“Rus əsgəri erməniləri Kəlbəcərdən qışqırda-qışqırda çıxarır” - GƏLİŞMƏ

11:07 12.11.2020 376
“Rus əsgəri erməniləri Kəlbəcərdən qışqırda-qışqırda çıxarır” - GƏLİŞMƏ
Sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi, noyabrın 10-da imzalanan bəyanatla başa çatdı. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin birgə razılaşma üzrə hərbi əməliyyatlar dayandırıldı. İmzalanan sənədə əsasən, ermənilər Ağdam, Kəlbəcər və Laçını geri təhvil verməlidirlər. Və eyni zamanda, bölgəyə Rusiya sülhməramlıları yerləşməlidir. Ki, artıq yerləşib.

Razılaşdırılan sənədlə bağlı Azərbaycan cəmiyyətinin bir çox sualları cavabsız qalsa da, bu razılaşmaya Ermənistan tərəf ümumiyyətlə razı deyil. Çünki Ermənistan ictimaiyyəti bu anlaşmanı faktiki kapitulyasiya sayır, işğal etdikləri torpaqların Azərbaycana qayıtması hesab edir. Ermənilər artıq Baş nazir Nikol Paşinyanın istefasını, sözügedən bəyannamənin də ləğvini tələb edirlər. Hətta, Dağlıq Qarabağdakı separatçılar, qondarma qurumun varlığı ilə bağlı iddialarında əl çəlmək istəmirlər.

Mövzu ətrafında AYNA-nın suallarını Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov cavablandırıb:

- Ermənistan böyük kapitulyasiya ilə üzləşdi. İndi ermənilər nə etməlidirlər? Hazırda Ermənistan hakimiyyəti daxilində məğlubiyyətin səbəbini bir-birinin üzərinə atmaqla məşğuldurlar. Mərkəzi hakimiyyəti söyməklə, Paşinyanı dar ağacından asmaq arzuları ilə yaşayırlar. Hakimiyyət nümayəndələrini erməni cəmiyyəti xəyanətdə günahlandırır. Bu məğlubiyyət təkcə Ermənistanın yox, dünyadakı erməniliyin məğlubiyyətidir, diz çökdürülməsidir. Rusiya mətbuatına baxın, ermənilər “bu, xəyanətdir”, “necə ola bilər ki, Qarabağ əlimizdən çıxsın”, “biz uduzduq”, “qarabağı satdılar”, - deyə qışqır-bağır salırlar. Biabırçı məğlubiyyətlərini etiraf edirlər. Bunların baş verməsi təbiidir, olmalıdır. Ona görə ki, ermənilərin son 100 illik tarixində belə məğlubiyyət olmamışdı. Onlar son 100 ildə Azərbaycanın ərazilərini qəsb edərək, oradan azərbaycanlıları deportasiya edərək, soyqırımına məruz qoyaraq, Azərbaycan torpaqlarına ordan-burdan erməniləri köçürərək, Qarabağda Azərbaycan adına bir dənə də nişanə buraxmayaraq “Böyük Ermənistan” xülyası ilə yaşayırdılar. İndi o xülyanın üzərindən böyük bir xətt çəkilib, bunların mifalogiyası darmadağın olub. Hazırda müqaviləyə əsasən, oraya gələn Rusiya sülhməramlıları Ermənistan qoşunlarını və orada qeyri-qanuni məskunlaşmış erməniləri qışqırda-qışqırda çıxarır. Bu, əlbəttə ki, ermənilərdə belə reaksiya doğurur.

- Və ərazilərdən çıxmaq istəmirlər...

- Ermənilər etiraf etməlidirlər, başa düşməlidirlər və qəbul etməlidirlər ki, Azərbaycan tərəfindən güclü zərbə alıblar. Elə bir məğlubiyyətə düçar olublar ki, onun altından nəinki Dağlıq Qarabağ erməniləri, Ermənistan dövlət olaraq çıxa bilməyəcək. Bu gün Ermənistanın özünün müqəddəratı böyük sual altındadır. Hələ bilmək olmaz ki, Ermənistanda baş verən hadisələr hansı istiqamətdə cərəyan edəcək, kimlər hakimiyyətə gələcək, kim qalacaq?! Yaxud da, hansı dövlət onlara təsir göstərəcək?! Bu gün Dağlıq Qarabağın statusu məsələsinin gündəmdən tamamilə çıxarılması ilə Azərbaycan Ordusu, Azərbaycan Prezidenti və Xalqı Ermənistanın özünün statusuna zərbə vurdu. Ermənilər məğlubiyyətlərini dərk edəcəklərsə, reallığı qəbul edəcəklərsə, onda Qarabağda yaşamaq haqları olacaq. Yox, bunu etməyəcəklərsə, o zaman özləri-özlərini inkar etmiş olacaqlar, yaşamaqları sual altında qalacaq.

- Ermənilər toparlanmaqdan, yenidən güc əldə etməkdən və təkrar təcavüzdən dəm vururlar. Bu fikirləri onlar hansı gücə arxalanaraq irəli sürürlər, belə böyük iddiaları nəyə güvənərək səsləndirirlər?

- Onlar məğlubiyyət nəticəsində affekt vəziyyətə düşüblər. Ermənilər elə vəziyyətə düşüblər ki, reallıqdan kənar iddialar, fikirlər irəli sürürlər. Onlar “Şuşanı qaytaracağıq”, “Qarabağa qayıdacağıq” kimi sərsəm sözlər deyirlər. Şuşanı yenidən işğal edən idilərsə, niyə çıxırdılar? Qarabağa qayıdan idilərsə, ordan niyə qaçırdılar? Erməni hərbçilər silah-sursatlarını qoyub elə qaçırdılar ki... Avadanlıqlarını, mal-dövlətlərini qoyub qaçdılar. O bədbəxtlərin belə absurd iddialarını başa düşürəm. Məğlubiyyətlə hələlik daxilən razılaşmayıblar. Məğlubiyyətin istisi öncə zahirən gəlir, başa düşür ki, itiribdir. Ondan sonra məğlubiyyətin dərki gəlir. İndi Ermənistanda məğlubiyyətin dərki başlayıb. Bu dərkin də mərhələləri var: birinci mərhələdə qəbul etmir, inkar edir. Yadınızdadır, Ermənistan silahlı qüvvələrinin mətbuat katibi bütün faktları inkar edirdi. Biz Hadrutu azad edəndə inkar etdi, Füzulini götürəndə yenə inkar etdi, Cəbrayılı, Qubadlını, Zəngilanı azad edəndə də eyni oldu, “yalandır” dedi. Şuşada bayrağımızı sancanda, yenə də bunu inkar etdi. Bu, birinci mərhələləri idi – qəbul etməmək mərhələsi.

İkinci mərhələdə artıq reallığı deyir, ardınca da “itirmişəm, amma mən qayıdacam” deyir. Bu da məğlubiyyəti qəbul etməməyin başqa bir növüdür. Üçüncü mərhələ isə məğlubiyyəti artıq qəbul etməkdir, dərk etməkdir. Bu mərhələdə itirdiyini qəbul edir, onu da dərk edir ki, qaytara bilməyəcək. Beləliklə, gələcəyi planlayır. Ermənistan hələlik ikinci mərhələni yaşayır. Bir müddətdən sonra üçüncü mərhələni də yaşayacaq, məğlubiyyətin bütün acısını dadacaq. Ona görə ki, həm Azərbaycandan, həm Azərbaycanı dəstəkləyən, yanında olan dostlarından güclü zərbə alıb. Bu gün isə yüzillərlə Ermənistanı dəstəkləyən Rusiyanın əsgəri erməniləri Kəlbəcərdən qışqırda-qışqırda çıxarır. Onlar bunu dərk edəndə, çox şeyi dəyişəcəklər. Dəyişmək məcburiyyətindədirlər.

- Bayaq Dağlıq Qarabağın statusu məsələsinin gündəmdən çıxdığını dediniz. Maraqlıdır, ermənilər Dağlıq Qarabağda hansı statusla yaşayacaqlar?

- Əlbəttə ki, Azərbaycan vətəndaşı statusu ilə. Başqa söhbət ola bilməz. Hesab edirəm ki, bizim cəmiyyətin bəzi üzvləri də hələ qalibiyyəti tam dərk edə bilmirlər. Mən istəməzdim, belə müqayisə edim, amma ermənilər necə ki, məğlubiyyətlərini axıra kimi dərk etməyiblər, bizim bəzi insanlarımız da qələbəmizi dərk edə bilməyiblər. Başa düşmək lazımdır ki, Azərbaycan ərazi bütövlüyünü artıq bərpa edib. Bu gün Dağlıq Qarabağın statusu məsələsi artıq yoxdur. Əlbəttə, anlaşılandır, 30 ildir torpaqlarımız işğaldadır. İndi ərazilərimizin azad olunması yuxu kimi gələ bilər. Amma bu, həqiqətdir. Bundan sonra biz öyrəşməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Həm də bu, kağız üzərində yox, beynəlxalq sənədlərdə yox, reallıqda bərpa olunub. Belə olan halda, yəni, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində erməninin hansı statusu ola bilər? Erməniliyin, hansısa qondarma qurumun yox, erməninin şəxs olaraq hansı statusu ola bilər ki? Bir statusu ola bilər – Azərbaycan Respublikasının vətəndaşı statusu. Ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq vətəndaşlıq istəyərsə, Azərbaycanın Konstitusiyasını qəbul edərsə, o zaman Qarabağda yaşayacaqlar. Onlara heç bir problem yaradıla bilməz. Gəlsin yaşasın, əməyi ilə dolansın, dövlətimizin qanunlarına tabe olsun, hamı kimi ömrünü sürsün. Yox, qəbul etməyəcəksə, yaxşı mənada deyirəm, xoş getsin.

- Sülhməramlı demişkən, sülhməramlıların yerləşdirilməsi bir çox suallar yaradıb...

- Sülhməramlı qüvvələr Azəraycanın ərazi bütövlüyü çərçivəsində və Azərbaycanın içərisində erməniləri azərbaycanlılardan, azərbaycanlıları isə ermənilərdən qorumaq üçün buraya dəvət olunublar. Sülhməramlılar təhlükəsizliyi təmin etmək üçün buradadırlar, başqa niyyət yoxdur. Bəziləri bildirirlər ki, qoşun gətirildi, baza yaradıldı və s. Bu, tamamilə yanlış düşüncədir, kökündən səhv fikirlərdir. Sülhməramlıların başqa bir missiyası yoxdur. “Torpağı bizdən alırlar”, “torpağı bizə verirlər”, “hansısa status yaradırlar” kimi düşüncələr səhvdir. Cəmiyyət elə bilir ki, Qarabağ bizdə olmaya-olmaya, oraya ordu yeridilib. Anlamaq lazımdır ki, Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra sülhməramlılar gətirilib. Bunun da səbəbi təhlükəsizliyi təmin etmək, sülh missiyasını həyata keçirməkdir. Birinci mərhələdə azərbaycanlını ermənidən, ermənini də azərbaycanlıdan qoruyub-saxlamaq lazımdır. Hazırda müharibə yeni dayanıb, indi bu xalqların yanaşı yaşaması çətindir, uzun prosesdir. Yanaşı yaşamağa öyrəşmək üçün zaman lazımdır. Amma sülhməramlıların missiyasının da müddəti var. Öyrəşdikdən, birgə yaşamağa alışdıqdan, sülhməramlıya ehtiyac qalmadıqdan sonra onların missiyası başa çatacaq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT