Impera
XƏBƏR LENTİ
22:50Həftəsonu məhdudiyyətlərdə xidməti avtomobillərin hərəkətinə icazə veriləcək? - AÇIQLAMA12:56Əhmədzadənin rayonunda narazılıq var... - GİLEY12:55Həftə sonları yalnız bu şəxslərin işləməsinə İCAZƏ VERİLƏCƏK12:53Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi12:51Göyçayda DƏHŞƏT: - rayon sakini özünü körpüdən çaya atıb12:45Azərbaycanlı dünya çempionu koronavirusa yoluxdu12:43Oqtay Əsədov və Fəttah Heydərov Milli Məclisə niyə gəlmir? - AÇIQLAMA10:33İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib - RƏSMİ10:31Nazirlik aksiya keçirən tələbələrlə bağlı məlumat yaydı - VİDEO10:22Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"23:28Prezident icra başçısına iradını bildirdi23:16Rayonlara gediş-gəlişin bərpası ilə bağlı MÜHÜM AÇIQLAMA23:14Ramiz Mehdiyevdən YENİ TƏYİNAT16:25Səhiyyə Nazirliyinin vəzifələri artırıldı - FƏRMAN16:23375 həmvətənimiz Rusiyadan Azərbaycana qayıdıb16:22Azərbaycanda adambaşına düşən borcun məbləği açıqlandı12:02Turizm şəhəri Naftalandan daha bir ilk - VİDEO11:55Saxta “jurnalistlərin” AzTV adı ilə “obyektə” basqını11:47IX və XI siniflər üçün buraxılış imtahanı verənlərin DİQQƏTİNƏ!11:46Sosial şəbəkələrin tənzimlənməsi istifadəçilərə nə qazandıracaq? - VİDEO11:44Bu gündən polis maska taxmayan vətəndaşları inzibati qaydada cərimələyəcək - Diqqət!23:10Prezident bu quruma maliyyə ayırdı - SƏRƏNCAM23:09Əli Əsədovdan yol hərəkətinin təhlükəsizliyi ilə bağlı SƏRƏNCAM23:07“SetexGroup” şirkətində ÖZBAŞINALIQ – İşçilərlə əmək müqaviləsi bağlanmır, etiraz edənlər işdən azad edilir…23:00Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM21:41İlham Əliyev onlara fəxri adlar verdi - SİYAHI21:40“Azəristiliktəchizat” ASC-nin maliyyə vəziyyəti ürəkaçan deyil” - Maliyyə naziri21:34Ebola virusu yenidən yayılır – ÜST AÇIQLADI13:13“Bakı Dəmir Beton-8”in rəhbəri dəyişəcək13:10Murad Arifə vəzifə verildi - AÇIQLAMA12:54Oğuzda şəlaləni kim özəlləşdirib? - VİDEO12:48Əli Həsənovun oğlu işdən çıxarıldı11:08Fotoqraf Renkanın "stilisti" oldu11:06Ötən gecə cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT11:05Yevlaxda Beynəlxalq Uşaq Günü keçirildi11:04“Mall”lar açıldı, amma satıcılar narazıdır - VİDEO22:38SON DƏQİQƏ: Tramp yeraltı sığınacağa qaçdı - Ölü və yaralılar var - FOTOLAR22:23“Əbülfəz Qarayev bütün pulları arvadının vasitəsiylə xarici daşıyıb” — HAFİZ HACIYEV21:21Əli Əsədova yeni köməkçi təyin edildi15:03"Mən fəxr edirəm ki, sərhədçiyəm!"14:44“Ekologiya postu” sökülür- RƏSMİ14:38Aqil Abbas Maliyyə Nazirliyinə müraciət edib14:16Elşad Miraləm deputat köməkçisi təyin olundu14:13Şəhəri qarışdıran ayı məmur villasından qaçıb? - İDDİA14:06Mübariz Tağıyevin səhhəti qəfil PİSLƏŞDİ13:59Milli Məclisdə tibbi maska taxmaq tələb olunur12:44“Təzə nazir bu sahəni yaxşı bilməlidir”12:43Həbsdən çıxan Kamil nələr danışdı? - VİDEO12:40Deputat rüşvətxor məmurların ailələrinə çağırış etdi23:11Finiks şəhəri 28 Mayı Azərbaycan Milli Günü elan etdi - VİDEO23:07SMS göndərilməsi qüvvəyə minir22:27İyunun 1-dən böyük ticarət mərkəzlərinin açılması gözlənilir22:16İctimai iaşə və özəl şirkətlərin rəhbərlərinə SƏRT XƏBƏRDARLIQ22:13Naxçıvana uçuşlar bərpa olunur? - RƏSMİ AÇIQLAMA16:10Şagirdlər üçün yay məktəbinin təşkili nəzərdə tutulmayıb - Təhsil Nazirliyi16:08Ağdaşda xüsusi əməliyyat keçirildi — Daha bir yüksək vəzifəli tutuldu16:06Karantin dövründə “PAŞA Sığorta” şirkəti mövcud imkanlarla öz müştərilərinə tam dəstək oldu14:02Azərbaycanda itkin düşən 12 yaşlı oğlanın parçalanmış meyiti tapıldı - YENİLƏNİB14:01"Mən bu barədə dəfələrlə həyəcan təbili çalmışam"13:16Bakıda dəhşətli hadisə, kişi liftdə arvadını belə öldürdü13:13Türkiyədən gələn həkimlərin Azərbaycanda həyata keçirdiyi layihənin ilkin nəticələri ilə bağlı AÇIQLAMA12:41Ağstafa RİH yeni başçısının şirkəti üzə çıxdı12:40Ağstafaya icra başçısı təyin olunan Seymur Orucov kimdir?12:38ABŞ ştatında 28 May - Azərbaycan Respublika Günü elan olundu12:36Saleh Məmmədovun da işi araşdırılarsa... - Təkcə bu işçisinin əməlləri yetərlidir10:29Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən 2 YENİ TƏYİNAT10:27Sumqayıtda intihara cəhdin qarşısı alındı: Qadın xilas edildi10:26“VÜQAR SƏFƏRLİ DEDİ Kİ, EV VERİBLƏR, BƏSİNİZDİR…” – “Jurnalist binaları”nın sakinləri bütün səlahiyyətli qurumların diqqətindən kənarda qalıb21:49Idmançımız Rüstəm Müslümov20:29Ad gününüz Mübarək!17:55İlham Əliyev naziri vəzifəsindən azad etdi - SƏRƏNCAM17:52İmişli rayonunun yeni İcra başçısı kimdir? – DOSYE17:49Tibb işçiləri əməkhaqlarından narazıdır: - “İstirahətsiz çalışırıq, amma maaşlara əlavələr verilmir”17:47Belçika səfirindən Qarabağ AÇIQLAMASI16:55DTX əməliyyatı ilə tutulan icra başçısının yerinə təyin olunan Seymur Orucov kimdir? - DOSYE15:46İlham Əliyev daha bir icra başçısı təyin etdi15:41Prezident Ağstafaya icra başçısı təyin etdi - SƏRƏNCAM15:39Baş Prokurorluqda şok dəyişiklik: Rüstəm Usubov vəzifəsindən azad edildi?15:31Pirverdiyevin "cırtdan bank"ı üçün yolun sonu - Növbədə "Express Bank15:12Azərbaycanda 53 nəfərin koronavirusa yoluxduğu küçədə polisə xəsarət yetirdilər - RƏSMİ15:11Eldar Mahmudovun 11 il dövlətin bel sütunlarından biri olan quruma vurduğu zərbədən sonra... - onun nüfuzunu qaldırmaq məsələsi də var15:07Pandemiya dönəmində Azərbaycan futbolunda ilk transfer15:06Nazir düşdüyü qəzadan DANIŞDI - "Özümü yaxşı hiss edirəm"15:03Roza ağladı, ögey oğlu canlı efirə gəldi: “Evlənmək istəmirəm” - VİDEO10:08Cavid Qurbanova veriləsi suallar... - İLGİNC10:07Kəmaləddin Heydərov qəzaya düşdü — Avtomobil yandı10:05Hərbi təlimlər hər an real döyüşlərə çevrilə bilər... - GƏLİŞMƏ10:04“Pişik” Günelin plastik əməliyyat etdirərkən görüntüləri yayıldı - VİDEO17:35İki əmədaşı koronavirusa yoluxan ATV-də son vəziyyət17:34Bakıda kişi şirkətin ofisinin qarşısında özünü yandırdı17:33Vilyam Hacıyevin borclu olduğu daha bir sahibkar: “118 min manatımı ala bilməmişəm”17:31Elçin Quliyevin daha bir zabiti həbs edildi17:30“Əbu Bəkr” məscidi açılmayacaq - RƏSMİ17:30Azərbaycanlı zabit koronavirusdan dünyasını dəyişdi17:29Azərbaycanda bayram namazı necə qılınacaq? - RƏSMİ17:28Azərbaycanda dəhşət: Ata qızına təcavüz etdi17:24Əməkdar artist Kəmalə Rəhimli: “Sənətdən də, həyatdan da küsmüşəm” - ÖZƏL17:23"Əkinçi” qəzeti cərimələndi17:22Komitə sədri: “Gərək kiminsə yaxını vəfat etsin ki, insanlar bu virusa inansınlar?”17:21DİQQƏT! İcazə bu tarixdən sonra veriləcək
BÜTÜN XƏBƏRLƏR

Eldar Mahmudovun 11 il dövlətin bel sütunlarından biri olan quruma vurduğu zərbədən sonra... - onun nüfuzunu qaldırmaq məsələsi də var

21 May 2020, 15:11   
Eldar Mahmudovun 11 il dövlətin bel sütunlarından biri olan quruma vurduğu zərbədən sonra... - onun nüfuzunu qaldırmaq məsələsi də var
Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini general-leytenant Əfqan Nağıyevin və qurumun bir neçə yüksək rütbəli əməkdaşının həbsi hələ də müzakirə mövzusudur. Müzakirələr əsasən rüşvət və korrupsiyanın artıq ölkənin sərhədlərini qorumağa mükəlləf olan bir quruma ayaq açması və bunun milli təhlükəsizliyə mümkün təsirləri, həmçinin DSX rəisi Elçin Quliyevin hansı səbəbdən məsuliyyətdən kənarda saxlaması istiqamətində aparılır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli təhlükəsizlik nazirliyinin keçmiş şöbə rəisi İlham İsmayıl DSX-nın korrupsiya ocağına çevrilməsinə təəccüblənmədiyini bildirir:

- Bəzən fikirləşirlər ki, Dövlət Sərhəd Xidməti ölkənin sərhədlərini qoruyur, müqəddəsdir və orada rüşvət ola bilməz. Amma reallıq budur ki, Azərbaycanda rüşvət və korrupsiyaya bulaşmamış dövlət qurumu demək olar ki, yoxdur. İstər hərbi sistem olsun, istərsə də Eldar Mahmudovun timsalında milli təhlükəsizlik sistemi olsun, hamısı rüşvət və korrupsiyaya bulaşıb.

Qazaxıstanla Azərbaycan arasında gərginliyə səbəb olan “balıqçı olay”ını xatırlayın. Qazaxıstan sərhədçiləri bizim balıqçılardan birini öldürdü. Bu təsadüfi olay deyildi. Azərbaycan Qazaxıstana buna görə nota verdi. Qarşı tərəf də səmimi şəkildə bəyan elədi ki, Azərbaycandan olan balıqçılara sərhədi pozmamaqla bağlı dəfələrlə xəbərdarlıq edilib. Lakin onlar bu xəbərdarlıqlara məhəl qoymayıblar. Nəticədə Qazaxıstan sərhədçiləri növbəti belə bir hal baş verəcəyi təqdirdə silahdan istifadə etmək barədə qəbul edib və bu hadisə baş verib. Diqqət edin, Azərbaycan balıqçıları Qazaxıstan sərhəddini pozur. Deməli, həm də Azərbaycan sərhəddini qanunsuz keçir. Buna şərait yaradan isə Dövlət Sərhəd Xidmətidir.

Yaxud “Tərtər hadisələri” adlandırılan əslində isə bütün cəbhə xətti boyu baş verən xəyanət olayını xatırlayın. Hərbiçilərimiz pul müqabilində total şəkildə düşmənə işləyib. Təsəvvür edin, bu adamları aparırlar Moskvaya orada “verbovka” eləyirlər və onlara istədikləri yerdə MAXE olmaq üçün pul verirlər. Yəni düşmən də bilir ki, Azərbaycanda MAXE olmaq üçün pul vermək lazımdır. Özü də nə qədər lazımdır onu da bilir. Yəni, Azərbaycanda rüşvət hər bir quruma sirayət edib. Ona görə də Dövlət Sərhəd Xidmətində belə halların olması mənə təəccüblü gəlmədi.

- DSX-dakı əməliyyatdan sonra xidmətin rəisi Elçin Quliyevin də məsuliyyətə cəlb olunması, yaxud istefaya göndərilməsi gündəmə gətirildi. Sizcə, Elçin Quliyevlə bağlı da hər hansı tədbir görülə bilərmi?

- 2015-ci ilin oktyabrında “MTN işi” oldu. Bir neçə general, polkovniklər həbs edildi. Bəlli oldu ki, ölkənin milli təhlükəsizliyinə cavabdeh olan bir qurumu quldur yuvasına çevirblər. Eldar Mahmudova nə etdilər ki? Heç nə. Halbuki bu işlərin başında nazir dayanırdı. Yaxud, Dövlət Sərhəd Xidmətindən əvvəl Mədəniyyət Nazirliyində əməliyyat keçirildi. Nazir müavini və qurumun yüksək vəzifəli şəxsləri həbs edildi. Amma nazirə dəymədilər. Eyni hal sərhəd xidməti ilə də bağlı təkrarlanır. Tədbir görülsəydi, elə əvvəldən görülərdi.

- Sizcə, Əbülfəs Qarayev və Elçin Quliyevin məsuliyyətdən kənarda saxlanılmasının səbəbi nədir?

- Bu o deməkdir ki, bəzi məsələlər imitasiya xarakteri daşıyır. Bu halda rüşvət və korrupsiyanın effekti də müvəqqəti də olacaq. Yəni, bir neçə ay ehtiyat edəcəklər, sonra yenidən ənənəvi qaydada işləyəcəklər.

- Əvvəllər Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərən DSX sonradan müstəqil quruma çevrilib. Bu qurumun yenidən xüsusi xidmət orqanına birləşdirilməsinə ehtiyac varmı?

- Dövlət Sərhəd Xidməti hələ SSRİ dönəmində Dövlət Təhlükəsizlik Komitəsinin tərkibində fəaliyyət göstərib. Bir müddət bizdə Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində oldu. Dövlət Sərhəd Xidmətinin Milli Təhlükəsizlik Nazriliyinin tərkibindən çıxarılması onu müstəqil quruma çevirmək məqsədi daşımırdı. Sadəcə sərhədçilərlə gömrükçülər arasında vaxtaşırı münaqişə yaranırdı. Gömrükçülər hansısa qanunsuz işlərini həyata keçirmək istəyəndə sərhədçilər mane olurdu. Bu baxımdan, Dövlət Sərhəd Xidmətini Milli Təhlükəsizlik Nazirliyindən ayırdılar. Bu qurumun yenidən xüsusi xidmət orqanının tərkibində faəliyyətinə gəlincə, niyə də olmasın? Hətta mən hesab edirəm ki, bu halda Dövlət Sərhəd Xidməti daha effektiv fəalliyət göstərə bilər. Hər halda Dövlət Təhlükəsizlik Xidməti son vaxtlar adı qara işlərdə nisbətən az hallanan qurumdur.

- Rüşvət və korrupsiyaya qarşı əməliyyatları DTX-nın keçirməsi də müzakirə mövzusudur. Korrupsiyaya qarşı Mübarizə İdarəsi ola-ola DTX-nın bu tip əməliyyatlar keçirməsi doğrudurmu? Ümumiyyətlə, sizcə, bu görəvin DTX-ya tapşırılmasının səbəbi nədir?

- Bəli, bu məsələ barədə çox danışılır. Nəzərə almaq lazımdır ki, “Əməliyyat axtarış haqqında” qanuna görə bu tip əməliyyatları yalnız xüsusi xidmət orqanları keçirə bilər. Çünki telefon danışıqlarını dinləmək, xüsusi qurğular yerləşdirmək və s. bu kimi səlahiyyətlər xüsusi xidmət orqanına məxsusdur. Doğrudur, sonradan Daxili İşlər Nazirliyinə və Xüsusi Dövlət Mühafizə Xidmətinə də bu səlahiyyətlər verildi. Amma Xüsusi Dövlət Mühafizə Xidməti ayrıldı və bu səlahiyyətlər yenidən xüsusi xidmət orqanında qaldı. Yəni, qanunla bu işləri Dövlət Təhlükəsizlik Xidməti görməlidir.

Digər tərəfdən, bu işi xüsusi xidmət orqanı kimi peşəkar səviyyədə görə biləcək qurum hələ ki, yoxdur. Tutaq ki, Korrupsiya Qarşı Mübarizə İdarəsinin əməliyyat heyəti var. Amma bu heyətin xüsusi qurğuları yerləşdimək və s. baxımından peşəkarlığı yoxdur. Diqqət edin, Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatları zamanı cinayətlə bağlı sübutlar göz önündə olur. Yəni, bu cinayəti sübut etmək o qədər də çətin deyil. Bu cür əməliyyatları hələ ki, xüsusi xidmət orqanı keçirə bilir. Burada həm də Eldar Mahmudovun 11 il dövlətin bel sütunlarından biri olan quruma vurduğu zərbədən sonra onun nüfuzunu qaldırmaq məsələsi də var.
OXŞAR MÖVZULAR