24 illik Əsgərov hakimiyyətinin sonu: - “Təmizlik” onu xilas edəcəkmi?

21:53 11.08.2020 323
24 illik Əsgərov hakimiyyətinin sonu: - “Təmizlik” onu xilas edəcəkmi?
Prezident İlham Əliyevin avqustun 8-də koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədən sonra “Azərbaycan Hava Yolları”(AZAL) QSC-nin rəhbəri Cahangir Əsgərov gündəmdən düşmür.

Səbəb isə müşavirədə AZAL-ın ölkə başçısı tərəfindən sərt tənqid olunmasıdır. Yenisabah.az xatırladır ki, Prezident müşavirədə dövlət büdcəsindən AZAL-a əhəmiyyətli yatırımların edilməsinə baxmayaraq, qurumun mənfəət vermədiyini bildirib. “AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir”, - deyə ölkə başçısı vurğulayıb.

İlham Əliyevin bu çıxışından dərhal sonra Cahangir Əsgərovun da sabiqlərin sırasına qoşulacağı barədə iddialar səsləndirilməyə başlayıb. Eyni zamanda onun biznes imperiyası barədə başgicəlləndirən faktların ictimailəşdirilməsi prosesinə start verilib. Demək olar ki, hər gün AZAL rəhbərinin biznesi, irimiqyaslı korrupsiya əməliyyatları barədə materiallar tirajlanır.

Müşahidələr göstərir ki, Cahangir Əsgərov da kareyrasının son akkordlarını vurur. Yayılan məlumatlara görə, o, özünü sığortalamaq üçün AZAL-da təmizləmələrə start verib. Bildirilir ki, qurumun Təhlükəsizlik Baş idarəsinin rəisi Elxan Orucov, onun müavinləri Etibar Cəbrayılov və Əli Qurbanəliyev tutduğu vəzifədən azad edilib. Həmçinin Təhlükəsizlik İdarəsinin şöbə rəisi Mehman Qədiməliyevin də işdən azad edilməsi ilə bağlı ərizəsi alınıb. AZAL-dan xəbəri nə təkzib, nə də təzdiq ediblər. Bu da informasiyanın fake olmadığına şübhələri artırır.

Cahangir Əsgərov 1996-cı ildən AZAL-ın rəhbəridir. O, 24 illik karyerası dövründə dəfələrlə tənqid hədəfinə gəlib. Bu baxımdan, hakimiyyət islahatlar kampaniyasına başlayanda mediada və sosial şəbəkələrdə işdən çıxarılmalı olan məmurlar sırasında Cahangir Əsgərovun adı ilk sıralarda çəkilirdi. O, həm uzun müddət vəzifədə qalan, həm də yaşı 65+ olan məmurlar kateqoriyasına aid olduğundan islahatların ilk dalğasında istefaya göndəriləcəyi gözlənilirdi.

Lakin islahatların ilk mərhələsində Cahangir Əsgərov özünü qoruya bildi. Onun Novruz Məmmədov, Ramil Usubov, Ramiz Mehdiyev, Əli Həsənov, Hacıbala Abutalıbov və digər yaşlı, eyni zamanda uzun müddət vəzifədə qalan məmurlardan fərqli olaraq postunda saxlanılması islahatların əslində imitasiya xarakteri daşıdığı və qrup maraqlarına xidmət etdiyi barədə mülahizələrə səbəb oldu. Amma bunu hakimiyyətin birdən-birə radikal islahatlara getməyin riskli olması və dəyişikliklərin mərhələli şəkildə aparılması planı ilə əlaqələndirənlər də oldu. Ölkə başçısının son müşavirədə AZAL-ı sərt tənqid etməsi bu mülahizənin daha inandırıcı olduğunu və islahatların heç bir qurumdan, o cümlədən AZAL-dan yan keçməyəcəyini bir daha ortaya qoydu.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?