Ceyhun Bayramovun Moskva görüşü nə verəcək? - TƏHLİL

11:17 25.08.2020 387
Ceyhun Bayramovun Moskva görüşü nə verəcək? - TƏHLİL
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Moskvaya səfəri ərəfəsində Moderator.az konfliktoloq Elxan Mehdiyevdən müsahibə götürüb.

Müsahibəni təqdim edirik.

- Elxan bəy, xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri gözlənilir. Bu günlərdə Rusiya XİN rəhbəri Sergey Lavrov da danışıqların bərpa olunmasına çalışdıqlarını söyləmişdi. Bütün bunlar Tovuz döyüşlərindən sonra baş verir. Sizcə indiki dönəmdə bu görüşdən və ya sonrakı danışıqlardan yeni dəyişiklik gözləmək mümkündürmü?

- Birincisi, bu görüşün tanışlıqdan başqa bir yeniliyi olmayacaq. Ola bilsin ki, C.Bayramov da köklü danışıqlar mövzusunu gündəmə gətirsin. Lavrov da bu cür danışıqların başlanması üçün atəşkəsin qorunub saxlanması və danışıqların davam etdirilməsinin vacibliyini vurğulayacaq və son 15 ildə olduğu kimi “postaraemsya nayti razvyazki” deyərək görüşü başa vuracaq. Başqa yenilik gözləməyə dəyməz.

- Lavrov son günlər verdiyi müsahibədə Tovuz döyüşlərinin Ermənistan tərəfindən törədildiyini demişdi.

- Rusiya xarici işlər nazirinin bu cür bəyənatları çox olub. Ona önəm verməyin mənası yoxdur. Burada sadəcə sərhədyanı atışmadan söhbət gedir. Bəs, ölkənin 20%-i işğal altındadır, bu qədər hərbi cinayətlər törədilib və yüz minlərlə insanın həyatı məhv olub, Lavrov ona nə deyir. Beş il bundan öncə, o, “Azərbaycanın işğal olunmuş əraziləri” deyirdi, indi isə o əraziləri “Azərbaycanın nəzarətində olmayan rayonlar” adlandırır. BMT TŞ-nın dörd qətnaməsindən danışanda, onları təhrif edərək, onlar “ilk növbədə hərbi əməliyyatların dayandırılması üçün qəbul edilmişdir” deyir. Bəs hərbi əməliyyatları kim aparırdı və qətnamələr işğalçı qüvvələrin işğal etdiyi ərazilərdən tam və dərhal çıxarılmasını kimə deyirdi?. Hər ikisi də erməni tərəfinə aid idi. Lavrov isə bunu tərəflərin hərbi əməliyyatları dayandırması və atəşkəsə riayət etməsi kimi indiki prizmadan izah edir. Orada tələb edilən “dərhal və ya qeyd – şərtsiz olaraq qoşunların çıxarılması” ifadələri heç də danışıqlar prosesi tələb etmirdi. O, hər qətnamə ilə bağlı danışanda bir “NO” işlədib, “onlar döyüşlərin getdiyi qızğın bir zamanda qəbul edilmişdir” deyərək qətnamələrin əhəmiyyətini azaltmağa çalışır. Bu nə deməkdir? Və ya atəşkəs müddətsiz (bessrocniy) bağlanıb deyir. Harada yazılıb bu? Heç harda. Bu ifadələri sadəcə Lavrov və onun təlimatı ilə keçmiş nazir Nalbandyan işlədirdi.
Valday konfransında, Albaniya, “Kosovo Albaniyadır” dediyi kimi, Ermənistan da “Qarabağ Ermənistandır” deyir” ifadəsi ilə Paşinyanı ciddi bəyənatlar verməkdə suçlamışdır. Sonra isə bütün bunları kənara qoyaraq Yerevanda “danışıqlar prosesinin” yolunu göstərmişdir “Всем понятно, что без согласия народа Нагорного Карабаха никакие договоренности оформить будет невозможно. Армения просто их не подпишет. Вот из этого мы и исходим”. (Hamıya aydındır ki, Dağlıq Qarabağ xalqının razılığı olmadan hansısa razılaşmanın qəbul olunması mümkün deyil. Ermənistan sadəcə onları imzalamayacaq. Bax, biz də burdan çıxış edirik) Bundan sonra nə irəliləyiş olacaq ki?
Ona görə də bütün bu illər boyu gedən danışıqların gedişinə nəzər salsaq, işğalın uzanması və diplomatik danışıqların fırladılması Rusiyanın sayəsində bu günə düşmüşdür. Rusiya danışıqlarda necə hərəkət etmək istiqamətində erməniləri yönləndirmiş və erməni tərəfi də onların təlimatı ilə hərəkət etmişdir. Bunu Kazimirovdan tutmuş başqa Rus diplomatları da ikili söhbətlərimizdə həmişə təsdiq ediblər. Lavrovun bu işdə rolu və danışıqlar aparılmasının incəlikləri barədə erməni tərəfinə verdiyi məsləhətlərin qiyməti ölçüləsi deyil. O həm vasitəçi kimi və həm də ikitərəfli istiqamətdə Elmar Məmmədyarovla bu məsələnin incə detallarını müzakirə etdiyindən və Azərbaycan tərəfinin məqsəd və planlarını bildiyindən,onun erməni tərəfini ustalıqla yönləndirməsi heç də təəccüb doğurmaz. Bu xidmətləri erməni tərəfi də gizlətməyərək açıq şəkildə qiymətləndirmişdir. Elə son iki ildə, danışıqlarda təcrübəsi olmayan Z. Mnasakanyanı bir neçə kritik görüş öncəsi qəbul edib onu yönləndirməsi nəticəsində, Mnasakanyan əvvəlki baxışlarından fərqli olaraq yavaş - yavaş real danışıqları kənara qoyaraq, imitasiya və sabotaja yönəlmiş prosedur və texniki məsələlərə yönələn Nalbandyan siyasətinə qayıtdı..
İkincisi, Prezident Medvedyev 2008-2012 illər ərzində bu məsələyə ciddi şəkildə girişmişdi və nəticəyə yaxınlaşmışdı və Azərbaycan tərəfi də 2009-cu ilin dekabrında Soçi görüşündə yenilənmiş Madrid prinsiplərini qəbul etmişdir və o plan Rusiya Presidenti Medvedyev və başqa Fransa və ABŞ tərəfindən də dəstəklənirdi. Bu zaman iki həftəliyə time - out götürən Serj Sarkisyan yenə Lavrovun memarlığı ilə bu planı beş ay ərzində dəyişdirdi və həmən ilin İyun ayında Peterburq görüşündə Azərbaycanın etiraz etdiyi fərqli planı ortaya çıxardı və 1 il onu yenidən sağa -sola fırladaraq Kazan formulu şəklində 2011-ci ildə Azərbaycan tərəfinin iradəsinin əksinə yenidən Kazan görüşünə çıxardı. Nəticəsi isə bəllidir. O faktiki olaraq Medvedyevin səylərini ustalıqla heçə endirdi və demək olar ki, o zamandan sonra heç bir real danışıqlar da olmamışıdr. Əslində bu imitasiya danışıqları Lavrovun dirijorluğu ilə institutlaşdırılmışdır. Lavrov bu imitasiya danışıqlarının baş memarıdır.
Digər tərəfdən, imitasiya, indiki dönəmdə Putin Rusiyası siyasətinin də əsasını təşkil edir. Əgər xatırlayırsınızsa, Putin 2012-ci ildə yenidən hakimiyyətə gəldiyi ilk illərdə Rusiyanin parlamentarlar qarışıq bütün rəsmiləri, açıq şəkildə, bu məsələnin indiki dönəmdə həllinin olmadığıını və vaxt tələb etdiyini deyərək, işğalın uzanmasında maraqlı olduqlarını bildirirdilər. Prezident Putinin azərbaycanlı jurnalistə söz verməyərək "onsuz da Qarabağdan sual vercəcəksiniz" deməsi də yəqin ki, heç kimin yadından çıxmayıb. Rusiya indi də bu məsələnin həll olunmasında maraqlı deyil.

- O zaman Rusiya siyasəti nə zaman dəyişəcək?

- Bu siyasətin davam etməsinin mümkün olmadığını Rusiyaya göstərmək üçün mövcud vəziyyəti dramatik şəkildə dəyişən hərəkətlərə baş vurmaq lazımdır. Türkiyənin ortaya qoyduğu qətiyyətli mövqe Rusiyanın siyasətini kökündən dəyişmək üçün tarixi şansdır. Lakin Azərbaycan praktiki addım atmazsa,o zaman Türkiyənin bu qətiyyətinin sahədə heç bir təsiri də olmayacaq. Bu addım hərtərfli hazırlanmış, ildırım sürətli, dağıdıcı və düşmənə heç bir şans verməyən qısa müddətli əməliyyat olmalıdır. Digər tərəfdən, yadda saxlamaq lazımdır ki, Türkiyə demokratik ölkədir və sabah başqa partiya hakimiyyətə gəlirsə indiki mövqenin qüvvədə qalması sual altında ola bilər.

- O zaman Ceyhun Bayramov bu görüşdə nə müzakirə edəcək?

- İndi Ceyhun Bayramov nə edəsidir ki... Lavrov onu da danışıqlar prosesi dediyi dar dəhlizə salacaq və o da elə dəhlizdir ki, orada başını çıxarıb ətraf mühitə baxmaq imkanın yoxdur, əksinə, başını əyib gəzirsən və sadəcə bu dəhliz içində prosedur və texniki məsələlər üzrə ermənilərlə deyişirsən və sərbəst gəzmək istəsən başın dəhlizin divarlarına dəyəcək. Yəni, çıxıb deyə bilmirsən ki, bu danışıqlar nə qədər davam edəcək, çünki “danışıqlar prosesini” özün apardığından, özün elə burada öz sualına cavab verməli olursan. O danışıqlar da Lavrov dediyi kimi fırlanan maxovikdir. Elmar Məmmədyarov elə bu cür maxovikin içində firlanırdı..

- Belə çıxır ki, indi nəhayət, seçim etmək dövrüdür?

- Seçim etmək dövrü də keçir. Zaman keçdikcə bu məsələ daha da mürəkkəbləşir. Ermənilər üçün burada əsas məsələ bu işi uzatmaqdır və xoş niyyətlə və ya gərginlik şəraitində bu işin uzadılması (yənin işğalın uzadılması) onların nailiyyətidir. Yoxsa, bizim gözlədiyimiz kimi, danışıqlarda erməni tərəfi razılaşacaq ki, indi beş rayondan çıxırıq, sonra iki rayondan və DQ-ın statusu da sonra müzakirə olunacaq... Bu sadəcə xalqı aldatmaqdır... və ya ən yaxşı halda arzulardır.....artıq hər kəs bilməlidir ki, bu məsələnin danışıqlar yolu ilə həlli bizə ən azı Dağlıq Qarabağı itirməkdən başqa yol qoymur. Və ümumiyyətlə dinc yolla, indiki bu cür mühitdə həll yoxdur... artıq onun da vaxtı keçdi....Dinc yolla həll üçün imkanlar 2001-ci ilə qədər var idi və sonra, o da getdi... Ermənilər dinc yolla torpaqlardan çıxmayacaqlar....
Onu da deyim ki, az müddətdən sonra isə heç hərbi yolla da həll mümkün olmayacaq, çünki cəhbə xətti və ətrafı müasir silah və texnologiyanın sayı və hərbi imkanları baxımından, bəlkə də, dünyada həddən artıq hərbiləşdirlmiş kiçik ərazidir və artıq hər kəs bir-birinə müasir texnologiya ilə nəzarət edir. Digər tərəfdən cəbhə xətti Azərbaycan əhalisinin sıx yaşadığı ərazidir.
Hava sahəsi Azərbaycanın təyyarə və dronları üçün qapalı olan, yaxın və uzaq vuran silahlarla silahlanmış iki ordunun bu cür ərazidə müharibə aparması ən azı Azərbaycanın indiki qətiyyət və iradə prizmasından baxsaq Azərbaycan tərəfindən gözlənilmir. Azərbaycan sanki 2016-cı il aprel döyüşlərindən sonra ermənilərin müasir silahlarla silahlanmasını gözləyir. Ermənilər faktiki olaraq arada olan boşluqları maksimum doldurmuşlar. 2016-cı ildə dron panikası yaşayan erməni indi intihar və hücum dronları istehsal edir. Ən dəhşətlisi isə, 2018-ci ildə Paşinyan hakimiyyətə gələndən sonra buraxılan şansdır. Nə Azərbaycan xalqı, nə ermənilər və nə də dünyanın bu işlə maraqlanan dairələri bizim hökümətin bu cür davranışını gözləmirdi. Bu şansın ona verilməsi, cəbhədə tam atəşkəsin qorunması Paşinyana ordunu daha da müasir silahlarla təmin etməyə və ordunun idarəetmə sistemini təkmiləşdirməyə imkan vermişdir. İndi onlar həm üstün təyyarələrə və həm hava hücumundan müdafiə sistemlərinə malikdirlər. Ən uzağı beş ildən sonra işğal edilmiş ərazilərin hərbi yolla azad edilməsi təklifi İNTİHARA bərabər olacaqdır. O zaman Stalinqrad döyüşünə hazır olmalısan. Bu baxımdan indiki zamanda hər günün və hər həftənin hökmü vardır. Ondan istifadə etməsən, torpaqlara əlvida deməlisən.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ