Impera
XƏBƏR LENTİ
14:18İlham Əliyev “İnterfaks”a müsahibə verdi14:18İlham Əliyev “İnterfaks”a müsahibə verdi14:16Şuşada döyüşlər gedir – Erməni mediası14:11Azərbaycanda iki şirkət ləğv olunur14:09“Azərsun Holdinq”in qəzəb yaradan qiymət artımı: - Buna hüququ varmı?14:08Ordumuza məxsus PUA vurulmayıb - RƏSMİ12:08Düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların yeni görüntüləri yayıldı - VİDEO12:04“İlham Əliyevin dünya miqyaslı siyasi oyunçuya çevrildiyi göz önündədir” - Cümşüd Nuriyev12:03Erməni təxribatları nəticəsində ölənlərin sayı AÇIQLANDI11:47Tanınmış bacılar izləyiciləri ilə birgə Gəncəyə 84 000 manat yardım topladı16:17Rafael Ağayev: "Elə gün olub ki, bizim evdə çörək olmayıb. Quru çörəyi suya batırıb, yemişik"16:15“Azərbaycan Ordusu Laçına yaxınlaşır” - Rusiyalı ekspert16:13“Biz divanə deyilik ki, Rusiyanı təktərəfli sevək” - deputat16:10Çeçenistan müftisindən Makrona sərt sözlər: “Bir nömrəli terroçusan”16:07Krımdan Qarabağa muzdlu döyüşçülər gəldi - FOTO16:03Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur - Müdafiə Nazirliyi16:01Azərbaycan Ordusu Laçına yaxınlaşır15:58Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir - Belə deyirlər...15:56"Türkiyə Fransaya aldığından daha çox mal satır" - ekspert15:55Samir Şərifovun adından yayılan məktub Ermənistanın növbəti təxribatıdır - Nazirlik15:53Paşinyanın məşhur “Kokeyşn Büro”su və tarixi həqiqətlər - SƏNƏD15:51Bir nazirlik kəndini işğaldan azad edir... sevindirir, digər nazirlik isə... - GİLEY15:50Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur - Müdafiə Nazirliyi15:48Vətən Müharibəsi: Əsrə bərabər ay - TƏHLİL15:45Müdafiə Nazirliyi daha bir məlumat yaydı15:42Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi ilə bağlı qayda dəyişir14:59"Erməni qadınlar ərlərini döyüşə getməyə razı salmaq üçün...”12:56Ramiz Mehdiyev Ağalar Vəliyevi özünə partnyor seçdi - Milyon yarımlıq tender12:55Paşinyan həyat yoldaşını Qarabağa döyüşə göndərir12:53Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni təyinatlar12:51İşğaldan azad edilən Qubadlı şəhəri - VİDEO12:45Sahibə Qafarovaya ağır itki22:30Ermənilər “fake” videoları necə hazırlayır? - VİDEO22:25İcra hakimiyyətində məsul vəzifələrə "şoferlər,baytarlar" təyin olunur22:16Azərbaycana dəstək verdiyi üçün həbs edildi22:13Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - VİDEO22:12Ermənistan təyyarələri Rusiyadan bir ucdan silah daşıyır21:51Erməni əsgərlər arasında mübahisə düşdü — Mövqeləri tərk etdilər (VİDEO)21:49Son dəqiqə! Azərbaycan tərəfi əsir və girovlarla bağlı məlumat yaydı13:10Trampın Qarabağ açıqlamasına Rusiyadan reaksiya13:04Prezident İlham Əliyev xalqa müraciət edir - CANLI13:00Rəsmi Moskvadan Türkiyəyə çağırış12:58İgid əsgərlərimiz Laçının Səfiyan kəndindədir12:57Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Solntsevlə vida mərasimi keçirilir13:30Erməni saytlarında "Qarabağ Azərbaycandır!" şüarı12:47Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir12:43Prezident: “Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq”12:52Pulu çox, şərəfi az olan erməni biznesmen Azərbaycana sərsəm təkliflə çıxış etdi12:49Lokmagezyan: "Türkiyədə ermənilərə nifrət indi hər zamankındən daha güclüdür" - Köçün, gedin, sizi heç kim saxlamır12:40Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi yalandır12:14Cənubi Koreyada 32 nəfər qripə qarşı peyvənd olunduqdan sonra öldü12:13Kolumbiyada asma körpü çökdü: Ölənlər var12:12Yaralı və şəhid olmuş hərbçilərin ödənişləri necə təmin olunur? - AÇIQLAMA12:11Deputat: “Azərbaycan könüllüləri, işğaldan azad olunmuş ərazilərin bərpasına hazırlaşın!”12:11Deputat: “Azərbaycan könüllüləri, işğaldan azad olunmuş ərazilərin bərpasına hazırlaşın!”12:10Fransada erməni lobbisinə böyük zərbə: Cəbhədə düşmən təxribatı ilə bağlı reportaj yayımlandı - VİDEO12:07Mikayıl Cabbarov İran rəsmisi ilə Xudafərini müzakirə etdi - FOTO12:05Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - VİDEO12:04Azərbaycanın iki böyük şirkəti ordumuza dəstək üçün birləşdi12:03Keçmiş erməni deputat məhv edildi12:02“Qarabağın məşhur müəllimləri” - Süleyman Sani Axundov11:59Bugünün əhəmiyyətli bürcləri! 23 Oktyabr 2020-cu il.11:57İnsanlar haqqında bilmədiyimiz maraqlı faktlar15:52İlham Əliyev: “Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivi çox uzaqdır”14:15İtlərlə müsəlmanları bir tutan kafe sahibinə Mayk Taysondan ağır dərs - VİDEO14:13"Elmar Vəliyev heç özünü tanımır" - Vəkilindən Açıqlama14:08Azərbaycan “İti qovan” PUA-larının istehsalına başladı - FOTO14:00General-leytenant uğurlu Zəngilan əməliyyatından danışdı13:59Erməni mətbuatı Sərdar Ortacın hərbi geyimli şəklini paylaşıb, "Azərbaycan hərbiçisini öldürdük" yazdı - FOTO13:55Əriştədən bir ailənin 9 üzvü öldü13:54SON DƏQİQƏ: Düşmən Qəbələyə "Skad" raketi atdı - Evlər dağılıb, yaralı var13:52Ermənilər Qarabağda məhv edilən əsgərlərini kütləvi şəkildə dəfn edir - FOTO13:50Vaqif Əsədova ağır itki - Oğlu vəfat etdi - FOTO13:48Erməni diasporu daxilində parçalanma: “Müharibə partiyası “kompromislər partiyası”na qarşı13:06Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi - TƏCİLİ15:51Rayonun sevincinə kədər qatan kimlərdir?!12:08Bürclər bu günümüz üçün nə xəbər verir? 21 Oktyabr 2020-cu il.12:03Bunları bilmək maraqlıdır!10:54Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib10:53Pakistanın konsulluğunun qarşısında sıxlıqdan 12 nəfər ölüb, 12 nəfər yaralanıb10:52Müdafiə Nazirliyi: Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb10:50Ermənistan prezidenti Brüsselə gedib10:48“Barselona”dan dörd yeni müqavilə - FOTO10:47Tramp çıxılmaz vəziyyətə düşdü - VİDEO10:46Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü10:45Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi nisbətən sabit qalıb10:44Hikmət Hacıyevdən özünü sülhsevər göstərən Sarkisyana SƏRT REAKSİYA - FOTO15:29Zəngilan şəhəri və bu kəndləri işğaldan azad edildi - Prezident açıqladı11:24Azərbaycan XİN rəhbəri Mustafa Şəntopla görüşüb - VİDEO11:23Ceyhun Bayramov pakistanlı həmkarı ilə Qarabağı müzakirə etdi - FOTO11:22Rusiyada şəhərdə gəzən nəhəng ayı qorxu yaratdı - VİDEO11:21Elnur Allahverdiyev: “Yerevanda Rusiya bayrağının yandırılıb ayaqlar altına salındığını kim unudub?”11:17Cavad xanın nəslinin davamçısı Ermənistana sərt çağırış etdi - FOTO11:16Milli Məclisin iclası başladı - CANLI YAYIM11:14Ağcabədi sakini qardaşı oğluna ağır xəsarət yetirdi11:13Energetika naziri: “Son 10 ildə elektrik enerjisinin istehsalı 40% artıb”11:11Prezidentin uzaqgörən siyasəti - “Xudafərin” və “Qız Qalası” su bəndi11:01Düşmənin bu gecə məhv edilən texnikaları - SİYAHI10:54Ərdoğan Azərbaycanla bağlı nazirləri toplayır10:53Aprel döyüşlərində iştirak etmiş daha bir erməni məhv edildi - FOTO
BÜTÜN XƏBƏRLƏR

Goranboyda nələr baş verir? - İDDİA

22 Eyl 2020, 09:37   
Goranboyda nələr baş verir? - İDDİA
Goranboy elə günlərini yaşayır ki, mərkəzi hakimiyyət yerli idarəetmə orqanını təğyiri-libas olan məmurları ilə təftiş etməlidir.
Çünki rayon icra hakimiyyətini və başçısı Məhərrəm Quliyevi qoruyan kurator – prezident köməkçisi Zeynal Nağdəliyev ya hər şeyi ört-basdır etməyə çalışır, ya da olanlardan bixəbərdir.
Məlumata görə, Goranboyun icra başçısı Məhərrəm Quliyev rayonda gestapo rejimi yaradıb. Onun fəaliyyəti bütünlüklə dövlətin yeni idarəçilik sisteminə qarşıdır.

Gestapo, narazılıq, saymazlıq…

Bu işdə I müavin Ceyhun Həsənovun Məhərrəm Quliyevə xüsusi dəstəyini qeyd etmək lazımdır.
Amma rayon rəhbərliyi unudur ki, onların fəaliyyəti əyalət adamlarını mərkəzi hökumətdən narazı salmaqdır.
Bu siyasət regionlarda yenidən gərginliyi artırır, məmur özbaşınalığı vətəndaşla hakimiyyəti üz-üzə qoyur.
Nədən ibarətdir bu haqsızlıqlar? – icra başçısı və I müavinin sakinləri saymaması, qəbula gələnləri dinləməməsi, prolemlərin həll olunmaması və s.
Prezident İlham Əliyev dönə-dönə tapşırır ki, təyin etdiyi icra başçılarının vəzifəsi xalqa xidmət olmalıdır, başqa heç nə…
Məhərrəm Quliyev isə Goranboyda narazılıq yaradır. Məsələn, rayon sakini, II qrup Qarabağ əlili Kamil Mustafayev video çıxışında qeyd edir ki, yüksək gərginlikli elektrik xətti evinin üstündədir və heç bir tədbir görülmür.
Onun sözlərinə görə, əraziyə baxış keçirilib, sənədlər əlindədir, amma bu təhlükə aradan qaldırılmır: “İki dirəkdir, dedim gəlin, pul da verim, onları çıxarın.
Bir şimşək çaxanda nə olacaq bilmirik. Yaxınlıqda vəzifəli şəxsin əmri ilə onun evinin yanındakı dirək götürüldü, bizimki qalır.
Onun ailəsi ailədir, bizimki yox? Şəhərin mərkəzində belə bir təhlükənin içində yaşayırıq, amma heç bir tədbir görmürlər”.
Göründüyü kimi, Goranboyda Qarabağ qazisini belə eşitmirlər, adi problemi yoluna qoymurlar. Gözləyirlər ki, həmin elektrik kimisə tələf etsin, faciə yaşansın, sonra yerindən götürülsün…

Qruplaşma, konflikt, qovğa…

Rayondan yenixeber.org-a daxil olan məlumatdan belə məlum olur ki, icra başçısını və I müavini vətəndaşların üzləşdiyi çətinliklər maraqlandırmır. Onlar rayonda qruplaşma yaratmaqla istəklərini həyata keçirirlər.
Mediada yer alan iddialara görə, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Gündüz Bağırov I müavin Ceyhun Həsənovun komandasında yer alır. Bu duet nəticəsində Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubov küncə sıxışdırılır.
Yəni, bir baxın, İH-nin məmurları nə işlərlə məşğuldurlar. Prezident tərəfindən onlara tapşırılıb ki, vətəndaşlarla işləyin, onlar isə rayonda konflikt ocaqları yaradırlar.
Başqa xəbərdə deyilir ki, rayonun Dəliməmmədli bələdiyyəsinin sədri işləmiş və adı qanunsuz torpaq satışında hallanan zaman Ukraynaya qaçmış Daşqın Hacıyevin yenidən vəzifəyə gətirilməsi ağılasığmazdır.
Hazırda Goranboyun Mənzil-Kommunal Təsərrüfatının rəhbəri olan D.Hacıyev məmurlar arasındakı intriqalarda iştirak edir.
İddialar səslənir ki, Suvarma Sistemləri İdarəsinin rəisi Gündüz Bağırov sabiq bələdiyyə sədrinə yanında vəzifə verməklə klan yaratmaqdadır.
Məlumata görə, icra başçısı Məhərrəm Quliyevin klanında “parlayan” digər kadr isə Sərdar Sadıqovdur.
O, İH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub.
S.Sadıqov rayon maliyyə idarəsinin rəisi İltifat Sadıqovun oğludur. İH-də şöbə müdiri postunu tutan S.Sadıqovun I müavin C.Həsənovla yüksək əlaqələri var.
Mətbuat yazır ki, bu qruplaşma kiçik məmurları, sahibkarları, idarə müdirlərini gözümçıxdıya salıb. Halbuki, araşdırmalara başlansa, həm İH-də, həm Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində, həm də Maliyyə İdarəsində ciddi maxinasiyalar, yeyintilər aşkarlana bilər.
Sirr deyil ki, M.Quliyev Ağstafanın icra başçısı işlədiyi dövrdə də Hesablama Palatası tərəfindən korrupsiya faktları üzə çıxarılmışdı.
Hesablama Palatasının 2014-cü il üzrə hesabatında Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə daxil olan məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməyən 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib.
O zaman müavin Ramiz Tatarovla əlbir olan M.Quliyev bu işlərdən yaxasını qurtarsa da, I müavin indi həbsdədir. İndi oxşar proseslər Goranboyda yaşanır. Bir yanda əhali, sahibkarlar narazı, bir tərəfdə məmurlar qruplaşma yaradıb hegemonluq edirlər. Bakıdan Goranboya təcili komissiya göndərilməlidir…

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq. (yenixeber.org)
OXŞAR MÖVZULAR