Erməni diasporu daxilində parçalanma: “Müharibə partiyası “kompromislər partiyası”na qarşı

13:48 22.10.2020 312
Erməni diasporu daxilində parçalanma: “Müharibə partiyası “kompromislər partiyası”na qarşı
Azərbaycanla Ermənistan arasında yaşanan hərbi konflikt Rusiyada ölkənin hansı mövqedə dayanması ilə bağlı emosional ziddiyyətlərin meydana gəlməsilə müşayiət olunur.

Bir faktı nəzərə alaq ki, münaqişə tərəfləri Rusiyada güclü və çoxsaylı diasporaya malikdir. O da faktdır ki, hazırda erməni diasporu daxilində parçalanma müşahidə edilir. Bir tərəf Rusiyanın Ermənistanın tərəfində münaqişəyə aktiv müdaxiləsini istədiyi halda, digər tərəf daha mötədil, kompromiss mövqedə dayanır.

Buna misal olaraq Vladimir Solovyovun televiziya verilişində erməni kinorejisor Karen Şaxnazarovun ziddiyyətli çıxışını göstərmək olar. Belə ki, həmin verilişdə Şaxnazarov bildirmişdi ki, Rusiyanın münaqişəyə müdaxilə etməsi üçün heç bir hüquqi əsas yoxdur. O həmçinin mövcud vəziyyətə real qiymət verməyə çağırıb: ”Rusiyanın ora öz ordusunu göndərməyə hansı əsaslar var? Genosid təhlükəsi? Bu iddia əsassızdır. Azərbaycan Prezidenti çıxışlarında qəti şəkildə bildirib ki, azərbaycanlılar və ermənilər bir yerdə yaşayacaqlar, Azərbaycan buna zəmanət verir”.

"Mosfilm” rəhbərinin sözlərinə görə, güzəştlərə getmək lazımdır. Bu məsələni inadkarlıqla həll etmək mümkün deyil:

”Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımır. Bu məsələlər güclə həll olunur- əgər Bakını almağa gücün varsa. Gücün yoxdursa, onda kompromis axtar. Güzəştə getmək lazımdır. İnadkarlıqla məsələni həll etmək mümkün deyil. Bütün mübahisəli əraziləri Azərbaycana verməklə problemi həll etmək olar, əslində onlar mübahisəli deyil, yəni mübahisəsizdir, bunu qəbul etməliyik və konkret olaraq orada yaşayan erməni əhalisi ilə bağlı məsələləri həll etməliyik”.

Şaxnazarovun mövqeyi rəsmi Moskvanın mövqeyilə üst-üstə düşür. Kinorejissor bununla sensasiya xarakterli heç nə deməyib. Sensasiya odur ki, Şaxnazarov ermənidir. Amma o erməni hökumətinin mövqeyini müdafiə etmək əvəzinə, ehtiyatsız yürüdülən siyasətə görə onu tənqid edir.

Onun bu fikirlərinə dərhal kənar reaksiyalar gəldi. "Erməni ittifaqı” saytına (https://sarinfo.org/news/novosti-sar/soyuz-armyan-rossii-karenu-shahnazarovu-pozhaluysta-ne-hodite-bolshe-na-politicheskie-tok-shou-k-solovevu.html) daxil olan müraciətlərdə bir daha Şaxnazarovdan açıq şəkildə belə fikirlər səsləndirməmək tələb olunub. Bu müraciəti edənlər kinorejisorun soy nəslini araşdıraraq, atası Georgi Şaxnazarovun Mixail Qorbaçovun Dağlıq Qarabağ konflikti üzrə müşaviri olarkən Moskvanın prosesə qarşımaması tərəfdarı olduğunu xatırladıblar.

Tanınmış kinorejisoru açıq şəkildə erməni xalqının maraqlarını satmaqda ittiham ediblər: "Sizin atanıza yaxın olan və "Qorbaçov Fondu”nda onunla bir otaqda çalışan A. M. Salmin öz memuarlarında yazırdı: "Mən qarabağlılardan dəfələrlə eşitmişəm ki, Şaxnazorovlar dəfələrlə Arsaxı satıblar- ilk dəfə XVIII əsrdə, ikinci dəfə isə XX əsrin sonlarında. Bu gün 18 yaşlı erməni əsgəri qeyri-bərabər döyüşdə nəinki sizin nəslin yaşadığı torpaqları, həmçinin Rusiya sərhədlərini beynəlxalq terrorçulardan qoruduğu bir zamanda, siz cənab Şaxnazarov, diasporaya, ermənilərin gücünə və potensialına inamsızlığınızı televiziya ekranından bu qədər nümayişkaranə şəkildə bölüşür və bunun əvəzinə Azərbaycan yazıçıları ilə həmrəylik göstərərək Artsaxı üçüncü dəfə satmağa çalışırsan".


Rusiyanın müharibəyə cəlb olunmasına çalışanlar arasında bu ölkədə yaşayan tanınmış erməni əsilli şəxslər də var. Oliqarx Ruden Vardanyanın Rusiya Prezidentinə müraciətini yada salaq. O nəinki Prezidenti, hətta onun başının üzərindən "hərbi-siyasi” rəhəbrliyi də bu münaqişəyə müdaxilə etməyə çağırıb. Rusiyada Ali Baş Komandanın xəbəri olmadan nəyəsə qərar verə biləcək bu rəhbərlik nədir? Yoxsa Vardanyan bunu bilmir?

Bu günlərdə üç Rusiya KİV rəhbərinin Rusiya Xarici İşlər nazirilə görüşü də göstərdi ki, ermənilərin "müharibə partiyası” qəti şəkildə hücuma keçir. Marqarita Simonyan və Roman Babayan ermənidir. Amma bizim üçün əsas onların etnik mənsubiyyəti deyil, əsas odur ki, onlar Rusiya jurnalistləridir, bu ölkənin dövlət KİV-lərinin rəhbərləridir. Nəhayət Rusiya vətəndaşlarıdırlar. Onlar Rusiyanın milli maraqlarını qorumalıdırlar.

Bunun müqabilində onlar jurnalistlərə xas şəkildə nazirə sual vermək əvəzinə, Sergey Lavrova açıq təzyiq etməklə ondanradikal açıqlamalar almağa çalışıblar. Marqarita Simonyan belə tezislə çıxış edib ki, Rusiya nə etməsindən asılı olmayaraq Qərb ona qarşı sanksiyalar tətbiq edəcək. Bu təsdiqlənməmiş tezislərilə xanım Simonyan Rusiyanın öz maraqlarını açıq şəkildə qorumağa keçməsinin vaxtı çatdığı qənaətinə gəlib. Məsələn, Donbasa açıq şəkildə qoşun yeritmək.

Həqiqətən, nəyə lazım bütün bu mərasimlər? Xarici İşlər Nazirliyi nə ilə məşğuldur, Rusiya Qərbi və onun bütün tərəfdarlarını niyə cəhənnəmə göndərmir?

Redaktorlar tərəfindən konfliktə açıq müdaxilə etməyə çağırış etmək - bu açıq təxribat və təhrikdir. Bu subardinasiyanın pozulmasıdır. Əvvəllər deyildiyi kimi, bu partiyanın ümimi xəttindən kənarlaşma deməkdir. Əvvəlki dövrlərdə buna görə cavab verməli olurdular. İndi isə başqa dövrdür. Hakimiyyətin yuxarı eşalonunda nizam-intizam əvvəlki səviyyədə deyil. Buna görə də erməni diasporasındakı parçalanma, onun müxtəlif nümayəndələri arasında ictimai çəkişmələrlə nəticələnir.

"Kompromislər partiyası”nın tərəfdarları təhqir olunur, amma onların mövqeyi ümumən Rusiyanın milli maraqlarına uyğun gəlir. "Müharibə partiyası” nümayəndələri isə Rusiyanın düşünülməmiş addımlar atmasına nail olmağa çalışmaqla özlərini aqressiv aparırlar.

Paradoks ondadır ki, Moskva həqiqətən Azərbaycanla Ermənistan arasındakı münaqişəyə aktiv şəkildə qoşularsa, böyük bir müharibəyə cəlb olunacaq. Nəinki Türkiyə ilə, hətta NATO ilə müharibə aparmalı olacaq. NATO ilə vaxtilə daha güclü hərbi və iqtisadi imkanlara malik Sovet İttifaqı belə hərbi savaşa girişməyib. NATO ilə açıq savaş isə regional, perspektivdə isə dünya müharibəsinə gətirəcək. Simonyanlar, Babayanlar, Vardanyanlar və onlar kimi Rusiyanın müharibəyə cəlb edilməsini istəyən digər müjdəçilər Üçüncü Dünya Müharibəsini alovlandırmağagörə məsuliyyət daşımağa hazırdırlarmı?

"Kimin üçün əlverişlidir” sualına gələrək burada Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamasına diqqət yetirək. Rusiya və digər dünya dövlətləri tərəfləri sülhə və kompromisə çağırdıqları bir vaxt Paşinyan bildirir ki, Qarabağ problemini ancaq əldə silahla həll etmək olar və bu müstəvidə o erməni xalqını sonadək mübarizə aparmağa çağırır.

Bu çağırışın məramı aydındır: "Onu devirmək istəyən hər kəs təslimçiliyə meyllilikdə ittiham edilsin. Paşinyan isə vaxtilə Hitlerin etdiyi kimi, sonadək mübarizə aparan lider kimi xatirələrdə qalsın.

Onun bu müraciəti tək Ermənkistan əhalisinə deyil, dünyada yaşayan ermənilərə də ünvanlanıb.Paşinyan dünya liderlərinə mütəmadi şəkildə zəng edərək onları münaqişəyə müdaxilə etməyə çağırır. O müharibəyə böyük dövlətləri cəlb etmək kursunu tutub.

Bu köhnə taktikadır - böyük dövlətləri bir-birilə savaşdırmaq, sonra isə daha güclünün tərəfinə keçmək. Aydın məsələdir ki, Paşinyan sonda Rusiya tərəfə meyllənəcək. O hakimiyyətə Corc Sorosun açıq dəstəyilə, inqilab yolu ilə gəlib. Soros isə Rusiyaya "simpatiyası” ilə tanınır. Və çoxdan məlumdur ki, harda Soros var, orada Qərbin xüsusi xidmət orqanlarının gizli əməliyyatları baş verir. Bu mənada Rusiyanlın böyük müharibəyə cəlb edilməsi - Sorosdan və onun arxasında dayanan qüvələrdən dəstək alan Paşinyanın ona ödədiyi borcdur.

Belədə, Rusiyanı münaqişəyə cəlb etməklə ermənilərin "müharibə partiyası” kimin dəyirmanına su tökür?/sfera.az/
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam