Cəlilabadda başçının adamı meydan sulayır... - GİLEY

15:41 26.06.2020 394
Cəlilabadda başçının adamı meydan sulayır... - GİLEY
Kanal32.az xəbər verir ki,Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Hamarqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərov qanunsuz əməllərlə məşğuldur.Bir sözlə,at oynadır.Bunu biz yox, redaksiyamıza müraciət edən Xəlilabad kənd sakini Məmmədov Əlikram Etibar oğlu deyir. Onun sözlərinə görə,kəndlərinin su problemi olduğundan 2014-ci ildə evinin yaxınlığındakı ərazidə su quyusu qazıb.Həmin vaxt oraya gələn icra nümayəndəsi Mədət Nəzərov ona bildirib ki,istəyirsənsə elə bu ərazini satım sənə.Həmin vaxt mənim imkanım olmadığına görə torpağı almaq üçün pul verə bilmədim.Su quyusundan isə mənimlə bərabaər qonuşulqdakı 15 ailə də istifadə edib.

2018-ci ildə isə məlum olub ki,mənim min bir əziyyətlə qazdığım və 4 il qoruduğum quyunun ərazisini 900 manata başqa adam satıb.Bunu biləndən sonra xahiş etdim ki,heç olmasa quyuya toxunmayın.Mədət Nəzrov isə bildirdi ki,istəyirsənsə satdığım adamın pulunu geri qaytarım.Amma bir şərtlə ki,mənə 1200 manat verəcəksən (kişinin oğlu əsl biznesmen kimi davaranıb).Hətta, istəsən lap ətrafdakı yerləri də sənə sata bilərəm. İmkanın olmadığına görə bununla razılaşa bilmədim.Sadəcə bir daha xahiş etdim ki, ətrafı satırsan lap yaxşı,heç olmasa quyu olan yeri satma. Nəhayət,razılaşdı və quyu yerləşən ərazini mənə satmaq şərti ilə saxladı.Sonra mən də borc-xərc edib 1200 manat pulu düzəldib verdim kəndimizin “sahibi”nə.O da öz növbəsində bildirdi ki, yaxın vaxtlarda sənədlərini hazır edəcəm. Ancaq sənədi vermək əvəzinə məni uzun müddət get-gələ saldı. Torpağın alqı-satqısı rəsmiləşmədiyindən mən ərazidə demək olar ki,heç bir iş apara bilmədim. Növbəti dəfə verdiyim pulun müqabilində sənədləri tələb edəndə Mədət Nəzrov mənə dedi ki,kəndin rəhbəri mənəm,get oranı çəpərlə,qorxma.Kim desə deyərsən ki,quyumun ərazisidir.Mən də ona kimi sənədləri hazır edəcəm.

Şikayətçi onu da deyir ki,icra nümayəndəsinin əsl məqsədi mən ərazini çəpərləyəndən sonra ortya çıxdı.O,mənə bildirdi ki,bəs sənin çəpərə aldığın yer böyükdür.Əlavə pul ödəməlisən.Mən də öz növbəmdə onun diqqətinə çatdırm ki, sənə verdiyim pula uyğun yeri ölç və sənədləşdir.Maddi imkanım pisidir,əlavə pul verə bilmirəm.Elə komediyaların əsas hissəsi bundan sonra başladı. Eyni soyaddan olan adamları-qohumlarını öyrədərək üstümə hücum təşkil etdi.Guya ki,sakinlər etiraz edir ki,”bəs sən bu ərazini niyə zəbt etmisən,bura otlaq sahəsidir”. 30 nəfərə yaxın adam məni döymək məqsədi ilə üstümə gəldi və məni təhqir etdilər. Məhz Mədəd Nəzrovun razılığı ilə çəkdiyim çəpəri sökdülər.Həmin gün hadisə yerinə gələn polis əməkdaşları bu haqsızlığın canlı şahidi oldular.Mən heç bir reaksiya vermədim,hüquqdankənar addımlar atmadım.

Şikayətçi onu da iddia edir ki,hətta,həyat yoldaşıma qarşı kobud ifadələr işlətdi ki,mən ona əl qaldırım. Lakin mən ona bildirdim ki,sənin bu əməllərinlə bağlı hüquqi addımlar atacağam.30 ildir ki,kəndi talamaqla,saxta sənədlər hazırlamaqla,torpaq alveri etməklə bizi cana yığan bu şəxs açıq şəkildə bəyan edir ki,siz mənə heç nə edə bilmərsiniz.Mənim arxamda Kərəm Həsənov dayanıb.Hara istəyirsən de,əlin hara uzundur qoy.

Qarşı tərəfin,o cümlədən Cəlilabad Rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.
Kanal32.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət