"Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Pandemiya dövründə aztəminatlı Ailələrə Dəstək" layihəsini həyata keçirib.
"Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İB-nın sədri Mətanət Quliyevadan aldığımız məlumata görə təşkilat prezident İlham Əliyevin "Biz birlikdə güclüyük" şüarına dəstək olaraq layihəni pandemiya şəraitində aztəminatlı ailələrə yardım məqsədində yönəlib.
15 iyul-15 oktyabr aylarını əhatə edən layihə çərçivəsində Bakı şəhərində yaşayan 61 aztəminatlı ailəyə 50 azn dəyərində kuponlar paylanıb.
Ərzaq kuponu və maarifləndirici bukletlər təqdim edilən ailələr göstərilən yardıma görə dövlətimizin başçısına,şuraya və təşkilatımıza minnətdarlıqlarını çatdırıblar.
Zamantv.az