Ramiz Mehdiyev "Azeri Freedom" kanalına çıxmaq istədi: - Qurban Məmmədovdan sensasion iddia

10:19 2.09.2020 320
Ramiz Mehdiyev "Azeri Freedom" kanalına çıxmaq istədi: - Qurban Məmmədovdan sensasion iddia
"Azeri Freedom" kanalının rəhbəri Qurban Məmmədov sensasion iddia ilə çıxış edib.
Musavat.com xəbər verir ki, TV Müsavatın “Canlı debat” verilişinə telefonla qatılan Q.Məmmədov bildirib ki, bir neçə gün bundan öncəki verilişində Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin canlı efirə bağlanacağı ilə bağlı verdiyi anons həqiqətə söykənib.

Onun sözlərinə görə, R.Mehdiyevin yaxın adamı bir gün öncə ona zəng edərək, bu barədə xahiş edib: “Həmin adam bütün kanalların, saytların Ramiz Mehdiyevin üzünə bağlandığını dedi. Soruşdu ki, ona efir verə bilərsizmi? Mən də bildirdim ki, "Azeri Freedom" xalqın efiridir. Kim əxlaq, qanun norması daxilində danışacaqsa, buyursun. Sözarası soruşdum ki, nə danışmaq istəyir. Dedi, “sadəcə xalqa müraciət etmək istəyir, sizinlə debat aparmaq fikri yoxdur. Sizin efirə çıxacaq, maksimum 15-20 dəqiqə xalqa müraciət edəcək”.

Aparıcının “həmin yaxın adamın kimliyini açıqlaya bilərsizmi?” sualına cavabda Q.Məmmədov bildirdi ki, o yaxın adamın adını açıqlasalar, onu təhlükəyə atmış olarlar: “Verilişlə bağlı müəyyən şərtlər dedi. Mən də bütün şərtləri qəbul etdim. Dedim ki, özümün də cavab vermək haqqım var. Görsəm ki, Ramiz Mehdiyev xalqın, dövlətin əleyhinə nəsə müraciət edir, mən də sözümü deyəcəm ondan sonra. Dedim ki, istənilən vaxt bizim efirə çıxa bilər. Mənimçün heç bir fərqi yoxdur. Mən də elan verdim. Şərtimiz belə idi ki, saat 21-22 arası zəng edəcək. Çünki saat 22.00-də mənim özümün müəllif verilişim olacaqdı. Veriliş boyu gözlədim. Verilişin bitməsinə 15-20 dəqiqə qalmış adam yazmağa başladı ki, “Biz sizdən üzr istəyirik, bilirsiz ki, burdakı vəziyyət necədir. Ağsaqqalın həyatına təhlükə var, xox gəldilər, qorxutdular, hər şey realdır. Ona görə də qalsın başqa vaxta”. Mən də dedim ki, özünüz bilərsiz”.

Q.Məmmədov dedi ki, R.Mehdiyev istənilən kanala müraciət edə bilər. Onun fikrincə, PA-nın eks rəhbəri tərəfindən belə bir həmlənin nə səbəbə edilməsi ciddi sualdır: “Mən sonradan düşündüm ki, nə baş verib müraciət edib. Ola bilsin ki, onun heç efirə çıxmaq fikri olmayıb. Sadəcə olaraq kimlərəsə xox gəlmək, qorxutmaq istəyib. İlham Əliyevə də mesaj vermək istəyib ki, mən burdan da çıxıb danışa bilərəm. Özü bilər, Allahı bilər”.

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...