Sabiq səfirin siyasi müxalifətlə əlaqələrində əsas rol oynayan qudası kimdir? - İDDİA

14:38 21.08.2020 379
Sabiq səfirin siyasi müxalifətlə əlaqələrində əsas rol oynayan qudası kimdir? - İDDİABir neçə gün öncə sabiq baş prokuror, Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun həbsi ölkənin siyasi gündəmini dəyişdi. Xarici İşlər Nazirliyində aparılan islahatlardan sonra burada dəyişikliklərin olacağı gözlənilən olsa da, uzun illər siyasi hakimiyyətdə təmsil olunan və siyasi iddiaları ilə fərqlənən birisinin həbsi bir çox müəmmalar doğurdu. İlkin olaraq E.Həsənovun həbsində əsas motiv kimi büdcə vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması göstərilsə də əksər ekspertlər və siyasi analitiklər səfirin həbsində siyasi səbəblərin olduğu qənaətindədir. İyul ayında Tovuz rayonunda Ermənistanın törətdiyi təxribat zamanı E.Həsənovun səfir olduğu Serbiyanın düşmən ölkəyə silah satması ətrafında yaranan diplomatik qalmaqal da bir çox suallar doğurur.

Qeyd etdiyimiz kimi E.Həsənovun həbsinin bir çox versiyaları olduğuna baxmayaraq daha çox onun ölkədaxili siyasi qruplaşmalarla əlaqələrinin və siyasi iddialarının saxlanılmasına səbəb ola bilinəcəyi söylənilir. Verilən məlumatlara görə, sabiq səfir ölkənin aparıcı müxalif qüvvələri ilə əlaqədə olub və istər ölkə daxilində, istərsə də xaricdə fəaliyyət göstərən müxalifətçilərə fəal maliyyə dəstəyi göstərib. Eldar Həsənovun xaricdəki mühacir mediasının maliyyələşməsində adının hallandığını nəzərə alsaq, onun daha sərt ittihamlarla üz-üzə qalacağı və həbslərin davam edəcəyi istisna edilmir. Sabiq səfir güclü maliyyə rıçaqlarına malik biri hesab olunur və onun özünün və yaxın ətrafının güclü biznes şəbəkəsi mövcuddur. İstər ölkə daxilində, istərsə də xaricdə E.Həsənova bağlı olan böyük şirkətlər fəaliyyət göstərir ki, onların illik dövriyyəsi milyonlarla ölçülür. Məhz belə güclü maliyyə dayaqlarına malik olması onun siyasi hakimiyyətə iddia etməsinə və müxalif qüvvələrlə əlaqələrinin yaranmasına əsas kimi göstərilir.

Rubrika.Az-a verilən məlumatlara görə, E.Həsənovun Azərbaycanda əsas maliyyə dayaqlarından və müttəfiqlərindən biri qudası, "Bakı Şərab-2" ASC-nin rəhbəri Rabil Hüseynov hesab olunur. Rabil Hüseynovun sabiq səfirin əsas maliyyə qaynağı olmaqla bərabər siyasi müxalifətlə əlaqələrində və maliyyə transferlərində mühüm rol oynadığı qeyd edilir.

Xatırladaq ki, E.Həsənovun yaxınlarının nəinki Azərbaycanda,eləcə də Türkiyədə spirtli içkilər istehsalı biznesinin olması barədə mediada əvvəllər də məlumatlar verilib. Bildirilir ki, şirkəti Bəhruz Əsədbəyli, sabiq baş prokuror Eldar Həsənovun qohumları Ceyhun Bəylərov, Elmir Paşayev və Fuad Quliyev təsis edib.
“2006-cı ilin 24 avqustunda Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən Rags alkoqollu içkilər zavodu Türkiyə bazarında ciddi iştirak payına sahibdir”. 27 milyon dollar civarında sabit investisiyaya malik RAGS ALKOLLÜ İÇECEKLER SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ-nin təsisçiləri Azərbaycan vətəndaşlarıdır. Şirkət Kırklareli vergi dairəsində 7340876728 saylı vergi nömrəsi ilə qeydiyyatdan keçirilib.
Türkiyə Rəsmi Gazetesinin 2 may 2008-ci il məlumatına görə, fabrik illik 3 milyon litr araq və 7.5 milyon litr rakı istehsal etmək gücünə sahibdir. 450 civarında işçisi var.

2017-ci ilə qədər "Bakı Şərab-2" ASC-nin rəhbəri, Eldar Həsənovun qudası Rabil Hüseynov da şirkətin rəsmi ortaqlarından olub. Türkiye Sicili Gazetesinda yer alan məlumata görə, 2017-ci ilin 27 dekabr tarixində Beşiktaş 25 saylı notariusda təsdiqlənmiş 42182 saylı etbarnamə ilə Eldar Həsənovun qudası ona məxsus 10500 səhmlik payını 10 milyon 500 min lirəyə (o zamankı kursla təxminən 3 milyon dollar) Əkbər Fərəcova satıb.

Xatırladaq ki, hələ 2015-ci ildə Vergilər Nazirliyi R.Hüseynovun rəhbərlik etdiyi ASC-ni vergi borcunu ödəməyən müəssisələr siyahısına daxil etmişdi.
Göründüyü kimi, qohumluqdan əlavə sıx biznes əlaqələrinə malik olan E.Həsənov və R.Hüseynlinin birgə fəaliyyəti uzun illərin dostluğuna söykənir. Odur ki, R.Hüseynlinin sabiq səfirin siyasi müxalifətlə əlaqələrində əsas fiqurlardan biri kimi göstərilməsi səbəbsiz sayıla bilməz. Yəqin ki, hüquq-mühafizə orqanları faktları daha dərindən araşdırırlar və yaxın zamanlarda bütün müəmmalara aydınlıq gətiriləcək. Yəqin ki, o zaman oturduğu budağı baltalayan çoxlarının kimliyi üzə çıxacaq.

PS. Qarşı tərəflə əlaqə saxlamağa çalışsaq da alınmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU