Qarabağla bağlı baza prinsipləri nədir? – 6 bəndlik sənəd

13:56 10.10.2020 349
Qarabağla bağlı baza prinsipləri nədir? – 6 bəndlik sənəd
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvadakı məsləhətləşmələrin nəticəsi olaraq əldə edilən atəşkəs razılaşması müharibənin bitdiyi kimi təqdim edilir.

Dünəndən etibarən sosial şəbəkələrdə artıq döyüşlərin dayandığı və münaqişənin yenidən “sülh danışıqları” adı altında uzanacağı barədə iddialar səsləndirilir. Halbuki 10 oktyabr saat 12.00 üçün nəzərdə tutulan atəşkəs razılaşması döyüş meydanında qalan cəsədlərin dəyişdirilməsi məqsədi daşıyır. Yəni, bu, müvəqqəti atəşkəs hesab edilə bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin dünən xalqa müraciətində sərt ritorikadan istifadə etməsi münaqişənin yenidən sıfır nöqtəsinə qayıdacağını istisna edir. Ölkə başçısı növbəti dəfə açıq şəkildə bəyan edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır. İlham Əliyevin çıxışında ən önəmli məqam artıq şüara çevrilmiş “Qarabağ Azərbaycandır” fikrini bir daha xüsusi vurğu ilə təkrarlamasıdır. Ölkə başçısının danışıqlardan əvvəl bu fikrini təkrarlaması Azərbaycan Ordusunun Qarabağda əks-hücum əməliyyatının davam edəcəyinə ümidləri artırıb.

Türkiyə mediası da əldə olunan atəşkəs razılaşmasını “cənazə atəşkəsi” kimi təqdim edib. Ankaranın Dağlıq Qarabağ məsələsində artıq özünü tərəf kimi aparması bəllidir. Ona görə də bu ölkənin nüfuzlu, siyasi rəhbərliyə yaxın media quruluşlarının atəşkəs razılaşmasını “cənazə atəşkəsi” kimi təqdim etməsi təsadüfi sayıla bilməz.

Xarici İşlər nazirlərinin görüşündə əldə olunan razılıqlardan biri də danışıqların baza prinsipləri əsasında davam etdirilməsidir. Bu, əlbəttə ki, İlham Əliyevin dediyi kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasından sonra baş tuta bilər. Bəs münaqişənin həllinə dair baza prinsipləri hansılardır?

Söhbət 2009-cu ilin iyul ayında “Böyük səkkizlər”in (G8) İtaliyanın Akvil şəhərində keçirilən zirvə toplantısında Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatında əks olunan prinsiplərdən söhbət gedir. Həmin prinsiplər aşagıdakılardır:

1. Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması;

2. Dağlıq Qarabağa onun təhlükəsizliyini və özünüidarəetməsini təmin edəcək müvəqqəti statusun verilməsi;

3. Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması;

4. Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan öz iradəsini ifadəetmə yolu ilə müəyyənləşdirilməsi;

5. Bütün məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qaytarılması;

6. Sülhməramlı əməliyyat da daxil olmaqla, beynəlxalq təhlükəsizlik təminatları.

2010-cu ilin iyununda Kanadada (Muskoka) keçirilən G8 zirvəsində həmsədr ölkə prezidentlərinin bəyanatında bu çərçivə bir daha təkrar edilib. Həmin il dekabrın 1-də Astanada keçirilən ATƏT sammitində isə həmsədr ölkə liderləri ilə Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanata imza atıblar. Bəyanatda münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, eləcə də ABŞ, Rusiya, Fransa prezidentlərinin Akvill və Muskoka bəyanatları əsasında həllinə bağlılıq ifadə olunub.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY