Impera
XƏBƏR LENTİ
22:38SON DƏQİQƏ: Tramp yeraltı sığınacağa qaçdı - Ölü və yaralılar var - FOTOLAR22:23“Əbülfəz Qarayev bütün pulları arvadının vasitəsiylə xarici daşıyıb” — HAFİZ HACIYEV21:21Əli Əsədova yeni köməkçi təyin edildi15:03"Mən fəxr edirəm ki, sərhədçiyəm!"14:44“Ekologiya postu” sökülür- RƏSMİ14:38Aqil Abbas Maliyyə Nazirliyinə müraciət edib14:16Elşad Miraləm deputat köməkçisi təyin olundu14:13Şəhəri qarışdıran ayı məmur villasından qaçıb? - İDDİA14:06Mübariz Tağıyevin səhhəti qəfil PİSLƏŞDİ13:59Milli Məclisdə tibbi maska taxmaq tələb olunur12:44“Təzə nazir bu sahəni yaxşı bilməlidir”12:43Həbsdən çıxan Kamil nələr danışdı? - VİDEO12:40Deputat rüşvətxor məmurların ailələrinə çağırış etdi23:11Finiks şəhəri 28 Mayı Azərbaycan Milli Günü elan etdi - VİDEO23:07SMS göndərilməsi qüvvəyə minir22:27İyunun 1-dən böyük ticarət mərkəzlərinin açılması gözlənilir22:16İctimai iaşə və özəl şirkətlərin rəhbərlərinə SƏRT XƏBƏRDARLIQ22:13Naxçıvana uçuşlar bərpa olunur? - RƏSMİ AÇIQLAMA16:10Şagirdlər üçün yay məktəbinin təşkili nəzərdə tutulmayıb - Təhsil Nazirliyi16:08Ağdaşda xüsusi əməliyyat keçirildi — Daha bir yüksək vəzifəli tutuldu16:06Karantin dövründə “PAŞA Sığorta” şirkəti mövcud imkanlarla öz müştərilərinə tam dəstək oldu14:02Azərbaycanda itkin düşən 12 yaşlı oğlanın parçalanmış meyiti tapıldı - YENİLƏNİB14:01"Mən bu barədə dəfələrlə həyəcan təbili çalmışam"13:16Bakıda dəhşətli hadisə, kişi liftdə arvadını belə öldürdü13:13Türkiyədən gələn həkimlərin Azərbaycanda həyata keçirdiyi layihənin ilkin nəticələri ilə bağlı AÇIQLAMA12:41Ağstafa RİH yeni başçısının şirkəti üzə çıxdı12:40Ağstafaya icra başçısı təyin olunan Seymur Orucov kimdir?12:38ABŞ ştatında 28 May - Azərbaycan Respublika Günü elan olundu12:36Saleh Məmmədovun da işi araşdırılarsa... - Təkcə bu işçisinin əməlləri yetərlidir10:29Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən 2 YENİ TƏYİNAT10:27Sumqayıtda intihara cəhdin qarşısı alındı: Qadın xilas edildi10:26“VÜQAR SƏFƏRLİ DEDİ Kİ, EV VERİBLƏR, BƏSİNİZDİR…” – “Jurnalist binaları”nın sakinləri bütün səlahiyyətli qurumların diqqətindən kənarda qalıb21:49Idmançımız Rüstəm Müslümov20:29Ad gününüz Mübarək!17:55İlham Əliyev naziri vəzifəsindən azad etdi - SƏRƏNCAM17:52İmişli rayonunun yeni İcra başçısı kimdir? – DOSYE17:49Tibb işçiləri əməkhaqlarından narazıdır: - “İstirahətsiz çalışırıq, amma maaşlara əlavələr verilmir”17:47Belçika səfirindən Qarabağ AÇIQLAMASI16:55DTX əməliyyatı ilə tutulan icra başçısının yerinə təyin olunan Seymur Orucov kimdir? - DOSYE15:46İlham Əliyev daha bir icra başçısı təyin etdi15:41Prezident Ağstafaya icra başçısı təyin etdi - SƏRƏNCAM15:39Baş Prokurorluqda şok dəyişiklik: Rüstəm Usubov vəzifəsindən azad edildi?15:31Pirverdiyevin "cırtdan bank"ı üçün yolun sonu - Növbədə "Express Bank15:12Azərbaycanda 53 nəfərin koronavirusa yoluxduğu küçədə polisə xəsarət yetirdilər - RƏSMİ15:11Eldar Mahmudovun 11 il dövlətin bel sütunlarından biri olan quruma vurduğu zərbədən sonra... - onun nüfuzunu qaldırmaq məsələsi də var15:07Pandemiya dönəmində Azərbaycan futbolunda ilk transfer15:06Nazir düşdüyü qəzadan DANIŞDI - "Özümü yaxşı hiss edirəm"15:03Roza ağladı, ögey oğlu canlı efirə gəldi: “Evlənmək istəmirəm” - VİDEO10:08Cavid Qurbanova veriləsi suallar... - İLGİNC10:07Kəmaləddin Heydərov qəzaya düşdü — Avtomobil yandı10:05Hərbi təlimlər hər an real döyüşlərə çevrilə bilər... - GƏLİŞMƏ10:04“Pişik” Günelin plastik əməliyyat etdirərkən görüntüləri yayıldı - VİDEO17:35İki əmədaşı koronavirusa yoluxan ATV-də son vəziyyət17:34Bakıda kişi şirkətin ofisinin qarşısında özünü yandırdı17:33Vilyam Hacıyevin borclu olduğu daha bir sahibkar: “118 min manatımı ala bilməmişəm”17:31Elçin Quliyevin daha bir zabiti həbs edildi17:30“Əbu Bəkr” məscidi açılmayacaq - RƏSMİ17:30Azərbaycanlı zabit koronavirusdan dünyasını dəyişdi17:29Azərbaycanda bayram namazı necə qılınacaq? - RƏSMİ17:28Azərbaycanda dəhşət: Ata qızına təcavüz etdi17:24Əməkdar artist Kəmalə Rəhimli: “Sənətdən də, həyatdan da küsmüşəm” - ÖZƏL17:23"Əkinçi” qəzeti cərimələndi17:22Komitə sədri: “Gərək kiminsə yaxını vəfat etsin ki, insanlar bu virusa inansınlar?”17:21DİQQƏT! İcazə bu tarixdən sonra veriləcək17:20Dini Komitə sədrindən dəfn və yas mərasimlərində kütləvi toplaşma halları ilə bağlı AÇIQLAMA17:1890 gün müddətinə Azərbaycana gələn Türkiyə vətəndaşlarından viza tələb olunmayacaq15:22Laçın rayonunun Alxaslı kənd sakini Zərdab rayonunun Böyük Dəkkə kəndində məskunlaşmış məcburi köçkündən MÜRACİƏT15:06Kafe-restoranlar karantinin zərərini müştərilərdən çıxacaqmı – GÖZLƏNTİLƏR15:05Vilayət Eyvazov polis rəisini işdən çıxardı14:41“Oğlan var ki, xanımının model olmağını istəyir”14:39Bakıda məşhur müğənni ağır yol qəzasına düşüb - VİDEO14:34Göyçayda vətəndaşların təqaüd kartlarından pul oğurlayan şəxslər saxlanılıb10:55Güclü külək alça bağlarına ziyan vurdu - VİDEO10:54Gömrük hospitalı da əcaib qanunlarla işləyir - İDDİA10:53Prezidentdən yeni təyinat - SƏRƏNCAM10:52Cəlilabadda “yetim malı”na tamah salanlar... - Özlərini nədən bu qədər rahat hiss edirlər?10:51"Yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərib" - Prezident10:24Müdafiə Nazirliyindən cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT10:23"Prezident Administrasiyası nümayəndəsinin partiya rəhbərləri ilə görüşüb dialoq aparması xırda addımlardır" - Etibar Məmmədov10:22Deputat masaj salonlarına və gecə klublarına qarşı çıxdı10:07İnam Kərimov büdcə pullarını kimə yedirir? - İLGİNC10:05Azərbaycanda koronavirusa yoluxma sayı gündə 600 nəfər... -Adil Qeybulla VİDEO10:02Bu gün deputatlar 19 məsələ üçün toplaşır - SİYAHI10:00Övladı birinci sinfə gedəcək şəxslərin NƏZƏRİNƏ17:25"Əli Kərimli və Milli Şura siyasi mübarizəni təhrif etməklə məşğuldur" — Sərdar Cəlaloğlu17:24Bərdə sakinlərinin şikayətinə İcra Hakimiyyətindən CAVAB: “Bu məsələyə nəzarət olunacaq”17:21“Azərpoçt”un işçiləri saxlanıldı17:19Xızıya rəhbərlik edir, Xaçmazda biznes qurur... - İDDİA17:18Azərbaycan Ordusu bu gündən genişmiqyaslı təlimlərə başlayır17:15Güclü külək şəhərdə evlərin damlarını belə uçurdu- VİDEO16:38Ad günün mübarək Nuray bala!10:20Biləsuvarda qaçıb gizlənən məmur kimdir? - İDDİA10:19Karantin rejimi musiqiçilərin bazarını öldürüb -VİDEO10:13Yumşalan karantin rejimində YENİ ŞƏRTLƏR - SİYAHI10:08Laçının işğalından 28 il ötür12:08Baş prokuror Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxardı12:04Türkiyəyə müalicəyə getmək istəyənlərin nəzərinə: Qadağalar ləğv olundu12:01Bu hərəkətləri etsəniz yatanda xoruldamayacaqsınız11:56Azərbaycanda yaşı 65-dən yuxarı olan insanlarla bağlı qadağa götürüldü16:30Bakıda qızlar arasında kütləvi dava: “Üzr istə” deyə-deyə döydülər - VİDEO
BÜTÜN XƏBƏRLƏR

Cavid Qurbanova veriləsi suallar... - İLGİNC

21 May 2020, 10:08   
Cavid Qurbanova veriləsi suallar... - İLGİNC
Azərbaycanda dövlət büdcəsi və xarici kreditlər hesabına həyata keçirilən infrastruktur layihələri arasında dəmiryollarının yenidən qurulması, yeni xətlərin çəkilməsi son illərdə önəmli yer tutmağa başlayıb.

AFN xəbər verir ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə Cavid Qurbanovun gətirilməsindən sonra bu sahəyə ayrılan vəsaitlərin həcmi dəfələrlə artıb: həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər.

Bu qurumun fəaliyyətində canlanma hiss olunsa da, şəffaflıq və hesabatlılıq yenə də çatışmayan əsas cəhətlərdən biri olaraq qalmaqdadır. Buna görə də QSC və onun rəhbərliyinin adı mütəmadi olaraq müxtəlif maliyyə xarakterli şübhəli əməliyyatlarda hallanır.

ADY-nin qapalılığını ona görə vurğulayırıq ki, qurum uzun illərdir maliyyə hesabatlarını ictimaiyyətə açıqlamır. Bu hesabatlar bir qayda olaraq, QSC-nin əsas kreditorlarından olan Dünya Bankının saytında, özü də ingilis dilində yerləşdirilir. QSC-nin saytında isə yalnız biznes-plan, bir də çoxlu sayda satınalma elanları yerləşdirilir.

Tender və layihələrin müddəti bir neçə dəfə uzadılır

Saytın satınalmalar bölməsində yerləşdirilmiş satınalma elanlarına baxdıqda məlum olur ki, tenderlərin demək olar ki, hamısının müddəti bir neçə dəfə uzadılır. Hətta QSC-nin Mühafizə Idarəsinin işçi heyəti üçün xüsusi geyim formalarının satın alınması ilə əlaqədar 03 iyul 2019-cu il tarixdə elan olunan açıq tenderdə iştirak etmək üçün sənədlərin təqdim edilməsi müddəti belə dəfələrlə artırılaraq 12 fevral 2020-ci il tarixinə dəyişdirilib. Yaxud 200 ədəd qapalı vaqonların satın alınması ilə əlaqədar 15 avqust 2019-cu ildə elan olunan tenderin müddəti 30 avqustda artırılıb, daha sonra isə oktyabrın 19-na çəkilib. Hətta printerlər üçün kartriclərin satınalınması məqsədilə keçirilən tenderlərin də müddəti bir neçə dəfə uzadılır. Əcəba, bu müddət artırmaları nədən irəli gəlir: ADY QSC-nin tenderlərinə maraq bu qədərmi azdır? İştirakçı marağı azdır, yoxsa təşkilatçı?

Müddətin uzadılması yalnız QSC-nin tenderlərində deyil, həyata keçirdiyi layihələrdə də müşahidə olunmaqdadır. Məsələn, Bakı-Yalama (Rusiya ilə sərhəd) dəmir yolunun yenidən qurulması layihəsi çərçivəsində tikinti işlərinə 2019-cu ilin yayında başlanacağı elan olunmuşdu. Lakin səbəbi açıqlanmadan bu tarix 2020-ci ilə keçirildi.

Layihə Asiya İnkişaf Bankının 2017-ci ildə imzalanmış müqavilə əsasənda ayırdığı kredit hesabına reallaşdırılır. Bank dəmir yolu sısteminin inkişafı proqramının reallaşdırılması üçün Azərbaycana 400 milyon məbləğində kredit ayırıb. Bunun 250 milyon dolları "Dəmir yolu Sektorunun İnkişafı Proqramı”na, 150 milyon dolları "Dəmir yolu Sektorunun İnkişafı Layihəsi”nə ayrılıb.

Layhə barədə QSC-nin saytında verilən məlumata görə, 2017-ci il ərzində 23 islahat tədbiri həyata keçirildikdən sonra 175 milyon ABŞ dolları məbləğində birinci tranş verilib və həmin vəsaitlər "ADY” QSC-nin dövlət zəmanəti olmadan alınmış borclarının restrukturizasiyasına cəlb edilib: "Həmin kredit üzrə 150 milyon ABŞ dolları (75 milyon ABŞ dolları Asiya İnkişaf Bankından və 75 milyon ABŞ dolları Fransa İnkişaf Agentliyindən) məbləğində ikinci tranşın alınması üçün sözügedən müqavilənin əlavəsi olan "İnstitusional islahatlar matrisi”nə əsasən əlavə 22 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan islahatların uğurla həyata keçirilməsi nəticəsində 2022-ci ilə qədər Azərbaycanda dəmir yolu nəqliyyatında xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, həmçinin fəaliyyət istiqaməti üzrə əməliyyatların maliyyə dayanıqlığının artırılması planlaşdırılır”.

QSC-nin saytında verilən məlumata görə, qeyd olunan islahatların həyata keçirilməsi ilə bağlı Fransa İnkişaf Agentliyi tərəfindən də hər iki layihənin həyata keçirilməsi üçün müvafiq dəstək göstərilib. 2017-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərdən məlum olur ki, Fransa İnkişaf Agentliyi QSC üçün iki ədəd lokomotiv deposunun tikintisi üzrə 112.5 milyon avro (217.1 milyon manat) məbləğində kredit ayırıb.

Ötən ilin noyabrında Prezidentin qəbulunda olarkən QSC sədri Cavid Qurbanov bildirib Biləcəri-Yalama istiqamətində yolun uzunluğu 348 kilometrdir və artıq büdcə müəyyənləşib: "Dünya Bankı, Fransa İnkişaf Agentliyi tərəfindən. Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə birgə işləmişik. Artıq kredit yekunlaşıb. Biz o yolun tikintisinə yəqin ki, dekabr ayında, yaxud da yanvar ayında başlayacağıq. Bu, yolun bir hissəsi üçündür. Qalan hissəsi Sizin tapşırığınızla büdcədən ayrılıb. Artıq orada 5 yeni yarımstansiya tikilib, çox böyükdür. Elektrik, rabitə xətləri ilə bağlı işləri görmüşük, fiberoptik kabelləri də çəkirik. Tikinti işlərinə gələn il başlasaq, təqribən iki il davam edəcək”.

Bakı-Yalama dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir. Bu dəhlizlə böyük həcmdə yüklərin daşınması gözləntilərini nəzərə alaraq, Azərbaycan hökuməti Bakı-Yalama və Bakı-Astara (İran sərhədi) dəmir yollarının yenidən qurulmasını həyata keçirməyi qərara alıb.

Yubanmalar hökumətin diqqətindədir

Onu da qeyd edək ki, xarici kreditlər hesabına maliyyələşdirilən infrastruktur layihələrindəki yubanmaları maiyyə naziri Samir Şərifov ötən ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət müşavirəsində xüsusi qeyd etmişdi: "Bu il 5,98 milyard manatlıq dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərimizin hələ ki, 37 faizi 6 ay ərzində icra olunub. Bunun bəzi obyektiv səbəbləri var. Onunla bağlıdır ki, təxminən 1,14 milyard manat kredit nəzərdə tutulub. Bu kreditlərin istifadə əmsalı əfsuslar olsun ki, o qədər də yüksək deyil. Hesab edirik, bizim aidiyyəti qurumlarımız, hansılar ki, bu kreditlərin icrası ilə məşğuldur onlar bu sahədə işlərini sürətləndirməlidirlər. Bəzi hallar, şübhəsiz, təkcə onlardan asılı deyil. Müəyyən satınalma prosedurları var, beynəlxalq maliyyə qurumları tərəfindən onlar gözlənilməlidir. Bunlar da müəyyən vaxt tələb edir. Bir sıra hallarda Azərbaycan dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun tədbirlər görülməlidir”.

Nazir qeyd edib ki, belə layihələrin icrasının ləngiməsi dövlət büdcəsinin gəlirlər proqnozunun və xərclərinin icrasında hökumətə müəyyən maneələr yarada bilər.

Maraqlı burasıdır ki, QSC-nin saytında bir dənə də olsa, keçirilmiş tenderlərin nəticələrinə dair məlumata rast gəlinmir. Qurumun elan etdiyi çoxsaylı tenderlərin nəticələrinə dair məlumatları tenderlərin elektron reyestrindən də əldə etmək mümkün deyil. Orada yalnız QSC-nin həkim-sanitar xidmətinin satınalma müqavilələrinə dair məlumatlar var.

ADY-nin irihəcmli tenderlərinin nəticələri barədə məlumatlar epizodik şəkildə xaricdən alınan mallar, avadanlıqlar ölkəyə gətirilərkən mətbuatda yayımlanır. Bu zaman bir qayda olaraq maliyyə dəyərinə dair heç bir məlumat açıqlanmır.

QSC-nin fəaliyyətindəki qapalılıq bununla da bitmir. Qurum birmənalı olaraq maliyyə hesabatlarını açıqlamaqdan yayınır.

"Azərbaycan Dəmir Yolları” QSC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 15 fevral 2010-ci il qərarına görə, şəffaflığın təmin edilməsi üçün cəmiyyət illik maliyyə hesabatını hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etdirməyə və cəmiyyətin internet səhifəsində yerləşdirməyə borcludur.

Nizamnamə tələblərinə baxmayaraq, artıq 10-cu ildir ki, QSC illik maliyyə hesabatlarını öz internet səhifəsində dərc etmir. Yalnız Dünya Bankının saytında ADY-nin 2015, 2016, 2017-ci illər üzrə maliyyə hesabatı ingilis dilində yerləşdirilib. Halbuki Nizamnaməsinə uyğun olaraq ADY artıq 2019-cu ilin hesabatını dərc etməli idi.

QSC-nin Dünya Bankının saytında yerləşdirilən və Cavid Qurbanovun və Fuad Səfərovun imzaladığı 2016 və 2017-ci illərə dair hesabatlarında isə diqqət çəkən məqamlar var(Cumhuriyyət.az). Belə ki, ADY QSC-nin 2016-cı il üzrə maliyyə hesabatına görə, həmin ilin fevral ayının 5-də ADY QSC "Karvan Logistics” MMC-ni satın alıb. Şirkətin adı dəyişdirilib və o, indi "ADY Express” adlanır. "Baker Tilly Azərbaycan” audit şirkətinin verdiyi rəyə əsasən, "Karvan Logistics” MMC satın alınarkən, 35.000 manat dəyərində əmlak daxil olmaqla, aktivləri 2.531.000 manat qiymətləndirilmişdi. Öhdəliklər çıxıldıqdan sonra isə xalis aktivlərin dəyəri 653.000 manat idi. Bu şirkətin alınmasından ötrü ADY QSC-nin nə qədər pul ödəməsi, eləcə də özəl şirkətin dövlət müəssisəsi tərəfindən hansı zərurətdən satın alınması barədə hesabatda məlumat verilmir.

QSC-nin kredit borcunda sıçrayış...

Maliyyə hesabatlarına əsasən, bu dövlət qurumunun kredit borcu təkcə bir il ərzində 1.873.876.000 manatdan (31 dekabr 2016) 2.548.765.000 manata (31 dekabr 2017) qalxıb. Cavid Qurbanov 2015-ci ilin fevralında "Azərbaycan Dəmir Yolları” QSC-nin İH sədri təyin olunandan sonra ADY QSC aşağıdakı beynəlxalq və yerli təşkiatlardan kredit alıb:
"BNP Paribas (Suisse) S.A.”. Libor+3,75% şərtilə 180.000.000 ABŞ dolları (müqavilənin imzalanma tarixi – 2.09.2015),
"Credit Suisse AG”. Eurobor+1,15% şərtilə 73.735.000 avro (15.05.2015)
"Credit Suisse AG”. Eurobor+3% şərtilə 11.194.000 avro (15.05.2015)
"HSBC Bank Plc”. Euribor+1% şərtilə 389.404.000 avro məbləğində iki kredit xətti (14.04.2015)
"Ceska Sporitelna S.A”. Euribor+1,45% şərtilə 64.039.000 avro (25.02.2016)
"Cesloslovenska Obchodni S.A”. Euribor+1,45% şərtilə 82.000.000 avro (26.02.2016)
"Societe Generale”. Euribor+1% şərtilə 99.698.000 avro (30.03.2016)
"Kapital Bank” ASC. 4,6% şərtilə 136.579.000 ABŞ dolları (04.07.2017)
"Azərbaycan Beynəlxalq Bankı” ASC. 4% şərtilə 49.500.000 ABŞ dolları (18.07.2017)
10."Dəmir Bank” ASC (ləğvetmə prosesindədir). 14% şərtilə 7.500.000 ABŞ dolları (24.02.2015)
Bundan başqa, ADY QSC bu dövrdə Azərbaycan hökumətindən müxtəlif şərtlərlə (illik 0-1%) 49.739.000 avro, 213.000.000 ABŞ dolları və 344.000.000 manat borc götürüb. ADY, həmçinin, xarici şirkət olan "Transoil” MMC-nin ABB-dən 2014-cü ilin fevral ayında götürdüyü 15 milyon manat məbləğində kredit üzrə təminatçı qismində iştirak etdiyinə görə, bu borc üzrə 9.495.000 manat məbləğində ödəmə öhdəliyi açıqlanmayan səbəblərdən ADY QSC-nin üzərinə qoyulub.
ADY QSC-nin maliyyə hesabatında İran Astarası ərazisində 35 hektar ərazidə Azərbaycan dövlətinin vəsaiti hesabına tikilən yük terminalı barədə də məlumat verilir. 2016-cı ildə ADY bu terminalın idarə olunması məqsədilə "Astara Grain Terminal” MMC yaradıb. 100 manatlıq kapitalda 50 faizlik iştirak payı "Yaşa İnşaat” MMC-yə verilib. "Astara Taxıl Terminalı” MMC-nin hüquqi ünvanı Bakıda S.Ə. Şirvani küçəsi, ev 1, mənzil 115, "Yaşa İnşaat" MMC-nin ünvanı isə Bakı ş., Atatürk pr., ev 65, mənzil 6-dır. Sonuncu ünvanda ADY QSC-nin rəsmisi Vüsal Aslanov qeydiyyatdadır.
ADY QSC terminalın tikintisinə 2017-ci ildə başlayıb. Vəsaiti Azərbaycan tərəfi qoymağına baxmayaraq, iki dövlət arasındakı razılaşmaya əsasən, terminal 25 il müddətinə Azərbaycana icarəyə verilib. 2018-ci ilin əvvəlindən burada yükaşırma əməliyyatları həyata keçirilir.
Qeyd edək ki, 2019-cu ilin 1 yanvarına ADY QSC-nin müqavilələr üzrə kredit borcu 1 milyard 196,9 milyon dollar olub. Bunun 838 milyon dolları faktiki xərclənmiş hissədir.

2018-ci ildə ADDY dövlət büdcəsndən 607,5 milyon manat alıb, büdcəyə cəmi ödənişi isə 15,8 milyon manat təşkil edib.

Qurumdan rəqəmləri sorğu ilə də ala bilmədik

Qeyd edək ki, yazını hazırlayarkən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə yazılı informasiya sorğusu ilə müraciət etdik. Sorğuda qoyduğumuz sualları və ASC-dən verilən cavabları təqdim edirik:

Sual: Rəhbərlik etdiyiniz qurumun maliyyə hesabatlarını rəsmi saytında tapa bilmədik. Dünya Bankının saytında ingiliscə olan hesabatlar niyə ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq dövlət dilində QSC-nin saytına yerləşdirilmir?

Cavab: Hazırda "Azərbaycan Dəmir Yolları” QSC-nin internet sahifəsində dəmir yollarının 140 illik yubileyi ilə bağlı yenilənmə işləri aparılmaqdadır. Bildiririk ki, yenilənmə işləri tamamlandıqdan sonra maliyyə hesabatlarının saytda yerləşdirilməsi təmin ediləcəkdir. Bununla belə, aidiyyəti hesabatların maraqlı şəxslərə verilməsi tərəfimizdən təmin edilir.

Sual: 2019-cu ildə təxirə salınan Bakı-Yalama (Rusiya ilə sərhəd) dəmir yolunun bu ilin yanvarından başlanması nəzərdə tutulurdu. Başlanıbmı, işlər hansı səviyyədədir? Həmin layihəyə dövlət büdcəsindən nə qədər vəsait ayrılması nəzərdə tutulur? Ümumilikdə layihəyə nə qədər vəsait ayrılacaq?

Cavab: Sumqayıt-Yalama (Rusiya Federasiyası ilə dövlət sərhədi) dəmir yolu xəttinin yenidən qurulması üçün texniki və inzibati prosedur xarakterli hazırlıqlar başa çatdırıldıqdan sonra tikinti-quraşdırma müqaviləsinin icrasına başlanılmış, hazırda podratçı şirkət tərəfindən səfərbərlik və digər əlaqədar işlər davam etdirilməkdədir. Layihə dövlət büdcəsindən əsaslı vəsait qoyluşu, Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyindən cəlb olunmuş maliyyə hesabına həyata keçirilir.

Sual: QSC-nin tenderlərinin vaxtının bir neçə dəfə uzadılmasına səbəb nədir? Tenderlərin nəticələri, hansı şirkətlərin udduğu niyə açıqlanmır?

Cavab: Tenderlər dövlət satınalmaları haqqında qanunvericiliyə və Cəmiyyətin daxili satınalma qaydalarına əsasən həyata keçirilir. Bildiririk ki, "Dövlət satınalmaları haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq təkliflərin təhlilinə və müqayisəsinə daha çox vaxt lazım olduqda, habelə Qaydaların tələblərinə əsasən müsabiqə iştirakçılarının müraciətləri ilə əlaqədar tender komissiyası tərəfindən tenderin müddətinin uzadılması haqqında qərar qəbul edilə bilər. Bütün tenderlər üzrə qalib iştirakçı ilə müqavilə bağlandıqdan sonra digər iştirakçılara nəticələr barədə bildiriş göndərilir, həmçinin keçirilmiş müvafiq müsabiqələr üzrə qalib olmuş malgöndərənlər barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında yerləşdirilir.

Sual: QSC-nin reallaşdırdığı bir çox layihələrin başlanma və bitmə müddəti uzadılır. Bunun səbəbi nədir?

Cavab: Dəmir yolu layihələri əsasən xətti layihələr olmaqla texniki və idarəetmə nöqteyi-nəzərindən olduqca spesifik və mürəkkəb strukturu, komponentləri, planlaşdırma tələbləri və həll yanaşmaları ilə digər infrastruktur layihələrindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu amillər, habelə işlərin yüksək təhlükəsizlik tədbirləri ilə müşayiət olunan sərnişin və yük qatarlarının fasiləsiz hərəkəti şəraitində aparılması, bir dəmir yolu xəttində ayrı-ayrı lakin icra ardıcıllığı baxımından bir-biri ilə sıx bağlı olan komponentləri yerinə yetirən fərqli podratçı şirkətlər arasında ən yüksək səviyyəli texniki və inzibati əlaqələndirmə və uzlaşdırmanın tələb olunması bəzən fərdi qaydada hansısa layihənin hazırlıq mərhələsinə və icra qrafikinə təsir göstərə bilir.

Sual: QSC-nin reallaşdırdığı layihələrə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ötən il nə qədər vəsait ayrılıb, bu il nə qədər ayrılması gözlənilir?

Cavab: Azərbaycanın əlverişli coğrafi mövqeyindən faydalanmaqla respublika ərazisindən keçən mövcud və potensial nəqliyyat dəhlizlərinin reallaşdırılması, tranzit-loqisitika potensialının artırılması istiqamətindən görülən tədbirlər çərçivəsində dəmir yolları sektorunun yenidən qurulması və təkmilləşdirilməsi üzrə layihələr, qəbul olunmuş müvafiq dövlət proqramlarına və starteji yol xəritələrinə uyğun olaraq mərhələli şəkildə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu, beynəlxalq maliyyə institutlarından cəlb olunan vəsait hesabına həyata keçirilir. Bildiririk dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu üzrə məbləğlər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ayrılır ki, bu sərəncamlarla hüquqi aktların vahid elektron bazasında tanış olmaq olar.

Sual: Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ötən il öz hesabına nə qədər kredit qaytarıb, bu il nə qədər qaytarmağı planlaşdırır?

Cavab: "Azərbaycan Dəmir Yolları” QSC ötən il öz hesabına 60 milyon dollar borca xidmət edib, bu il isə öz hesabına 70 milyon dollar borca xidmət etməyi planlaşdırır.

Göründüyü kimi, sorğuda ayrı-ayrı layihələrin maliyyə tutumu, həmçinin QSC-nin dövlət büdcəsindən aldığı vəsaitlərin həcminə dair suallar faktiki olaraq cavabsız buraxılıb. Bu isə qurumun öz fəaliyyətində şəffaflıq prinsiplərinə nə qədər əməl etdiyinin göstəricisidir. //arqument.az//
OXŞAR MÖVZULAR