“Əli Kərimlinin, Gültəkin Hacıbəylinin göndərdiyi məlumatlardır, eyni mərkəzdən idarə olunurlar” - deputat

11:22 6.08.2020 333
“Əli Kərimlinin, Gültəkin Hacıbəylinin göndərdiyi məlumatlardır, eyni mərkəzdən idarə olunurlar” - deputat
İyulun 30-da ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor Azərbaycanda və bir sıra digər ölkələrdə müxalifətçilərin həbsinə toxunub.

Səfir iddia edib ki, Azərbaycan hakimiyyəti müxalifətçiləri və ictimai fəalları, o cümlədən hökumətin COVİD-19-a reaksiyasını tənqid edənləri həbs edib.

Amerikalı səfirin sözlərinə görə, AXCP-nin 40-dan çox üzvü saxlanıb. Onlardan 18-nə cinayət işi açılıb, biri istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib.

Avropa Parlamentinin “Sosialistlər və Demokratlar” (S&D) Qrupunun üzvü, Azərbaycan üzrə kölgə məruzəçi İzabel Santos bunu “repressiya” adlandırmaqdan da çəkinməyib.

O, Qrupun vitse-prezidenti Kati Pirinin bunu edən rəsmilərə qarşı sanksiyalar çağırışını dəstəklədiyini bildirib.

Hakim Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, deputat Elman Nəsirov xarici tənqidlərlə bağlı “Yeni Müsavat”a bildirdi ki, anti-Azərbaycan dairələr çirkin oyunlarını həyata keçirmək üçün hər zaman fürsət və məqam gözləyir.

Deputat hesab edir ki, həmin beynəlxalq dairələrin məqsədi Azərbaycana təsir etməkdir və ən çox istifadə etdikləri üsul “demokratiya oyunu”dur.

E.Nəsirovun sözlərinə görə, həmin qüvvələr hər dəfə təzyiq elementlərini işə salırlar və bu dəfə ABŞ-ın ATƏT-dəki səfiri, Avropa Parlamentində Azərbaycan üzrə məruzəçi önə çıxıb.

“Bakıda 14 iyul gecəsi Tovuz istiqamətində gedən döyüşlərlə bağlı ordumuza və şəhidlərimizə dəstək, erməni işğalına nifrət ifadə etmək üçün minlərlə səmimi vətənpərvər küçələrə axışmışdı. Bu, qürurverici hadisə idi.

Amma həmin yürüşdə iştirak edən “5-ci kolon” üzvləri hadisələrin mahiyyətini dəyişməyə cəhd göstərdilər. Onların hərəkətləri vətəndaşların ürəkdən gələn istəkləri ilə daban-dabana ziddiyyət təşkil edirdi.

Yəni həmin şəxslərin pozucu hərəkətləri, qarışıqlıq salmaq cəhdləri, gecəyarısı Milli Məclisə qanunsuz daxil olmaları, polis maşınlarının aşırılması, dövlət əmlakına ziyan vurulması təxribatçılıq idi.

Bu qanunsuz əməllərə görə saxlanılan şəxslər məsuliyyətə cəlb olunublar və bütün hüquqi ölkələrdə belədir, cinayət törədənlər cəzalandırılırlar", - deyə E.Nəsirov vurğuladı.

Onun fikrincə, həbs edilənlər siyasi məhbus sayıla bilməz: “Onlar asayişi pozublar, parlamentə qanunsuz giriblər və indi Milli Şura adlı dərnək hadisələrin istiqamətini dəyişmək, siyasi don geyindirmək istəyir.

Onlar ATƏT və Avropa Parlamentinə hesabatlar göndərirlər. Amerikalı səfirdə və həmin məruzəçidə Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin göndərdiyi məlumatlar əsasında rəy formalaşıb. Onlar eyni mərkəzdən idarə olunurlar və Azərbaycanı hədəfə alıblar".

Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirdi ki, həbs edilənlərlə bağlı Monitorinq Qrupu iş aparır. Onun sözlərinə görə, həbs edilən şəxslərin vəziyyəti ilə tanış olmağa çalışırlar:

“Bilirsiniz ki, Ombudsman özü getmişdi və onlarla görüşmüşdü. Biz də siyahıları dəqiqləşdiririk ki, kim harada saxlanır, səhhəti necədir və sonra bu işlərlə əhatəli məşğul olacağıq”.

Xatırladaq ki, bu il iyulun 14-də Bakıda orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub.

Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində yeddi polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Rəsmi açıqlamaya görə, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb.

Bu hadisələri törədənlər isə müəyyənləşdirilərək saxlanılıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu