Sərxan Babayevin Türkiyədə nəzarət etdiyi otellər və ticarət mərkəzi hansı azərbaycanlı məmura məxsusdur?

11:50 21.09.2020 324
Sərxan Babayevin Türkiyədə nəzarət etdiyi otellər və ticarət mərkəzi hansı azərbaycanlı məmura məxsusdur?
Azərbaycanlı məmurların irimiqyaslı korrupsiya əməlləri sayəsində əldə etdikləri pullar hesabına xarici ölkələrdə daşınmaz əmlak almaları və biznes şəbəkəsi qurmaları adi hala çevrilib.

Son illərdə məmurlarımızın qardaş Türkiyədə böyük şirkətlər yaratmaları haqda xəbərlər xeyli artıb. Ötən ay azərbaycanlı qanuni oğlu "Lotu Quli” kimi tanınan Nadir Səlifovun Türkiyənin Antalya şəhərində sui-qəsd nəticəsində öldürülməsi daha bir məmurumuzun çoxmilyonluq əmlakının üzə çıxmasına səbəb oldu.

Söhbət Antalya şəhərində yerləşən "Alva Donna” Şirkətlər Qrupuna məxsus otellərdən və "Shemall” alış-veriş mərkəzindən gedir. Qeyd edək ki, Antalyanın Bələk, Kəmər və Sidə deyilən ərazilərində yerləşən 3 dəbdəbəli otel məhz "Alva Donna” Şirkətlər Qrupuna daxildir. Türkiyə mətbuatı hələ illər əvvəl "Alva Donna” Şirkətlər Qrupunun əmlakını yüz milyon manata yaxın qiymətləndirmişdi.

Antalyanın dəbdəbəli 3 "Alva Donna” oteli ilə şəhərin mərkəzində yerləşən "Shemall” alış-veriş mərkəzinin sahibi Türkiyədə azərbaycanlı iş adamı kimi tanınan Sərxan Babayevdir.

Bildirək ki, 2019-ci ildə Türkiyə mətbuatında iş adamı Habil Nadiroğlunun Antalyanın Bələk, Kəmər və Sidə ərazilərində yerləşən 3 "Alva Donna” otelini, həmçinin Antalya şəhərinin mərkəzində yerləşən "Shemall” alış-veriş mərkəzinin hissələrinin hamısını rus ortaqları Sərxan Babayevlə Seyran Həsənova satması barədə məlumat yayıldı.

Ancaq həmin xəbərdən iki gün sonra "Alva Donna” Şirkətlər Qrupu mətbuata açıqlama verərək, səhmlərinin Biləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydiyyatda olan "Vertex İnverstments Limited” şirkətinə satıldığını açıqladı. Həmçinin açıqlamada "Vertex İnverstments Limited” şirkəti tərəfindən "Alva Donna” Şirkətlər Qrupu İdarə Heyətinin sədri vəzifəsinə Sərxan Babayevin təyin edildiyi bildirildi.

İlk öncə rus iş adamı, sonra isə azərbaycanlı iş adamı kimi Türkiyə mətbuatının gündəminə düşən Sərxan Babayev, əslində, kimdir? Yenicag.az xəbər verir ki, əslən Masallı rayonunun Mahmudavar kəndindən olan Sərxan Babayev ölkənin ən böyük metallurgiya kompleksi "DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsində işləyib.

Ölkə mətbautında "DET-AL Alüminium” MMC haqqında çıxan xəbərlərdə Sərxan Babayevin 2019-cu ilə qədər bu qurumun rəhbəri vəzifəsində çalışdığı qeyd olunub. Bununla belə, 2019-cu ildən bu yana Sərxan Babayevlə bağlı hər hansı bir xəbərə rast gəlmək olmur.

Bu isə Sərxan Babayevin "DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsini tərk edərək, Türkiyədə "Alva Donna” Şirkətlər Qrupunun rəhbərliyinə keçməsi ilə üst-üstə düşür.

Teref.az xəbər verir ki, 2016-ci ildən "Alva Donna” Şirkətlər Qrupununun səhmlərinin bir hissəsini Sərxan Babayevlə Seyran Həsənov alıblar. Bu iki şəxs Azərbaycanda kifayət qədər yüksək post tutan və ciddi təsir imkanlarına malik olan fiqurlardan birrinin yaxın adamlarıdır.

Xatırladaq ki, "Det-Al” Aluminium Kompleksinin açılışı 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub və obyekt istifadəyə verilib. Rəsmi məlumata görə, müəssisədə 1400 nəfər işlə təmin edilib. Kompleksdə istehsal gücü 50 min ton olan iki zavod – "Metaltökmə, fasiləsiz metal yayma” və "Təzyiqlə emal və boyama zavodu” fəaliyyət göstərir.

Ancaq 2016-ci ildə ölkə mətbuatında "DET-AL Alüminium” Kompleksinin öz fəaliyyətini dayandırmasına dair xəbərlər yayılıb. Lakin kompleksə nəzarət edən yuxarıda personası xatırladılan yüksək məmur "DET-AL Alüminium”un fəaliyyətini heç də tamamilə dayandırmadığını bildirib.

Sözügedən komplekslə bağlı daha bir mühüm detal bundan ibarətdir ki, "Det-Al Alüminium” zavodu Azərbaycan Beynəlxalq Bankının (ABB) kreditləri hesabına inşa edilib. Yəni zavodun götürdüyü kreditlərə dövlət (Maliyyə Nazirliyi) zamin durub və kompleksin borcları dövlət hesabına ödənilib. ABB bankrot elan edildikdən sonra həmin bankın maliyyələşdirdiyi müəssisələr heç bir əsas olmadan müxtəlif yollarla ABB-nin nəzarətindən çıxarılıb.

Sərxan Babayevin 2019-cu ildə qəflətən Türkiyədə peyda olaraq, "Alva Donna” Şirkətlər Qrupu İdarə Heyyətinin sədri təyin edilməsi isə onu göstərir ki, dövlət büdəcəsindən "Det-Al Alüminium” zavoduna ayrılan vəsaitlər və kompleksin gəlirlərinin bir hissəsi "Alva Donna” Şirkətlər Qrupunun alınmasına xərclənib.

Bildirilir ki, "Alva Donna” Şirkətlər Qrupunun əsas səhmdarı, əslində, həmin yüksək məmurdur.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...