təmiz insan idi Rəcəb. Çox saf ürəyi vardı. 10 il onunla həm də dostluq etmişdik. Onun yoxluğuna heç cür inana bilmirəm. Onun şəhid olması xəbərini eşidən gündən özümə yer tapa bilmirəm.
Bir necə dəfə onun ad günlərini Gürcüstanda və Türkiyədə qeyd etmişdik. O da mənimlə birlikdə magistr pilləsini oxumaq üçün Türkiyəyə getmişdi... Əsgəri xidmətə gedəndə dedi ki, birdən şəhid oldum, haqqını halal et, sənin kimi qardaşım var, gözüm arxada qalmaz. Getdi və qəhrəmanlıqla şəhid oldu. Məhz Rəcəb kimi oğullara şəhidlik yaraşır. Məhz Rəcəb kimi oğullar Vətən sevgisinə layiqdirlər. Allahdan əziz dostuma, təmiz ürəkli qardaşıma rəhmət diləyir, valideynlərinə səbr arzulayıram.
Bəli, həyat öz duyğusal anlarını Vətən fədailərinin ömür səhifəsinə calayandan insan qəhərdən boğulur. Rəcəb Məmmədovun qəhrəmanlıq səhifəsində cilalanan duyğular onun ürəyi qədər saf və məsumdur. O məsumluqda bir şəhid təravəti var. Elə bir təravət ki, yalnız Cənnət insanlarından gəlir. Demək, şəhidlik sözün həqiqi mənasında hər kəsə müyəssər olmur. O zirvəni fəth edənlər nə qədər xoşbəxt və ucadırlar!
Üzümüzü Rəcəb Məmmədovun anasına tutub deyirik:
- Şəhid analarının əzmi dövlətimizin gücü, dayağıdır. Ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu oğlunuz Rəcəbin timsalında işğal olunmuş əraziləri düşməndən azad edib, ölkənin ərazi bütövlüyünü qoruyur. Əlbəttə, zəfər güclü ordu üçün bir səltənətdir. Torpaqlarımızın bütövlüyü uğrunda minlərlə Azərbaycan vətəndaşı həlak olub, şəhidlik zirvəsinə ucalıb. Şəhidlik, əslində, bir zirvədir. Elə bir zirvə ki, hansı səmtdən baxsan Vətən görünür... Elə bir zirvə ki, haradan baxsan, şəhid oğullar - Rəcəb Məmmədov görünür. Azərbaycan da bir Vətən olaraq şəhid qanı ilə süslənib. Akif Məhmət Ərsoy demişkən:

Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq, əgər uğrunda ölən varsa, Vatandır.

Şəhid zirvəsi şəhid anasının təlatüm etdiyi zirvədir. Şəhid anaları Vətən uğrunda qurban verdikləri övladları qədər Vətən torpağını sevir. Şəhid analarının torpağa axıtdıqları göz yaşlarının töküldüyü yerlərdə Vətən adında qamətli ağaclar bitir. Şəhid anaları təkcə özləri üçün deyil, bütöv Vətən üçün yetişdirir o qəhrəman oğulları. O oğullar ki, birləşib Ordu yaradır və Vətənin müdafiəsində durur.
30 ilə yaxındır şəhid analarının canında, qanında bir Vətən sevdası tüğyan edirdi. Onların yetişdirdiyi qəhrəman oğullar öz ölümləri ilə tarix yazdılar. Onların uğrunda canlarından keçdikləri torpaqlar bu gün şəhid analarının Vətən duyğuları ilə islanıb.
Şəhid anaları mətin, mübariz və yenilməz olurlar. Elə bu qüdrətlərinə görə də Vətən üçün layiqli övladlar yetişdirməyi bacarırlar. Torpaq uğrunda sinələrini düşmən gülləsinə sipər edən Azərbaycan oğullarının qəhrəmanlığı həm də o oğulları böyüdüb boya-başa çatdıran şəhid analarının Vətən sevgisidir.
Mübarizlərin, Poladların, İlqarların, Rəcəblərin və digər şir biləkli oğullarımızın anaları mətindirlər. Onların içindəki Vətən eşqi torpaqlarımızın bütövlüyünü tam təmin etmək əzmindədir.


Nə xoşbəxtik ki, Vətən sevgili oğullarımız hər zaman olub və bu gün də doğulur. Buna görə biz onları yetişdirən analara minnətdarıq.
Şəhidlik eyni zamanda, vətən, xalq, dövlət, millət, haqq, ədalət yolunda canından keçmək, özünü fəda etmək etməkdir. Şəhidlik elə bir zirvədir ki, hər Allah bəndəsi bu zirvəyə ucala, yüksələ bilmir. Bu zirvəyə o insanlar yüksəlir, ucalırlar ki, onlar vətən, millət, dövlət yolunda ölümün üzərinə yürüyə, ölümün gözlərinin içinə dik baxa bilirlər. Və hər anaya da şəhid anası olmaq nəsib deyil. Şəhid anaları bu uca zirvəyə Allahın rəhmi və mərhəməti ilə yüksəlir.
Şəhid anaları məhz buna görə milli qürür mənbəyimiz, milli iftixar hissimiz, and, namus yerimiz, baş taçımızdır. Şəhid analarının mübariz ovqatında Vətən sevgisi əbədiyaşar olur...

23 noyabr 2020-ci il: Bu tarix şəhid Rəcəb Məmmədovun doğum günüdür. O şəhid ki, öz müqəddəs qanı ilə Vətən torpaqlarının bütövlüyünü təmin edib. O şəhid ki, onun uca ölümü hər kəsi məyus duyğularla üz-üzə qoyub. Vətən isə xoşbəxtdir ki, onun Rəcəb kimi oğulları olub və bu gün də var.
Biz yazımızın əvvəlində demişdik, həyat özü də bir təsəllidir: Bu təsəlli içində insan həm də Allaha, torpağa və vətənə eşq tapır. Bu eşqlə də yaşayır, ölür, əbədiləşir. Rəcəb Məmmədov da məhz bu eşqlə Vətənə can fəda etməyi bacardı. Onun həyatı, ömrü tarixə döndü, tarixləşdi. O, elə bir həyat yaşadı ki, tarixin daş yaddaşına yazıldı. Yetişən nəsillər bu yaddaşı bir tarix kimi vərəqləyəcək, ondan qəhrəmanlıq əxz edəcəklər.

Bəli, şəhidlər ölməz, Vətən bölünməz! Rəcəb Məmmədovun qısa, lakin şərəfli həyat yolu onu ölməz bir fədaiyə çevirdi. O, bir şəhid kimi misilsiz tarix yazdı, torpaq qurtardı, ölümü ilə ölməzliyə qovuşdu, Azərbaycanın ən müqəddəs insanlarından birinə çevrildi.
Vətənin qoynunda ölmək də ayrı bir şərəfdir. Belə ölümlər müqəddəs ölümlərdir və Rəcəb Məmmədovun qismətinə də belə bir ölüm düşdü. İndi ağlar gözlər onun ölümünə acımır, əksinə, ürəklər fərəh hissi ilə dolur ki, o, Vətən uğrunda şəhid olub. İndi gülən gözlər onun yoxluğundan sarsılmır, çünki o, Vətən üçün şirin canından keçib. İndi gülən gözlər onun şəhid adını təbəssüm işığına büküb.
Doğum günün mübarək, əziz şəhidim! Rahat uyu! Vətən torpaqları düşməndən geri alınıb. Bu parlaq qələbədə sənin də böyük haqqın, xidmətin var!
Allah sənə rəhmət eləsin!

Ləman Əsgərova

Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU