Allahşükür Paşazadə Polad Həşimovun ata ocağını ziyarət edib - FOTOLAR

22:13 30.07.2020 527
Allahşükür Paşazadə Polad Həşimovun ata ocağını ziyarət edib - FOTOLAR
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun doğulub boya-başa çatdığı Qəbələ rayonunun Vəndam kəndində olub.

QMİ-dən Anews.az-a verilən məlumata görə, şəhidin ata ocağını ziyarət edən Şeyxülislam A. Paşazadə xalqımızın qəhrəman oğlu Polad Həşimovun əziz xatirəsini anmaq üçün məhz bu günü — müqəddəs Qurban bayramının Ərəfə gününü seçdiyini xüsusi vurğuladı.

Şeyxülislam A. Paşazadə bildirdi ki, əzəmətli Ərəfə günü Həcc ziyarəti zamanı xüsusi önəm kəsb edən mübarək zamandır. Bu ilki Ərəfəni qəhrəman şəhid ocağında keçirərək şəhidimizin mübarək ruhunu yad etməkdən şərəf və qürur yaşadığını qeyd edən Şeyxülislam A. Paşazadə Vətəni sevməyin imandan olduğunu xatırlatdı. Bildirdi ki, Vətən torpağı uğrunda şəhid olanlar, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksəlmişlərdir.

Şeyxülislam A. Paşazadə haqq işimiz yolunda mücadilədə canını fəda etmiş general-mayor Polad Həşimovun atası və övladlarına başsağlığı verdi, II Fəxri Xiyabanda uyuyan qəhrəman hərbçimizin məzarını ziyarət etdiyini, onun ruhu üçün dualar oxuduğun bildirdi. O qeyd etdi ki, düşmənin sərhədlərimizdə törətdiyi son məkrli təxribat zamanı qəhrəman zabit və əsgərlərimiz şəhid olmuş, dinc sakin qətlə yetirilmişdir. Şeyxülislam A. Paşazadə Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizi yad etdi, Tovuz rayonu ərazisində düşmən təxribatı zamanı şəhid olmuş 12 hərbçimizin xatirəsini andı, Allahdan onlara rəhmət dilədi. QMİ sədrinin birinci müavini Müfti Salman Musayev şəhidlərimizin ruhu üçün dualar oxudu.

Şəhidin ailəsi ilə səmimi söhbət edən, onun övladlarına öz qayğı və diqqətini əsirgəməyən Şeyxülislam A. Paşazadə Azərbaycan xalqının öz qəhrəman oğulları ilə fəxr duyduğunu, onların xatirəsini əziz tutduğunu və qanlarının yerdə qalmaması üçün mübarizəyə hər zaman hazır olduğunu vurğuladı. QMİ sədri əmin olduğunu bildirdi ki, Azərbaycan dövlətinin başçısı, Ali Baş Komandan İlham Əliyevin müdrik dövlətçilik xətti və qətiyyətli siyasi iradəsi sayəsində, inşallah, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, düşmən öz layiqli cəzasını alacaqdır, şəhidlərimizin qanları ilə suvarılmış Vətən torpağı işğaldan azad olunca biz bütün bayramlarımızı könül xoşluğu ilə qeyd edəcəyik, inşallah. Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidentinin Qəbələyə səfəri zamanı şəhid general Polad Həşimovun adının əbədiləşdirilməsi ilə bağlı qərarını yüksək dəyərləndirdi. Bildirdi ki, bu, Azərbaycan xalqının öz qəhrəman övladlarına verdiyi dəyərin təzahürü olaraq gənc nəslin vətənpərvərlik ruhunu dərinləşdirən məqamlardandır.

Şəhid ailəsini ziyarətdə iştirak edən Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat zamanı şəhid olan Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərlərinin ruhlarını ehtiramla andılar, general Polad Həşimovun ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verdilər. Komitə sədri öz çıxışında Azərbaycan Prezidentinin ərazi bütövlüyümüzün təmini, haqq işimizin qələbəsi yönündə misilsiz fəaliyyəti barədə məlumat verdi, Azərbaycan dövlətinin şəhid ailələrini hər zaman diqqət və qayğı ilə əhatə etdiyini, onların xatirəsini əbədiləşdirmək, qanlarının yerdə qalmaması üçün lazım olan bütün addımları atdığını vurğuladı.

Şəhid generalın ailəsi ilə görüşdə Qəbələ rayonunun İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar iştirak etdilər.

Şəhid Polad Həşimovun ailəsi Şeyxülislam A. Paşazadə və onunla bərabər təşrif buyurmuş bütün şəxslərə dərin minnətdarlıqlarını ifadə etdilər.

Allahşükür Paşazadə Polad Həşimovun ata ocağını ziyarət edib - FOTOLAR
Allahşükür Paşazadə Polad Həşimovun ata ocağını ziyarət edib - FOTOLAR
Allahşükür Paşazadə Polad Həşimovun ata ocağını ziyarət edib - FOTOLAR
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT