Bakıda müştəridən qanunsuz pul tələb edən “Anatolia” restoranı- FOTOFAKT

18:10 17.05.2018 615
Bakıda müştəridən qanunsuz pul tələb edən “Anatolia” restoranı- FOTOFAKT
Bakıda bəzi restoranlar göstərilən xidmətlərə görə əlavə ödəniş də alırlar.


Hesabın 10 faizə qədər miqdarında servis haqqı tutulması ənənəyə çevrilib. Ancaq bəzi restoran və kafelər masa üçün də pul tələb edirlər.

Bakının Nizami rayonu Neftçilər metrostansiyası yaxınlığında yerləşən “Anatolia” restoranında da hər masanın öz qiyməti var.

Restoranda ləzzətli təamları yedikdən sonra hesabı görən müştərilər əlavə yazılmış 2 manatın şahidi olurlar. Bunun səbəbini soruşan müştərilər yalnız bu zaman oturduqları masanın da pullu olduğunu anlayıblar. Onlara təqdim edilən qəbzdə 2 manat “yertutma” haqqı kimi qeyd edilib.

Belə çıxır ki, restoran öz xidmət səviyyəsini yüksəltmək, müştərilərin məmnuniyyətini təmin etmək üçün öz interyerini təşkil etmir. Onun yalnızca müştəridən qoparacağı əlavə pul düşündürür. Maraqlıdır ki, restoran rəhbərliyi masa üçün əlavə pul tələb etmək fikrinə gələndə qonaqların ayaqüstündə dayanıb yemək yemək ehtimalını da düşünürdü?

Bakıda müştəridən qanunsuz pul tələb edən “Anatolia” restoranı-

Restoranın administratoru məsələ ilə bağlı deyib ki, onlarda qayda belədir: “7 ildir belə işləyirik. İşçilər masanın hesabından tutulan faizdən əlavə maaş alırlar. Qaydamız budur”.

Yalnızca sözügedən restoranda deyil, mərkəzdə yerləşən bir çox iaşə obyektində də bu hal mövcuddur. Hətta bəzən masanın öz qiyməti 15 manata qədər olur. Üstəlik müştəri masaya əyləşəndə ona şərtlər barədə heç bir məlumat verilmir. Hər şey iş işdən keçdikdən sonra, müştəri sifariş verdiyi xörəkləri yeyib masadan qalxmaq istəyəndə məlum olur. Bundan sonra qonaqlar nə qədər etiraz etsələr də, restoran “qaydamız belədir” deyərək pul qoparır.

Restoranın bu cür ödəniş tələb etməsi nə qədər doğrudur? İstehlakçılar onsuz da restoranın göstərməli olduğu xidmətə görə əlavə ödəniş etməlidilərmi?

Bütün bu sualları Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynova ünvanladıq.

Eyyub Hüseynov bildirib ki, bu cür ödənişin tələb edilməsi tamamilə qanunsuzdur: “Mən bunu birmənalı şəkildə istehlakçıların aldadılması hesab edirəm. Bu Azərbaycanda turizmin inkişafına birbaşa zərbədir. Belə məkanları ifşa etmək lazımdır. Biz anlayırıq ki, biznes qurumu öz xidmətinə istədiyi qiyməti qoya bilər. Lap əgər masa üçün əlavə ödəniş tələb edirsə belə, müştəri öncədən məlumatlı olmalı, xəbərdarlıq edilməlidir.

Qurum sədri qanunsuz şəkildə tələb edilmiş pulu geri qaytarmağın mümkünlüyündən də bəhs edib: “Bu cür halla qarşılaşan müştərilərin Azad İstehlakçılar birliyinə ərizə ilə müraciət etsinlər və həmin pulu qaytartdırarıq”. (Minval.info)
Bakıda müştəridən qanunsuz pul tələb edən “Anatolia” restoranı- FOTOFAKT
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu