“Öz karyeramı tanışlıq-filan hesabına qurmamışam...” - Ayaz Mütəllibov

14:28 19.05.2018 707
“Öz karyeramı tanışlıq-filan hesabına qurmamışam...” - Ayaz Mütəllibov
“Zavod direktoru olaraq bəzən gecələr 1000 dərəcə hərarəti olan sobaların yanında çalışan fəhlələrin işinə nəzarət edir, onlarla birgə çörək kəsirdim...”

...12 may 2018-ci ildə Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun 80 illik yubileyi tamamlandı. Bu münasibətlə Moderator.az-ın rus versiyasının əməkdaşı tarixin çox mürəkkəb və ziddiyyətli bir dövründə Azərbaycanın müstəqil dövlətçiliyinin formalaşmasında vacib rol oynamış bu dövlət xadimindən geniş müsahibə götürüb.

Eks-prezidentin həyatının bütün əsas mərhələlərini əhatə edən müsahibədə Azərbaycanın sabiq rəhbərinin tərcümeyi-halının gözlənilməz məqamları üzə çıxır. Məsələn, məlum olur ki, nə vaxtsa sovet dövründə Ayaz Mütəllibov 5 il ərzində hazırda erməni işğalı altında olan Şuşa şəhərində yaşayıb...

Azərbaycanın ilk Prezidenti ilə yubiley müsahibəsinin üçüncü hissəsinin ən maraqlı məqamlarının tərcüməsini diqqətinizə çatdırırıq...

“Elə şeylər var ki, onlar məktəb və ya universitetlərdə öyrədilmir...”

(Materialın əvvəlki hissələri üçün bu linkə baxın: moderator.az/news/224918.html)

- Ayaz müəllim, ötən əsrin 50-60-cı illərində Azərbaycanda gənclər kinematoqrafiya ilə də çox maraqlanırdılar. Sizin daha çox xoşladığınız filmlər hansılardı?

- Memuarlarımda bu filmlərin adlarını bir-bir açıqlayıram. İlk növbədə italyan kinosu, sonra isə fransız kinosu xoşuma gəlirdi. Bəzən də Amerika filmlərinə baxırdım ... Hollivud filmləri kirayəyə götürüb nümayiş etdirilirdi. Əsasən trofey filmləri ... Bu cür filmlər yeni idman peşələrinin inkişafına kömək edirdi ... Məsələn, məşhur “Üç müşketyor” filminə baxdıqdan sonra mən qılıncoynatma klubuna yazıldım. Məktəb və tələbəlik illərində Bakıdakı qılıncoynatma yarışlarında da iştirak edirdim... Ümumiyyətlə, öncə qeyd etdiyim kimi, biz idmanı çox sevirdik. Hazırda bizim o vaxtkı idmançılar nəslindən kimlərin həyatda olduğunu dəqiq bilmirəm... Amma şükür ki, bizim nəsildən Çingiz İsmayılov sağdır - keçmiş qapıçı və futbol şərhçisi ...

- Ali məktəbə öz arzunuzla daxil oldunuz, yoxsa, sadəcə, atanızın məsləhəti ilə?

- Yox, həvəsim var idi. İkincisi də, indikin neft akademiyası olan məşhur neft və kimya institutu- “AZİ” o dövr Bakısında ən nüfuzlu ali məktəb idi... Onu da deyim ki, o vaxt qızlar “AZİ”ni bitirmiş oğlanlara sorğu-sualsız “hə” deyirdilər(Gülümsəyir)...

Amma mən birinci il əyani şöbəyə daxil ola bilmədim... Çox böyük bir müsabiqə var idi. Mənə Azərbaycan şöbəsi təklif olundu. Mən də bir il həmin şöbənin axşam bölməsində oxumağa razılıq verdim. Sonra ikinci kursda rus şöbəsinə köçürüldüm... Onu da deyim ki, Azərbaycan şöbəsində təhsil öz doğma ana dilində oxumaq və danışmaq üçün bir növ təcrübə oldu... Çünki o zaman Bakının böyük əksəriyyəti rus dilində oxuyur və danışırdı...
Ancaq onu da demək lazımdır ki, rus dilinin öyrənilməsi o vaxtkı Bakı sakinlərinin taleyində çox müsbət rol oynamışdır. Bunu inkar etmək mümkün deyil...
Öz həyatımdan bir nümunə gətirəcəyəm ... Soyuducu zavodunun direktoru işləyəndə bir dəfə Moskvaya ilin yekunları ilə bağlı iclasa dəvət edildim. Mən nazir və digər yüksək vəzifəlilər qarşısında çıxış etdim. 10 dəqiqə ərzində heç bir kağıza-filana baxmadan öz işlərim və ilin yekunları haqqında danışdım... Sonda SSRİ Yüngül Sənaye naziri Vasili Nikolayeviç Doyenin məni diqqətlə süzdü və iştirakçılardan soruşdu: “Bakı zavodunun direktoru Mütəllibovu dinlədinizmi? Onun çıxışı xoşunuza gəldimi?” Yerdən hər kəs müsbət cavab verdi. “Bax, Azərbaycan bizim sənayemiz üçün belə kadrlar hazırlayır”, - deyə nazir vurğuladı...
“Öz karyeramı tanışlıq-filan hesabına qurmamışam...” - Ayaz Mütəllibov

- Maraqlıdır, məktəbdə və ya tələbəlik illərində gələcəkdə lider olmaq, rəhbər vəzifələrdə işləmək arzunuz var idimi?

- Bu sahədə mən bir sıra həmyaşıdlarımdam fərqli yol tutdum... O dövrdə uğurlu karyera qurmaq üçün yalnız yaxşı işləmək lazım idi. Digər respublikalarda olduğu kimi, Azərbaycanda da təhsil və işgüzarlıq kultu mövcud idi. Buna görə də həyat məktəbi və dövlət sisteminin potensialı hər hansı bir gəncin karyerasını sadə bir, məsələn, sex ustasından başlayaraq yaradıcılıq potensialı və çalışqanlığı müqabilində kifayət qədər yüksəlməsinə imkan verirdi. Bu mənada mən də öz gələcəyimi müvəffəqiyyətli bir şəkildə qura biləcəyimi hiss edirdim ... Ancaq mən karyeramı tanışlıq və ya digər vasitələrlə qurmadım. Sadəcə, yorulmadan çalışdım. Ona görə də məni yuxarılar sezirdilər. Mənə etibar və hörmət edirdilər... Və nəticədə mən irəliləyiridm...

Mənədək soyuducu zavıdunda 3 direktor işləmişdi və onlardan hər biri işdən çıxanda öz yerlərinə məni məsləhət görmüşdü. Mənə yalnız yuxarılar, rəhbərlik deyil, aşağılar, tabeliyimdə olanlar - adi fəhlələr də hörmətlə yanaşırdı . Adətən zavodlarda sex ustalarının alətlərini-filanı yığmaq üçün kiçik şkafları olur. Və çoxları həmin şkafların içərisinə peyzajlar, maraqlı şəkillər yapışdırırdı. Ancaq bizim zavodun ustaları özləri könüllü şəkildə öz şkaflarına zavod direktoru kimi mənim şəkillərimi vururdular... Onları heç kəs məcbur etmirdi. Sadəcə, bununla mənə qarşı hörmət və rəğbətlərini ifadə edirdilər... Çünki mən də onlarla formal olaraq bir rəis kimi davranmırdım. Bilirdim ki, fəhlələr eyni zamanda mənim üçün , həm də dövlət üçün işləyirlər və mən də belə bir prinsiplə çalışır və onlara bir şəxsiyyət, insan kimi hörmətlə yanaşırdım. Zavodun direktoru kimi bəzən gecələr fabrikdə qalır, içərisində 1000 dərəcə hərarət olan sobaların yanında çalışan fəhlələrin işinə nəzarət edirdim. Onlarla birgə şam edir, necə deyərlər, bir yerdə çörək kəsirdik....

Elə şeylər var ki, onlar məktəbdə və ya universitetdə öyrədilmir. Onları yalnız həyat və layiqli bir insan olmaq arzusu bunları öyrədir...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:50

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR