“Əmlakımı dağıdıblar, xeyli insanı işsiz qoyublar” - QALMAQAL

17:32 20.08.2020 329
“Əmlakımı dağıdıblar, xeyli insanı işsiz qoyublar” - QALMAQAL
“Halal pulumla torpaq sahəsi alıb, əziyyətlə üzərində obyekt tikmişdim. 3 il əvvəl icra məmurları gəlib kottecləri möhürlədilər. 3 ildir ki, obyektə yaxın gedə bilmirəm, məhkəmə yollarında qalmışam”. DİA.AZ-ın məlumatına görə, Masallı rayonu, Qəriblər kəndinin sakini İlqar İmamyarov iddia edir ki, ona məxsus olan və elə həmin kəndin ərazisində fəaliyyət göstərən istirahət mərkəzi əlindən alınıb.

İlqar İmamyarov deyir, 2007-ci ildə yaxın qohumları olan İldırım Allahyarov və Xudayar İmamyarov ona meşə zolağında 87 min manata 1 hektar torpaq sahəsi satıb. O da həmin torpaq sahəsində yüngül konstruksiyalı evlərdən, ofisdən və mətbəxdən ibarət istirahət mərkəzi yaradıb. 2017-ci ildən obyektə yaxın düşə bilmir. Narazı vətəndaş problemin səbəblərindən özü danışır: “O vaxt mənə müvəqqəti olaraq alqı-satqı müqaviləsi verdilər, notarial qaydada təsdiqlənmiş müqavilə... Dedilər ki, torpaq sahəsi bankda girovdadır, kredit çəkmişik, 6 aydan sonra krediti bağlayıb torpağı girovdan çıxaracağıq. Onda torpaq sənin adına keçəcək. 6 ay ötdü, vaxtın tamamında sənədi tələb edəndə, sənəd təqdim edə bilmədilər. Elə həmin vaxt mənə aydın oldu ki, torpaq sahəsi onların şəxsi mülkiyyəti olmayıb, məni aldadıblar, sahə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır. Masallının Meşə İdarəsinin müdiri ilə danışdılar ki, mənə həmin ərazi üçün sənəd versin. O da mənə həmin əraziyə görə Masallı Rayon Meşə İdarəsinin adından müqavilə verdi. Həmin sənəddən sonra hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqaviləni təzələyirdim. Ərazidə 300 min manatlıq əmlak tikdim, ailəvi istirahət mərkəzi yaratdım, 10 ilə yaxın istifadə etdim. 83 nəfərin imzası ilə akt da var ki, o kottecləri orada mən tikdirmişəm və istifadə etmişəm. Həmin imzalar arasında ərazinin bələdiyyə sədrinin, rayonun Ağsaqqallar Şurasının sədrinin də imzası var”.

İlqar İmamyarovun sözlərinə görə, obyektin yaxınlığında fəaliyyət göstərən “Masallı İstisu Fatimeyi Zəhra Şəfa Sanatoriyası”nın sahibi İldırım Allahyarov (torpağı ona satan şəxs) 2017-ci ildə Masallı Rayon Məhkəməsinə müraciət edib: “Bu torpağı mənə satan yaxın qohumum İldırım Allahyarovun istirahət mərkəzi həmin torpağın qonşuluğunda yerləşir Ekologiya və Təbii Sərvətlər Nazirliyi mənə sahənin cizgilərini çəkib sənəd şəklində vermişdi və bildirmişdi ki, bu ərazinin “İstisu Fatimeyi Zəhra Şəfa Sanatoriyası”na aidiyyəti yoxdur. Bu ərazi sənin istifadənə verilib və heç kim bu əraziyə iddia edə bilməz. Mən qurduğum istirahət mərkəzini 10 il işlətdikdən sonra torpağa iddia etməyə başladı. Məni məhkəməyə verdi, iddia qaldırdı ki, guya bu ərazi ona məxsusdur, ərazinin məndən alınaraq ona qaytarılması tələbini qoydu. Halbuki, hakim də görürdü ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ilbəil müqaviləni təzələmişəm, müqavilələr üzrə ödənişlər etmişəm. Torpağı mənə 2007-ci ildə satan İldırım Allahyarov bundan 4 il sonra - 2011-ci ildə həmin torpağa görə saxta Çıxarış əldə etmişdi. Sənədin saxta olduğu göz qabağında idi, təqdim etdiyi heç bir sənədin kökü yoxdur, buna baxmayaraq hakim gözünü kor, qulağını kar eləyib onun xeyrinə qərar çıxartdı. 2017-ci ilin mayında icra məmurları gəlib obyektimi möhürlədi, o vaxtdan istifadə edə bilmirəm”.

3 il əvvəl “Masallı İstisu Fatimeyi Zəhra Şəfa Sanatoriyası” MMC Masallı Rayon Məhkəməsində İlqar İmamyarovun məhdud məsuliyyətli cəmiyyətinə məxsus istirahət evlərini zəbt etməsinə dair iddia qaldırıb. İddia təmin olunub. İlqar İmamyarovun məhkəmə qətnaməsdinin ləğv edilməsi üçün apelyasiya şikayəti verib, təmin olunmayıb.

Ötən il isə İlqar İmamyarov Şirvan İnzibati-İqtisadi Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia qaldırıb. İdarə tərəfindən “Masallı İstisu Fatimeyi Zəhra Şəfa Sanatoriyası” MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini tələb edib. Lakin bu iddia da təmin olunmayıb.

İlqar İmamyarov deyir, ərazidən istifadə etmədiyinə görə, ərazidəki əmlak da sıradan çıxıb: “Mən o istitarəht mərkəzini yaratmaq üçün atamın maşınını satmışdım, Bakıdakı əmlakımı satmışdım... Təzə işıq transfotmatoruna bir ətək pul vermişdim, baxımsızlıqdan sıradan çıxır, kotteclər dağılır, prezident sahibkarlara dəstək üçün hər cür imkan yaradır, ancaq məhkəmələr kökü olmayan, saxta sənədlərə əsaslanıb çıxardıqları qətnamələrlə sahibkarın əlini-qolunu qırır. Bu istirahət mərkəzindən xeyli insan evinə çörək aparırdı, o insanlar da 3 ildir işsiz qalıb. 3 ildə əldən çıxan mənfəət, əmlaklarıma dəyən zərər yüz minlərlə manatdır. Bunu mənə kim ödəyəcək? Əziyyətlə iş qur, xeyli insana iş yeri aç, çörək ver, axırda gəlib sənə elə bir zərbə vursunlar ki, ayağa qalxa bilməyəsən...”

Masallı Rayon İcra Hakimiyyətindən, o cümlədən, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən iki vətəndaş arasında mübahisəli predmet kimi təqdim olunan torpaq sahəsinin dövlət mülkiyyəti olduğu bildirilib. Məhkəmələr davam etdiyi üçün rəsmi qurumlar əlavə məlumat verməyib və məhkəmələrin nəticəsini gözləməyi məsləhət görüb.

“Masallı İstisu Fatimeyi Zəhra Şəfa Sanatoriyası” MMC ilə əlaqə saxlamaq mümkün olmasa da, məhkəmə sənədlərindəki tələblərindən görünür ki, MMC torpaq sahəsinin İlqar İmamyarov tərəfindən zəbt olunduğunu idda edib. MMC-nin direktoru Taleh Allahyarov məhkəməyə verdiyi iddiasında mübahisəli ərazinin MMC-yə aid olmasını bildirməklə yanaşı, İlqar İmamyarovdan ərazidən qanunsuz tikintilər aparıb illərlə istifadə etdiyini səbəb gətirərək təzminat da tələb edib. Məhkəmə iddianın təzminat hissəsini təmin etməyib, ərazi ilə bağlı tələbi isə təmin edib. İlqar İmamyarun Masallı Rayon Məhkəməsinin Qətnaməsindən apelyasiya şikayəti verib. Yaxın vaxtlarda şikayətə Şirvan Apelyasiya Məhkəməsində baxılacaq.

“Əmlakımı dağıdıblar, xeyli insanı işsiz qoyublar” - QALMAQAL
“Əmlakımı dağıdıblar, xeyli insanı işsiz qoyublar” - QALMAQAL
“Əmlakımı dağıdıblar, xeyli insanı işsiz qoyublar” - QALMAQAL
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu