Impera
XƏBƏR LENTİ
16:13Xankəndidə silah anbarı məhv edildi - VİDEO16:11Şuşa tezliklə azad ediləcək - AÇIQLAMA11:56Azərbaycan ordusu Bərdəni atəşə tutan “Smerç”i məhv etdi11:55Ərdoğanın “qırmızı xətti”11:52İlham Əliyevin Şuşadakı fotosunun tarixi (FOTO)11:43"Çox"larını narahat edən "F-16" - hansı ölkələrdə var və üstünlükləri11:42“Dedi ki, ş̧əhid olsam, başımın ucalığıdır” - Arəstə Baxışovanın anası - VİDEO11:39Birinci vitse-prezidentin köməkçisindən Laçınla bağlı paylaşım - VİDEO11:36Haqqında cinayət işi açılan rusiyalı jurnalist yenidən Xankəndinə qayıtdı11:34“Caliber” cəbhədəki son vəziyyəti şərh edir - VİDEO21:25"Pandemiya dövründə aztəminatlı ailələrə dəstək" layihəsi həyata keçirilib11:48Ermənistan mətbuatı Sərdar Ortacı Qarabağda “öldürdü” - FOTO11:47Gürcüstanda daha 1709 nəfərdə koronavirus aşkarlanıb11:46Hacıqabulda 15 yaşlı atlını yük avtomobili vurub11:45Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bərdəyə raket hücumu ilə bağlı bəyanat yayıb11:44MN: "Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir"11:40"Qarabağın taleyi masada deyil, döyüşdə həll olunur"11:39Şuşa boşaldılır11:37Sumqayıtda xüsusi əməliyyat keçirildi11:32Azərbaycan neftinin qiyməti 39 dollara düşüb11:3114 yaşlı məktəbli gizlicə uşaq doğdu, körpəni soyuducuda gizlətdi - FOTO11:26İnsanlar haqqında bilmədiyimiz maraqlı faktlar !11:22Bugünün Bürclərindən xəbəriniz var? - 29.10.2020 (29 Oktyabr 2020 Günlük Bürclər)11:13Ermənistanda bir gündə 29 nəfər COVID-19-dan ölüb14:18İlham Əliyev “İnterfaks”a müsahibə verdi14:18İlham Əliyev “İnterfaks”a müsahibə verdi14:16Şuşada döyüşlər gedir – Erməni mediası14:11Azərbaycanda iki şirkət ləğv olunur14:09“Azərsun Holdinq”in qəzəb yaradan qiymət artımı: - Buna hüququ varmı?14:08Ordumuza məxsus PUA vurulmayıb - RƏSMİ12:08Düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların yeni görüntüləri yayıldı - VİDEO12:04“İlham Əliyevin dünya miqyaslı siyasi oyunçuya çevrildiyi göz önündədir” - Cümşüd Nuriyev12:03Erməni təxribatları nəticəsində ölənlərin sayı AÇIQLANDI11:47Tanınmış bacılar izləyiciləri ilə birgə Gəncəyə 84 000 manat yardım topladı16:17Rafael Ağayev: "Elə gün olub ki, bizim evdə çörək olmayıb. Quru çörəyi suya batırıb, yemişik"16:15“Azərbaycan Ordusu Laçına yaxınlaşır” - Rusiyalı ekspert16:13“Biz divanə deyilik ki, Rusiyanı təktərəfli sevək” - deputat16:10Çeçenistan müftisindən Makrona sərt sözlər: “Bir nömrəli terroçusan”16:07Krımdan Qarabağa muzdlu döyüşçülər gəldi - FOTO16:03Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur - Müdafiə Nazirliyi16:01Azərbaycan Ordusu Laçına yaxınlaşır15:58Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir - Belə deyirlər...15:56"Türkiyə Fransaya aldığından daha çox mal satır" - ekspert15:55Samir Şərifovun adından yayılan məktub Ermənistanın növbəti təxribatıdır - Nazirlik15:53Paşinyanın məşhur “Kokeyşn Büro”su və tarixi həqiqətlər - SƏNƏD15:51Bir nazirlik kəndini işğaldan azad edir... sevindirir, digər nazirlik isə... - GİLEY15:50Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur - Müdafiə Nazirliyi15:48Vətən Müharibəsi: Əsrə bərabər ay - TƏHLİL15:45Müdafiə Nazirliyi daha bir məlumat yaydı15:42Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi ilə bağlı qayda dəyişir14:59"Erməni qadınlar ərlərini döyüşə getməyə razı salmaq üçün...”12:56Ramiz Mehdiyev Ağalar Vəliyevi özünə partnyor seçdi - Milyon yarımlıq tender12:55Paşinyan həyat yoldaşını Qarabağa döyüşə göndərir12:53Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni təyinatlar12:51İşğaldan azad edilən Qubadlı şəhəri - VİDEO12:45Sahibə Qafarovaya ağır itki22:30Ermənilər “fake” videoları necə hazırlayır? - VİDEO22:25İcra hakimiyyətində məsul vəzifələrə "şoferlər,baytarlar" təyin olunur22:16Azərbaycana dəstək verdiyi üçün həbs edildi22:13Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - VİDEO22:12Ermənistan təyyarələri Rusiyadan bir ucdan silah daşıyır21:51Erməni əsgərlər arasında mübahisə düşdü — Mövqeləri tərk etdilər (VİDEO)21:49Son dəqiqə! Azərbaycan tərəfi əsir və girovlarla bağlı məlumat yaydı13:10Trampın Qarabağ açıqlamasına Rusiyadan reaksiya13:04Prezident İlham Əliyev xalqa müraciət edir - CANLI13:00Rəsmi Moskvadan Türkiyəyə çağırış12:58İgid əsgərlərimiz Laçının Səfiyan kəndindədir12:57Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Solntsevlə vida mərasimi keçirilir13:30Erməni saytlarında "Qarabağ Azərbaycandır!" şüarı12:47Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir12:43Prezident: “Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq”12:52Pulu çox, şərəfi az olan erməni biznesmen Azərbaycana sərsəm təkliflə çıxış etdi12:49Lokmagezyan: "Türkiyədə ermənilərə nifrət indi hər zamankındən daha güclüdür" - Köçün, gedin, sizi heç kim saxlamır12:40Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi yalandır12:14Cənubi Koreyada 32 nəfər qripə qarşı peyvənd olunduqdan sonra öldü12:13Kolumbiyada asma körpü çökdü: Ölənlər var12:12Yaralı və şəhid olmuş hərbçilərin ödənişləri necə təmin olunur? - AÇIQLAMA12:11Deputat: “Azərbaycan könüllüləri, işğaldan azad olunmuş ərazilərin bərpasına hazırlaşın!”12:11Deputat: “Azərbaycan könüllüləri, işğaldan azad olunmuş ərazilərin bərpasına hazırlaşın!”12:10Fransada erməni lobbisinə böyük zərbə: Cəbhədə düşmən təxribatı ilə bağlı reportaj yayımlandı - VİDEO12:07Mikayıl Cabbarov İran rəsmisi ilə Xudafərini müzakirə etdi - FOTO12:05Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - VİDEO12:04Azərbaycanın iki böyük şirkəti ordumuza dəstək üçün birləşdi12:03Keçmiş erməni deputat məhv edildi12:02“Qarabağın məşhur müəllimləri” - Süleyman Sani Axundov11:59Bugünün əhəmiyyətli bürcləri! 23 Oktyabr 2020-cu il.11:57İnsanlar haqqında bilmədiyimiz maraqlı faktlar15:52İlham Əliyev: “Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivi çox uzaqdır”14:15İtlərlə müsəlmanları bir tutan kafe sahibinə Mayk Taysondan ağır dərs - VİDEO14:13"Elmar Vəliyev heç özünü tanımır" - Vəkilindən Açıqlama14:08Azərbaycan “İti qovan” PUA-larının istehsalına başladı - FOTO14:00General-leytenant uğurlu Zəngilan əməliyyatından danışdı13:59Erməni mətbuatı Sərdar Ortacın hərbi geyimli şəklini paylaşıb, "Azərbaycan hərbiçisini öldürdük" yazdı - FOTO13:55Əriştədən bir ailənin 9 üzvü öldü13:54SON DƏQİQƏ: Düşmən Qəbələyə "Skad" raketi atdı - Evlər dağılıb, yaralı var13:52Ermənilər Qarabağda məhv edilən əsgərlərini kütləvi şəkildə dəfn edir - FOTO13:50Vaqif Əsədova ağır itki - Oğlu vəfat etdi - FOTO13:48Erməni diasporu daxilində parçalanma: “Müharibə partiyası “kompromislər partiyası”na qarşı13:06Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi - TƏCİLİ15:51Rayonun sevincinə kədər qatan kimlərdir?!
BÜTÜN XƏBƏRLƏR

Həqiqi qazilər cəbhəyə üz tutur, saxta “qazi”lər isə dövlətin mülkünü zəbt edir

23 Eyl 2020, 16:01   
Həqiqi qazilər cəbhəyə üz tutur, saxta “qazi”lər isə dövlətin mülkünü zəbt edir
Azərbaycanda müəyyən adlar, titullar var ki, cəmiyyətdə bir dəyər kimi qiymətləndirilir, ehtiram göstərilir. Məsələn Qarabağ müharibəsi qaziləri, şəhid ailələri, müharibə əlilləri dövlət tərəfindən tam qayğı ilə əhatə olunub, əhali arasında da bu şəxslərə böyük hörmət göstərilir. Lakin bəzi saxtakarlar dövlət qurumlarında və ictimaiyyət arasında Qarabağ qazilərinə göstərilən dərin hörmət hissindən sui-istifadə etməyə çalışırlar. Onlar saxta sənədlər, yalan məlumatlar təqdim edərək qanunsuz əməllərinə göz yumulmasını tələb edirlər.

“Report”un məlumatına görə, düşmənlə təmas xəttindən həyəcanlı xəbərlərin gəldiyi bu günlərdə gerçək döyüşçülər, həqiqi veteranlar cəbhəyə üz tutur, ordumuzun, əsgərlərimizin yanında olmağa çalışır, onlarla çiyin-çiyinə vuruşmağa can atırlar. Lakin bəzi saxtakarlar isə müharibə veteranı adından istifadə edib Bakıda xalqın torpağını zəbt edib, özünə biznes qurmaq haqqında planlar cızır.

Qarabağ, Vətən, Torpaq, Bayraq, Şəhid, Qazi kimi hər bir Azərbaycanlı üçün müqəddəs hesab olunan məfhumlardan istifadə edib özünə “biznes” quranlardan biri də Məmmədov Bəxtiyar Lətif oğludur. Milli qəhrəman, ikinci qrup əlil olduğunu deyən Bəxtiyar Məmmədov özünü qanunların fövqündə xüsusi imtiyazlı şəxs hesab edir. Maklerliklə məşğul olan Bəxtiyar Məmmədov qanunsuz tikinti işlərinə də pul müqabilində havadarlıq edir.

Məsələn Sadiqov Tofiq Orucəli oğlu Biləcəri qəsəbəsində 500 mm-lik Şirvan-Böyükşor neft kəmərinin 10 metrliyində 4 sot boş torpaq sahəsini zəbt edib. O Biləcəri Bələdiyyəsindən aldığı saxta sənədləri əsas gətirərək burada ev tikmək istəyir. Lakin qanunvericiliyə əsasən neft kəmərindən minimum 50 metr məsafədə hər hansı tikinti işlərinin aparılması qadağandır. Elə buna görə də SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları Tofiq Sadiqova zəbt etdiyi ərazidə tikinti işlərinin aparılmasına icazə vermir. Bundan sonra Tofiq Sadiqov Bəxtiyar Məmmədova müraciət edib. Bəxtiyar Məmmədov isə “Qarabağ qazisi” adından istifadə etməklə hay-küy salaraq, qalmaqal yaradaraq tikintini başa çatdıracağını deyib, bunun müqabilində isə Tofiq Sadiqovdan 4 min manat pul alıb.

Mühafizəçilər tərəfindən sentyabrın 19-da zəbt olunan torpaq sahəsində təməlqoyma işlərinin aparıldığı aşkarlanıb. Özünü tikintinin sahibi kimi təqdim edən Bəxtiyar Məmmədov nümayişkəranə şəkildə heç bir sənədinin olmadığını, “Qarabağ qazisi” olduğunu bildirib və buna görə də onun qanunsuz tikintisinə göz yumulmasını tələb edib.

“Mən bu torpaq uğrunda can qoymuşam, erməni generalın başını gətirmiş adamam, kimsə gəlib buradan bir dənə daş götürərsə, and olsun Allaha, onun qollarını qıraram” – deyə mühafizəçiləri və polis əməkdaşlarını təhdid edib.

Əslində, torpaq uğrunda həqiqətən can qoyan oğullar yeri gəldi-gəlmədi bu kəlməni dilinə gətirməz. Kim ki, müharibə veteranıyam deyib yaxasını cırırsa, buna görə nəsə tələb edirsə, həmin insanların səmimiyyətinə şübhə ilə yanaşmaq lazımdır. Ehtimalımız özünü doğrultdu, az qala hər sözünün əvvəlində “torpaq uğrunda can qoymuşam” deyən Bəxtiyar Məmmədovun müharibə veteranı adından istifadə edən saxtakar olduğu ortaya çıxdı. Müharibə vaxtı 15-16 yaşı olan Bəxtiyarın döyüşlərdə iştirak etməsi heç də inandırıcı görünmür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumat da bunu təsdiq etdi. Belə ki, “Sosial ödənişlər” alt sistemində Bəxtiyar Məmmədovla bağlı heç bir məlumatın olmadığı bildirildi. Halbuki o həqiqi müharibə veteranı olsaydı, 80 manat təqaüd alardı və onun adı mütləq sistemə daxil edilərdi.

Bəxtiyar Məmmədov öz çirkin əməllərinə anasını da alət edib. Belə ki, o “toxunulmaz” şəxs imicini gücləndirmək üçün qardaşının müharibədə şəhid olduğunu bildirir, bunun təsdiqi kimi də anası üçün düzəltdirdiyi saxta vəsiqəni təqdim edir. Lakin Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyindən bu vəsiqənin saxta olduğu, onun seriya nömrəsinin başqa bir şəhid ailəsinə məxsus olduğu bildirilib.

Bəxtiyar Məmmədov müharibə veteranı adından başqa, müxtəlif qeyri-hökumət təşkilatlarının üzvü olmasından da istifadə edir. O özünün ictimai fəal obrazını yaratmaqla qanunsuz əməllərinin üstünü örtməyə çalışır. Əslində isə o ictimai fəal yox, cinayətkardır. Araşdırmamız zamanı məlum oldu ki, o 2019-cu ildə xeyli miqdarda ziyan vurmaqla törətdiyi dələduzluq əməlinə görə həbs olunub. Onun hazırda komendaturada qeydiyyatda olduğu təxmin edilir, şərti məhkumluq müddəti isə 2021-ci ilin fevral ayında bitir.

Görünən odur ki, Bəxtiyar Məmmədov uzun müddətdir planlı şəkildə saxta vəsiqələr, qanunsuz sənədlər düzəldərək insanları, dövlət orqanlarının əməkdaşlarını aldatmağa çalışır. O törətdiyi bir cinayət əməlinə görə cəzası bitməmiş başqa cinayətlər törədir. Bütün bunlar onu deməyə əsas verir ki, Bəxtiyar Məmmədovun azadlıqda qalması cəmiyyət üçün böyük təhlükə mənbəyidir.
OXŞAR MÖVZULAR