"Bu adamın fəaliyyətini araşdırsınlar" - GİLEY

10:11 22.05.2018 560
"Bu adamın fəaliyyətini araşdırsınlar" - GİLEY
Bir neçə gün bundan əvvəl Azinforum.az olaraq, vətəndaş Rüstəmov Kamil Tərlan oğlunun rastlaşdığı qanunsuzluqla bağlı bizə ünvanladığı videomüraciəti vermişdik. Vətandaşın redaksiyamıza təqdim etdiyi videomüraciətdə deyilir ki, onun qızı Rüstəmova Aylin Kamil qızı son bir il müddətində Bakı-Sumqayıt şosesinin kənarındakı , Xırdalan qəbirstanlığı ilə üzbəüz olan “Azer City” adlı supermaketdə kassir işləyib.
Şikayətçi bildirir ki, həmin marketin sahibi əslən Laçın rayonundan olan Əliyev Azər adlı şəxs onun qızının 2 ay yarımlıq əmək haqqını vermir:


“Səbəbini belə izah edir ki, mənim qızım nə vaxtsa 15 dəqiqə işə keçikib. Buna görə onun əmək haqqından 50 manat kəsmək istəyib. Qızım buna etiraz edəndə, onunla kobud danışıb. Nəticədə qızım çox ağır, stresli vəziyyətdə ağlıya-ağlıya evə gəlib. Mən dəfələrlə həmin marketin rəhbərliyinə müraciət etsəm də, qızımın halal maaşını ala bilmirəm. Sonuncu dəfə marketin müdiri Azər müəllimin yanında 16 may tarixində oldum. O, mənimlə çox kobud davrandı və bildirdi ki, qızım 15 dəqiqə işə keçikməklə ona min manat ziyan vurub. Mən bilirəm ki, bunların hamısı bəhanədir. O, sadəcə mənim qızımın alın zəhməti ilə qazandığı pulu mənimsəmək istəyir. Siz təsəvvür edin ki, mənim qızım əvvəl işə səhər saat 7-də gedib, axşam 11-də çıxırdı. Bu 16 saat edir. Belə iş rejimi harda var? Bu, birbaşa Əmək Məcəlləsinin tələblərinin pozulması anlamına gəlir. 16 saatlıq gərgin işə görə, ona 400 manat əmək haqqı verirdilər. Mən gedib etiraz etdim, bundan sonra qızım 200 manat maaş müqabilində səhər saat 7-dən günorta saat 2-yə kimi işləməyə başladı. Mən Azər Əliyevin bu özbaşınalığına görəndən sonra, rəsmi qurumlara şikayət etmək qərarına gəldim. Həmin zaman qızım mənə dedi ki, onunla market arasında heç bir əmək müqaviləsi bağlanmayıb. Demək ki, mənim qızım bir il müddətində orada rəsmiləşdirilmədən çalışıb”.

Şikayətçi bildirir ki, Azər Əliyev son söz olaraq ona deyib ki, hara istəyirsə şikayət etsin, bir qəpik də olsun pul verən deyil:
“Biz hüquqi dövlətdə yaşayırıq. Bu adam nəyə arxayındır ki, belə dərəbəylik edir? Mən bütün Kütləvi İnformasiya Vasitələrindən xahiş editrəm ki, bu məsələni ictimailəşdirsinlər. Üzümü rəsmi dövlət qurumlarına tutub, xahiş edirəm ki, bu adamın fəaliyyətini araşdırsınlar. Necə ola billir ki, həmin marketdə işçilər əmək müqaviləsi olmadan çalışırlar. Azər Əliyev mənə deyir ki, o, 15 dəqiqəyə min manat qazanır. Maraqlıdır, həmin marketdə nə satılır ki, belə yüksək qazanc əldə olunur? Mən öz hüquqlarımı bütün qanuni vasitələrdən istifadə edərək qoruyacam və əminəm ki, haqq-ədalət öz yerini tapacaq”.

Sözügedən marketin rəhbərliyi barələrində səslənən iddialara aydınlıq gətirib. Marketin rəhbərliyində təmsil olunan Habil adlı şəxs Criminal.az saytına bildirib ki, həmin işçi öz istəyi ilə işdən çıxıb. Onun sözlərinə görə, Aylin Rüstəmova işə dəfələrlə gecikirdi və buna görə ona xəbərdarlıq edildi:
”İradımızı bildirən günün səhərisi o işə gəlmədi. Onu işdən biz çıxarmamışıq. Həmin adamın işdəki yeməkdən zəhərlənməsi də boş söhbətdir. Biz hər gün işçiyə yaxşı yemək bişirməsi üçün aşbazla dava edirik. Çünki işçilərin çox vaxtı burda olur və gün ərzində iki dəfə yemək yeməli olurlar. Bu sözləri deməklə nə məqsəd daşıdıqlarını deyə bilmərəm”.
Biz Kamil Rüstəmovla əlaqə saxlayıb vəziyyətin nə yerdə olduğu ilə maraqlandıq. O, bildirdi ki, hadisənin üstündən bir həftə keçməsinə baxmayaraq, Azər adlı market rəhbəri onun qızının halal maaşını vermək istəmir: “Mən onların mediaya verdiyi açıqlama ilə tanış oldum. Bəli, mənim qızım oradakı dözülməz rəftar və şəraitə etiraz əlaməti olaraq, işdən könüllü çıxıb. Bunun səbəbləri araşdırılmalıdır. Niyə market rəhbərliyi işçinin maaşını vermədikləri ilə bağlı bir kəlmə də olsun danışmır? Görün dərəbəylik nə həddə çatıb ki, onlar insanları işlədib 2 ay yarımlıq maaşını belə vermirlər. Üstəlik də deyirlər ki, gedin kimə istəyirsiniz şikayət edin. Artıq bu vəziyət mənim üçün yalnız bir maaş tələbini anlamını daşımır. Biz bu cür adamlara qanunun gücünü göstərməliyik ki, sonrakı davranışlarına diqqət etsinlər. Bu gün Azər adlı şəxsin əmələri ilə bağlı vergi orqanlarına, əmək müfətişliyinə, polisə və prokurorluğa rəsmi şikayət ünvanlamışam. Əminəm ki, onun özbaşınalığına lazımi hüquqi qiymət veriləcək”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY