MTK rəhbərlərindən növbəti fırıldaq: - Sakinləri üzvlüyə dəvət edirlər

12:25 31.08.2020 334
MTK rəhbərlərindən növbəti fırıldaq: - Sakinləri üzvlüyə dəvət edirlər
26 Avqust 2020-ci il tarixində Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidməti, istifadəyə qəbul edilmiş yeni yaşayış binalarındakı mənzillər üçün "Mülkiyyətini qeydiyyata aldır və onun sahibi ol" kampaniyası çərçivəsində sənədlərin növbəti ərazilər üzrə qəbulunu keçirmək niyyətində olduğunu bildirdi. Qeyd olundu ki, vətəndaşların mənzillərə mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrindən çıxarışın (“kupça”) icrası 15 iş günü ərzində aparılır.

Çoxsaylı mənzil-tikinti kooperativlərindən (MTK) mənzil almaqla özünü işə salan şəxslərin problemləri barədə dəfələrlə yazmışıq. Bu arada xatırladırıq ki, 30 iyun 2009-cu ildə qəbul edilmiş Azərbaycan Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, kooperativ evinin tikintisi və ya yenidən qurulması başa çatdıqdan və kooperativ üzvlərinin mülkiyyətinə 50 faiz keçirildikdən sonra Azərbaycan Mənzil və Mülki məcəllələrinə uyğun olaraq, MTK bir ay ərzində ləğv edilməli və ya mənzil sahiblərinin yaradacağı ortaq bir şirkətin mülkiyyətinə keçirilməlidir.

Ancaq qanunun bu tələbinə baxmayaraq, tikinti başa çatdıqdan sonra da mənzil-tikinti kooperativləri sakinlərdən elektrik enerjisi və kommunal xidmətlər üçün ödənişlər toplamağa davam edir. Üstəlik, elektrik enerjisinin və kommunal xidmətlərin qiymətini onlar özləri təyin edirlər.

Yəqin ümid etmək olardı ki, çıxarış aldıqdan sonra vətəndaşlar mənzillərini özləri idarə edə biləcəklər. Lakin...

Bu yaxınlarda əlimizə Ruslan Əsədov adlı şəxsin onun “Şaiq” MTK-ya üzv qəbul edilməsi barədə müraciəti keçdi. Kooperativ rəhbərliyi Ruslan Əsədovun tələbini təmin edib və ona Dadaş Bünyadzadə küçəsi, 34 B ünvanında yerləşən binada mənzil verib.

D.Bünyadzadə küçəsi, 34 B ünvanında yerləşən binanın sakini Aytən Hüseynova AYNA-ya deyib ki, MTK rəhbərliyi illərlə mənzillərində yaşayan bütün ev sakinlərini belə müraciətlər yazmağa “dəvət edir”: “Bu addım mənzil kooperativini qorumaq və mənzillərimizə çıxarış verildikdən sonra da evimizi idarə etmələri üçün atılır”.

“Səbail” Mənzil Mülkiyyətçiləri Cəmiyyətinin rəhbəri Əbülfət Rzayev də AYNAA-ya açıqlamasında, MTK rəhbərlərinin öz gəlirlərini itirmək istəməmələri üçün belə bir varianta əl atdıqlarını bildirib: “Onlar mənzil sahiblərini əvvəlki kimi qarət etmək istəyirlər. Buna görə sakinlər hər yerdə kooperativə qoşulmaq üçün müraciət yazmağa məcbur olurlar. Bu, qanun tələblərinə tamamilə ziddir. Çünki qanunda bir yaşayış binasının idarə edilməsinin Mənzil Mülkiyyətçilərinin Birgə Cəmiyyətinə verilməsi açıq şəkildə göstərilib. Ancaq onları qanunun tələbləri maraqlandırmır”.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin MTK rəhbərlərinin yeni tikilmiş binaların idarəçiliyini öz nəzarətlərində saxlamaq cəhdlərindən xəbərdar olub-olmadığını öyrənmək qərarına gəldik. “Bu sualın bizə heç bir aidiyyəti yoxdur. Mənzil sahibləri evlərinin tam hüquqlu sahibləridir. Əgər onları kimsə kooperativlərə daxil olmağa məcbur edirsə, polisə müraciət etsinlər”, - deyə Xidmətdən AYNA-ya bildirdilər.

Ümid edirik ki, buna baxmayaraq, dövlət qurumları məsələyə müdaxilə edib, ev sahiblərinin mülkiyyət hüququnu təmin edəcəklər. Axı, necə deyərlər, xalq bilmək istəyir...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...