Göyçay Dövlət İdarəetmə Kollecində özbaşınalıq - Yeni nazir də seyrçi qalmaqdadır...

10:34 7.08.2020 390
Göyçay Dövlət İdarəetmə Kollecində özbaşınalıq - Yeni nazir də seyrçi qalmaqdadır...
"Yeni təhsil nazirinin təyin edilməsi bu sahəni şəxsi mülkiyyətinə çevirənlərin, təhsil ocağında rüşvət mənbəyi yaradanların yuxusunu ərşə çəkib.Gənc nazirin islahatçı və rüşvətə qarşı amansız birisinin olması, təyinatından az sonar Bakıda fəaliyyət göstərən 18 məktəb direktorunu işidən azad etməsi ilə işinə məsuliyyətsiz yanaşan şəxslərə münasibətdə güzəşt olunmayaçağı mesajını verdi". Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.

Daha sonra məqalə müəllifi yazır: "Təbii ki bu cür vəziyyət çoxlarının planlarını alt-üst etdi.Rüşvət almaq və yarıtmaz fəaliyyəti ilə Göyçay Dövlət İdarəetmə Kollecində böyük narazılıqlar yaradan heç bir pedaqoji təhsili olmayan yalnız nazirlikdə ümümtəhsil şöbəsinin müavini işləyən oglu Orxan Abbasovun(onunda ixtisasının baytar olduğu deyilir)şəxsi münasibətləri ilə bu təhsil ocağına direktor gələn İrşad Abbasovun da böyük narahatçılıq kecirtdiyi bildirilir.Belə ki keçən ayın əvvəlindən iş yerində olmayan və yaşadığı Gəncə şəhərinə gedən direktor yeni nazirin təyinatından sonra unutdugu iş yerinə təşrif buyurub.Məlumata əsasən bir il müddətində yığılıb qalan problemləri həll etmək üçün hərəkətə keçib.Bunun üçün kollecdə rüşvət almaq qanunsuz əməllər və saxta çeklər tərtib etməklə tələbələri soymaqda şərik olduğu müavini Şahin Əliyevi, əyani Şöbə müdürü Kamilə Həmidovanı, qiyabi şöbə müdürü Güllübəyim Həsənovanı, akademik məsləhətçi (tyutor) Vəfa Baxışovanı və digər bir necə nəfəri səfərbər edib.Artiq belə vəziyyətin yaranması tərəflər arasında narazılıqda yaradıb.Bu direktorun çox yaxın vaxtlarda vəzifəsini itirəcəyi hər kəsə gün kimi aydındır.Amma saysız problemlərin üzə çıxdığı zaman komandanın digər üzvülərinin də qanunsuz əməllərə görə ən yaxşı halda öz vəzifələrini itirməkləri qorxusu, məsuliyyətdən yaxa qurtarmağa çalışmaları tərəfləri üz-üzə qoyub.

Tədris məsələləri üzrə müavinin dərs bölgüsünə görə hər müəllimdən 300-500m istəməsi, direktor daxil bütün oyunların ideyoloqu olması, işə götürülənlərlə hesablaşmanın aparılması, hər şöbəni nəzarətdə saxlaması, bütün göstəriş və tapşırıqların burdan getməsi bu kollecdə hər kəsə məlumdur.Əyani şöbə müdürünün pul makinası rolu oynadığı, rüşvətin bu otaqda alınması, miqdarının müəyyənləşdirilməsi, direktorla hesabın aparılması burdan başlayır.Pandemiya dövründə bütün tələbələrə keçid balı elan olunsada sonradan qiymətində düzəliş etmək istəyənlər də bu məsələdə onunla əlaqə saxlamalıdır.Baxmayaraq ki müəllim heyətinin bundan xəbəri yoxdu, amma qiymət düzəlişi razılıq əsasında mümkündür.Eyni məsələlər qiyabi şöbədə də aparılır, burda da vəziyyət heç də digərindən seçilmir.Pulunu ver qiymətini al! İrşad Abbasovun gəlişindən sonra imtahan qiymətləri yüksələn xəttlə dəyişib, əyani şöbədə 400-450m arası, qiyabi şöbədə dərslərdə iştirak etdikdə 200-250m, əks təqdirdə 300-350m olmaqla dəyişir.Birinci smestrdə saxta çek tərtib etməklə(bu çeklərin şəkili və digər çəklişlər mətbuatda dəfələrlə gedib)kreditlərə fantastik qiymət hesablanması və mənimsənməsi bu direktor və onun ətrafının kəsfi sayılır. Bu komanda bir imtahana görə 50-85m arası kredit göstərmək və buna saxta çek tərtib etməklə banga keçirdəcəyik demək adı ilə yığıb mənimsəyiblər.Bu insanların digər fərasəti 9 illik ümumtəhsil ocağından gələnlərə imtahan tətbiq etmələridir.(baxmayaraq ki onların bilikləri summativ qiymətləndirmə ilə müəyyən olunmalıydı).Başqa bir məsələ direktor ödənişli əsaslarla oxuyan tələbələrdən daxil olan pulu təmir adı ilə sildirərək mənimsəyib. Bundan əlavə yalnız öz yaxın silhdaşlarına böyük məbləğdə mükafat yazmaqla( bu vəsaitndə böyük hissəsi direktora çatmaqla) bölünüb.Bundan əlavə tədris müddətində və sonrakı vaxtlarda külli miqdarda yanacağ silinərək pulunun yeyilməsi yalnız kağız üzərində işlənən sənədlərdə əksin tapır.Bu şəxslərin qanunsuz əməllərini ilk kiçik yoxlanışda bütün çılpaqlığı ilə öz əksini tapacaq.Məhz bu amil onların isti aşına soyuq su calayıb.

Bütün bunlarla bərabər böyük tarixə malik bu təhsil ocağında kifayət qədər yüksək intellektə, elmə və bilikə malik müəllim heyəti çalışır. Onların arasında əməkdar müəllim, elmi adı olan mütəxəsisslər, eləcədə böyük təcrübəyə və nüfuza malik şəxslər fəaliyyət göstərir. Bu kollektiv rayonda olan bütün tədbirlərdə yaxından iştirak edir və öz töhfələrini verir.Bu kollecin yüzlərlə tələbəsi sonradan ali təhsil ocaqlarında da yüksək səviyyədə təhsilini başa vurub, müxtəlif sahələrdə uğurlara imza atıblar.Onlarla tələbə Qarabağ döyüşlərində iştirak edib, vətənə sədaqətlə qulluq edib.Burda baş verəcək düzgün kadr dəyişikliyi nəticəsində bu təhsil ocağının yenidən böyük uğurlara imza atacağı şübhəsizdir.Hər halda kollecdə bu dəyişikliyi sağlam düşüncəyə malik böyük müəllim heyəti və tələbələr arzulayır".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri də dinləməyə hazırıq...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:50

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR