Arzu Rəhimovun işləri "yaşdır"... - İDDİA

17:05 27.07.2020 351
Arzu Rəhimovun işləri "yaşdır"... - İDDİA
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi postunda dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a etibarlı mənbədən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, yaxın vaxtlarda dəyişikliklə bağlı qərar rəsmən elan olunacaq və hazırda sözügedən xidmətə rəhbərlik edən Arzu Rəhimov işindən atılacaq.

Mənbə dia.az-a açıqlamasında bunu belə izah edir.: "Zatən Arzu Rəhimov kifayət qədər qalmaqallı bir fiqurdur. Hətta DSX-dan sonra SHXÇDX-də də xüsusi xidmət orqanlarının əməliyyat keçirəcəyi haqda da informasiyalar yerli KİV-də yayılmışdı. Son olay isə Arzu Rəhimovun məsələsini birdəfəlik həll etdi".

Xatırladaq ki, Aruz Rəhimov əsas olaraq Tovuz döyüşləri ərəfəsində Prezidentə yalan informasiya ötürməkdə ittiham olunur. Belə ki, onun döyüşlər zamanı ilk olaraq cəmi 150 nəfərin səfərbərlik idarələrinə müraciət etdiyini söyləməsi konkret dəlillərlə inkar olunmuşdu. Videofaktlardan da aydın olurdu ki, Prezidentə bu məlumatın verilməsindən elə bir gün əvvəl təkcə Sumqayıt şəhərində 4 minə yaxın gəncimiz səfərbərlik üçün müraciət etmişdi. Lakin bu fakt nədənsə Arzu Rəhimov tərəfindən görməzlikdən gəlindi ki, bu da sosial şəbəkələrdə ciddi qınaqla qarşılandı.

Məhz bu məqamı xatırladan mənbə iddia edir ki, Arzu Rəhimov qeyd olunan səbəblər və digər işlərlə əlaqədar yaxın vaxtlarda görəvdən alınacaq.

Qeyd edək ki, Arzu Yusif oğlu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olmuşdur. 1986-cı ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirmişdir.

1986-1989-cu illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmişdir.

1992-2004-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında baş zabit vəzifəsindən hərbi hissə komandiri vəzifəsinədək yüksəlmişdir.

2004-cü ildən 2006-cı ilədək Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini vəzifəsində çalışmışdır.

2006-cı ildə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini–Sərhəd Qoşunları Baş Qərargahı rəisi vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə «general-mayor» ali hərbi rütbəsinə layiq görülmüşdür.

2007-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışmışdır.

2010-cu ilin 17 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 813 saylı Sərəncamına əsasən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.

Azərbaycan, rus dillərini mükəmməl bilir.

Xidmət etdiyi dövrdə 20-dən artıq dövlət mükafatı və medallarla təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 mart 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.

Ailəlidir, iki övladı var.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ