İcra hakimiyyətində məsul vəzifələrə "şoferlər,baytarlar" təyin olunur

22:25 26.10.2020 286
İcra hakimiyyətində məsul vəzifələrə "şoferlər,baytarlar" təyin olunur
Bu gün xalqımız sevincli və xürrəm əhval ruhiyyədədirlər. Şanlı ordumuzun hər gün əldə etdiyi qələbələr,əhalinin sevincini daha da yüksəldir. 30 ilə yaxın doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız,bu günə qədər min bir əzab-əziyyətlərə qatlaşaraq səbr edib bu günün həsrətilə yaşayıblar. İndi isə yağı düşməndən azad edilən torpaqlarımıza qayıdacaqları sayılı günlərin xəyalıyla yatıb dururlar. Bəli,bu sevinci xalqa yaşadan Ali Baş Komandan cənab İlham Əliyevdir. Xalqın uzun illərdən bəri qəlbində yaşatdığı Dağlıq Qarabağla olan xəyallarını,bir anda reallaşdıran məhz ölkə Prezidentidir. Amma əfsular olsun ki,xalqın sevincinə kədər qatan bir sıra məmurlarımız var ki,hələ də öz pessimist fikirlərindən əl çəkmirlər. İllərlə əzab-əziyyətə qatlaşan bir çox ali təhsilli və yüksək potensiala malik olan köçkün gənc oğlan və qızlarımız var ki,hələ də işsizlikdən əziyyət çəkirlər. Təəssüflər olsun ki,rayon İcra orqanları və digər qurumlarda vəzifələr "miras" kimi bir birlərinə ötürülür.

Təbii ki,bu cür hallar bütün rayon İcra orqanlarında baş verir. Amma bu gün barəsində bəhs edəcəyimiz orqan Cəbrayıl rayonuna aiddir. Bu günə qədər apardığım müşahidlərdən bu qənaətə gəlirəm ki,hansısa bir vəzifəyə təyin olunmaq üçün ya gərək yaxşı pulun olsun,ya da ki,mütləq şəkildə yüksək vəzifəli "dayday"ın. Bu iki halın heç biri olmadıqda,səni nə saya salan var,nə də ki,halınla maraqlanan. Bəli,bu acı bir həqiqətdir ki,mənim özüm və yaxınlarım,qeyd etdiyim halın qurbanlarıyıq. Bu gün məni tanıyanlar bilir ki,uzun illərdir jurnalist olaraq müstəqil fəaliyyətlə məşğulam. Bu illər ərzində hər zaman ölkədə və dünyada baş verən siyasi və ictimai məsələlərə laqeyd qalmayaraq öz subyektiv fikirlərimi bildirmişəm.

Bu məsələnin bir hissəsi. Digər məsələ isə ondan ibarətdir ki,Cəbrayıl rayon İcra hakimiyyəti rayon sakinlərinin sosial durumlarına laqeyd yanaşması və onların yaşam vəziyyətinin hansı səviyyədə olmasından birmənalı olaraq xəbərsizdir. Bu məsələ haqqında "DogruXeber.az" informasiya agentliyinin ötən buraxlışlarının birində qısa bəhs etmişdik. Bu gün isə çalışacağıq ki,qeyd etdiklərimiz barədə təfərrüatlı məlumatları diqqətinizə çatdıraq. Hələ Sovet hökumətinin vaxtında Cəbrayıl rayonunda ikinci yüksək vəzifə hesab olunan Aqrar İstehsalat Birliyinə rəhbərlik edən şəxsin hazırki İcra başçısı Kamal Həsənovun atası rəhmətlik İltifat Həsənovun olduğunu,yəqin ki,bir çoxlarınız yaxşı xatırlayırsınız. Bu gün isə sözügedən rayonun birinci şəxsi olan hörmətli K.Həsənov nədənsə rayon sakinlərinə ögey münasibətdədir.

Yuxarda qeyd etmişdik ki,bu rayonda vəzifələr bir birlərinə "miras" kimi ötürülür. Bəli,bu fikirlərimizi onunla isbat edə bilərik ki,rayon İcra hakimiyyətində müxtəlif vəzifələrdə çalışan bir çoxları,özlərindən sonra həmin vəzifəyə ya övladını,ya qohumunu,ya da ki,dostuna "vəqf" edirlər. Təbii ki,burada birinci şəxsin "şirinliyi" çatmaq şərti ilə. Bu,illərdir bu cür davam edib,edilir və çox ehtimal ki,bu cür də davam etdiriləcəkdir. Sizcə bələ olmalıdır?!

Bu gün rayon İcra hakimiyyətində elə şəxslər çalışır ki,bəlkə də rəhmətlik keçmiş İcra başçısı Mahmud Quliyevin zamanından bu günə qədər vəzifədədir. Xatirimə gəlir ki,hələ K.Həsənov yeni İcra başçısı təyin olunmuşdu,xeyir-dua üçün qəbulunda olduğum vaxt təklif etdim ki,hörmətli Kamal bəy,ali təhsilim var hüquq fakültəsini bitirmiş yüksək iş potensialına malik olan gənc bir kadram,bəlkə qurumunuzda müvafiq işlə məni təmin edəsiniz. Cavabı bilirsiniz nə oldu! Cavab çox sadə ,bəsit: "bütün şöbələr doludur mən kimi yerindən tərpədim?" Baxın,yeni təyin olunmuş rəhbərin verdiyi cavaba baxın! Halbuki,bildirməli idi ki,səbrli olun bütün şöbələrdə çalışan kadrları test edib hansı biliyə və hansı bacarığa malik olduqlarını müəyyən etdikdən sonra bir qərar verilər. Amma əfsuslar olsun ki,bu belə olmadı. Belə olmamasının səbəbi isə ondan irəli gəlir ki,rayon rəhbərinin özündə o potensial və idarəçilik yoxdur.

Gülünc mənzərədir ki,dünənə qədər şofer və baytar olmuş şəxslərə icra orqanında məsul işlər verilir. Bu hələ harasıdır ki,bu rayonun qara günə qalmış təhsil müəssisələrində texnikom qurtarmış və hətta iddialara görə ,satıcı işləmiş şəxslərə müəllimlik vəzifəsi verilib. Təbii ki,bunlar keçmiş Cəbrayıl Təhsil Şöbəsinin müdri rüşvətxor korrupsioner Validə Həsənovanın vaxtında baş vermiş işlərdir. Amma bu gün sadiq davamçısı olan RTŞ-nin müdri Zamiq Qurbanov bu cür eyiblərin üstünü məharətlə örtbastır etməyi bacarır. Təsəvvür edin ki,bir təhsil müəssisəsində çalışan ibtidai sinif müəllimi şagirdlərə hesablamanı kalkulyatorla hesablıyıb sonra izah edir. Bu məlumatı düşünməyin ki,kimdənsə eşitmişik, əsla !! Bu cür müəllimlər öz övladımıza dərs verən,müəllim adına layiq olmayan şəxslər olmuşdur. Bu məsələni hələ o vaxt sabiq TŞ-nin müdri V.Həsənovaya dedikdə,mənə bildirdi ki, "bilirəm,amma birşey edə bilmirəm. Nəsə söz deyəndə yüksək yerlərdən zənglər gəlir və mən də susub qalıram. "Bu rayonun bənzər "macera"ları saysız hesabsızdır amma bu haqda növbəti buraxlışlarımızda...

Dəyərli "DogruXeber.az" informasiya agentliyinin izləyiciləri,mətnin çoxluğunu nəzərə aldığımız üçün,hesab edirik ki,bu günki məlumatlarımız kifayət edər. Bu hələ son deyil..!!

Redaksiya hər bir halda söz haqlarını tanıyır:
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu