Qorxu filmi kimi “Koroğlu” MMC: intihar, həbs, işgəncə...

10:50 21.05.2018 589
Qorxu filmi kimi “Koroğlu” MMC: intihar, həbs, işgəncə...
İctimai vəkil Samir Zeynalov növbəti dəfə “Koroğlu” MMC-də baş verən cinayətlər silsiləsi haqda dosyenin təfərrüatlarını redaksiyamızla bölüşüb. İctimai vəkil hüquq-mühafizə orqanları rəhbərlərinə və ombudsman Elmira Süleymanovaya müraciət etməklə MMC-də baş verən qanunsuzluqların araşdırılmasını istəyib: “Bu gün ölkəmizdə kütləvi hüquqa zidd əməlləri ilə mütəşəkkil cinayətkar dəstə fəaliyyətdədir. Əsasən Azərbaycan gəncliyini məhv etməyə yönəlik bu antimilli, antisosial fəaliyyətin mənbəyində ”Koroğlu" MMC adı altında fəaliyyət göstərən bir qrup kommersant dayanır. Ölkə gündəmini təəssüf və hiddətlə zəbt etmiş “Koroğlu” MMC rəhbərliyinin əməlləri haqda qanuna müvafiq ciddi tədbirlər görülməsinin vaxtı çoxdan çatıb. Çünki çoxdandır ki, şirkət rəhbərliyi tərəfindən qanunsuz hesablanmış borclara məhkum edilmiş şirkətin sabiq işçilərinə qarşı qeyri-qanuni əməllər; döymə, şantaj etmə, əxlaqa ziddi videolar çəkməklə rüsvay etmə, iplə boğma, özünü öldürmə həddinə çatdırma, qanunsuz azadlıqdan məhrum etmə, girov saxlama, soyuq alətlər vasitəsilə işgəncələr vermə və hədə-qorxu yolu ilə tələb etmə kimi cinayət tərkibli tükürpədən olaylar bu günə qədər cəzasız qalmaqdadır. Bu cəzasızlığın nəticəsidir ki, hələ də şirkətin ağlasığmaz ittihamlarına düçar olmuş gənclər var və onlar hazırda köməyə möhtacdırlar".

İctimai vəkil intihar faktları haqda yazır: “2 övladı atasız qalan, şirkətin sabiq işçisi Xəyyam Vüsal oğlu Nağıyev ona qarşı zorakılıqla irəli sürülən 10 min manat qondarma borc ittihamının nəticəsində 05.12.2011-ci ildə özünü asaraq dünyasını dəyişib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılmayıb. Nəticədə 2 il sonra növbəti intihar faktı gerçəkləşib. İsmayıllı rayonun Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü, şirkətin satış nümayəndəsi olmuş Tofiq Adıgözəlov yaşadığı evin həyətində canına qıyıb. T.Adıgözəlov intihar etməzdən öncə facebook səhifəsində son statusunda həyatından narazı olduğu gizlətməyib: ”Bu həyat çox haqsızdır; çünki pulu, varı, dövləti olana üstünlük verirlər".

Borc köləliyi, işgəncə və əsir saxlama faktları:

Həmin şirkətin işçilərindən biri olan Namiq Məmmədovun qeydi: “2009-cu ildə dekabrın 1-dən firma tərəfindən Şirvan və ona yaxın bölgələrə göndərilmişəm. Mənə verilən tapşırığı vaxtında yerinə yetirirdim. Lakin 2010-cu il aprel-avqust aylarında Kür-Araz çaylarının daşması ilə əlaqədar həmin ərazilərə verilən malların pulunu ala bilmədim. Təhvil verdiyim mallar daşqın altında qalmışdı. 2010-cu il avqustun 23-ü bölgə müdiri Ələddin Hüseynov avqustun 24-ü saat 10-da MMC-in direktoru Tahir Əliyevin yanında olmağımı söylədi. Dediyi vaxtda firmada oldum.

Qapıda məni şirkətin təftişinin rəisi Ayaz və onun müavini Emin Babaşov gözləyirdi. Emin mənə heç bir söz demədən sillə vurdu. Sonra Ayazla Emin məni sürüyərək təftişin otağında qəddarcasına döydülər. Emin qənd qabını başıma elə zərbə ilə vurdu ki, huşumu itirib yerə yıxıldım. Onlar məni vurmalarına davam ediblər. Mənim paltarlarımı çıxardaraq(alt paltarlarımı da) stolun üstünə lüt uzandıraraq videoya çəkiblər. Mən ayıldıqdan sonra şirkətin direktoru Tahir Əliyevin mənə baxaraq istehza ilə “mən naxçıvanlıyam, Prezident Administrasiyası da, prokurorluq da mənim əlimdədir. Mən istədiyim adamın başına oyun açaram” deyib.

Şirkətin sabiq əməkdaşı Asif Rəhimovun isə Əhmədli qəsəbəsindəki evi əlindən alınıb.

“Koroğlu” MMC-nin rəhbərliyi mənzili onun adına yazılan 30 min manat borcun əvəzində götürüb. A.Rəhimov bildirib ki, şirkətin Emin Babaşov başda olmaqla, bir neçə əməkdaşı onu 2011-ci ildə Saatlı rayonu ərazisində oğurlayıb. Yalnız həyat yoldaşının polisə davamlı zəngləri əsasında Tahir Əliyevin adamları onu azad ediblər: “Məni ikinci dəfə oğurlayanda bildirdilər ki, MMC-yə 10 min manat borcum qalıb. Suallarımın qarşılığında isə məni ancaq döydülər”.

Rəhimovlar ailəsi bununla bağlı məhkəməyə müraciət edəndə, onun adına daha 10 min manat borc yazıblar. Bundan əlavə, A.Rəhimovu oğurlayaraq döyüblər. Bu barədə isə onun xanımı Səkinə Rəhimova məlumat verir.

Vaxtilə Tovuz-Qazax-Ağstafa bölgəsi üzrə supervayzer vəzifəsində çalışan Xanlar Mahmudov qeyd edib ki, onun ayağına xarab məhsullar yazılıb: “Mən heç vaxt əliəyrilik etməmişəm. Xarab məhsullar ayağıma yazılıb. Xarab məhsullara görə mənə qarşı 6 min 800 manat borc ittihamı olub. Hətta ”Koroğlu" MMC-dən mənə dedilər ki, 6 min manat ver, bu işi bağlayaq. Mən xarab şokoladlara görə onlara 6 min 800 manat pul vermək niyyətində deyiləm. Xarab məhsullara görə işçilərin 80 faizinin başına belə oyun gətirilib.

Şirkətin sabiq əməkdaşı Elgün Teymurov da yuxarıda qeyd edilən səbəblərlə döyülüb. Bundan başqa, hətta onun atasını bir müddət girov kimi şirkətdə saxlayıblar.

Şirkətin sabiq əməkdaşı Mirrəhim Qənizadə qeyd edir ki, avtomobilini şirkətin “cəza qrupunun” üzvlərindən birinin adına keçirdikdən sonra onu sərbəst buraxıblar.

O digər əməkdaşların bütün kollektivin gözü qarşısında döyülməsinin və təhqir edilməsinin şahidi olduğunu təsdiq edib. Qənizadənin sözlərinə görə, ofisdə insanların girov tutulması və döyülməsi üçün istifadə olunan xüsusi otaqlar var. Onun atasını və əmisioğlunu da olaraq şirkətdə əsir olaraq saxlayıblar.

Şirkətin sabiq əməkdaşı Vəkil Quliyev qeyd edir ki, onu paltarlarını soyundurub videoya çəkiblər:

“Şirkətin rəhbəri Tahir Əliyev gəlib istehza ilə dedi ki, mən naxçıvanlıyam, Prezident Administrasiyası da, prokurorluq da mənim əlimdədir. Mən istədiyim adamın başına oyun açaram. Polisə getsəniz, pul verib onları da susduracağıq”.

“Koroglu” MMC-nin rəhbəri Tahir Əliyev dəfələrlə iclas keçirərək işçiləri təhdid edib: “Kimin pulu mənim pulumdan çoxdur? Kim bizdən böyükdür? Bu ölkəni idarə edən qollardanıq. Özünüzü yığışdırın, çaşmayın”.

Şirkətin sabiq əməkdaşı Arif Əliyev bildirir ki, işgəncə halları o şirkətdə artıq normaya çevrilib: “Mən uzun zaman orda işləmişəm. Bir dəfə öz gözlərimlə gördüm ki, Saleh adlı iş yoldaşımın boğazına ip keçirib sürüyürlər. Pilləkəndən sürüyə-sürüyə yuxarı qaldırdılar. Saleh huşun itirdi. Tahir Əliyev özü gəlib Salehin dilini çölə çıxarıb qucağına alıb apardı. Çünki qorxurdular ki, ölüb üstlərində qalar”.

Şirkətin digər keçmiş və həbs edilən əməkdaşı Fuad Əzimovun anası Zöhrə Əzimova isə təşkil etdiyi mətbuat konfransında qeyd edib ki, MMC rəhbəri Tahir Əliyev oğluna vaxtı keçmiş mal yollayıb və buna görə ondan 780 min manat pul tələb edib.

Şirkətin yeni qurbanları:

Şirkətin sabiq və hazırda sağlamlıq durumu natamam olan Rauf Hidayət oğlu Əliyev şirkət rəhbərliyi tərəfindən mənimsəmə faktında ittiham olunur. İttiham üzrə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Rauf Hidayət oğlu Əliyevə qarşı yönələn cinayət mühakimə icraatı üzrə adı çəkilən şəxs ciddi qanunsuzluqlar qarşısında qalmaqdadır. Belə ki, hazırda 1 il 3 aydır Bakı Ağır Cinayətlər məhkəməsində ona qarşı yönələn ittiham üzrə heç bir mötəbər sübut olmamasına baxmayaraq Rauf Hidayət oğlu Əliyev ciddi hüquqi təminatsızlıqla üzləşmiş və sağlam həyat tərzindən məhrum olmuşdur. Məhkəmə baxışı ərəfəsində müdafiəçiləri tərəfindən dəfələrlə məhkəməyə təqdim edilən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı əsaslı və həyati əhəmiyyət kəsb edən vəsatətlərə baxmayaraq ədalət mühakiməsinin iş üzrə sədri hakim Mahmud Ağalarov adekvat mövqe sərgiləməkdən boyun qaçırıb. Ona qarşı yönələn saxta sübutlar belə onun mənimsəmə faktına dair maliyyə kəsirinin məbləğini ərsəyə gətirmir. Çünki təqdim edilən 2018 qaimənin sadəcə 60-da Rauf Əliyevin imzası var. Hazırda ara-sıra keçirdiyi əsəb və stressdən dolayı ayaqları tutulan, intihar etmək həddinə belə çatan Yeni Azərbaycan Partiyasının üzvü Rauf Əliyevin barəsində məhkəmə gerçəkiliyə uyğun olmayan axtarış qərarı qəbul etmiş, barəsində həbs qətimkan tədbirini tətbiqi qənaətinə gəlmişdir. Davamlı olaraq məhkəmə proseslərində iştirak edən, sonuncu qanunsuz qərardan sonra belə heç bir yerə qaçmaması ilə bağlı məhkəməyə teleqramlar vasitəsilə müraciət edən nümayəndəsi olduğum şəxs Rauf Əliyevə ədalət tələb edirik.

Şirkətin sabiq əməkdaşı, Lənkəran rayon sakini Sahəddin Vələddin oğlu Məmmədov qeyd edir ki, o, şirkətdən 07.09.2017-ci ildə ayrılıb. Çalışdığı müddət ərzində şirkətin vaxtı keçmiş məhsullarını şirkətə müvafiq fakturalar vasitəsilə təhvil verdiyinə görə ona 23 min min manata yaxın borc yazılıb. O deyir ki, bütün təhvil vermə prosesinə dair müvafiq sənədlərdə “Koroğlu” MMC-nin möhürü və məsul şəxslərin imzası var. İşdən çıxarıldığı müddətdən etibarən dəfələrlə onu bu saxta borcun ödənilməsinə dair şirkətdə borc köləliyi altında çalışmağa dəvət ediblər. Lakin o, haqlı olaraq imtina edib. Hazırda ona qarşı cinayət işi başlanılması üçün “Koroğlu” MMC rəhbərliyi tərəfindən Baş Prokurorluğa müraciət olunub. O, şirkətin təbdir görülməyən qanunsuzluqlarından ciddi şəkildə zərər görməsindən ehtiyat edir".

İctimai müdafiəçi yazır ki, “Koroğlu” MMC-nin gerçəkləşdiriyi mürtəce özbaşınalıqlara dözmək qeyri-mümkündür: “Məhz sadalanan real faktlara görə kifayət qədər ailəni və gənci pərişan edən, gələcəklər üzərində gələcək quran mütəşəkkil cinayətkar dəstə psixologiyası ilə fəaliyyət göstərən ”Koroğlu" MMC rəhbərliyi haqqında qanuna müvafiq tədbirlərin görülməsini sizlərdən xahiş edirəm. Ümid edirəm ki, bundan sonra dövlətimiz görülən tədbirlərin nəticəsində günhasıza cəza verilməsi və günahkarın cəzasız qalması ilə sarsılmayacaq".

P.S Qarşı tərəfi də dinləməyə hazırıq.
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT